ŞOK: HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ İDEYASI GÜNDƏMDƏ!!!
Tarix: 23-07-2013, 12:48 | Çap et
 ƏN SON ANDA BELƏ В«İQTİDAR QALASIВ» RUSLARA TƏSLİM EDİLMƏYƏCƏK
DİA.AZ: - Son zamanlar Kremlin Azərbaycan hakimiyyətinə basqıları artıb. Bu bir faktdır. Rusların bu günlərdə ortaya qoyduğu mövqelərdən də aydın oldu ki, rəsmi Moskvanın Azərbaycan iqtidarından net tələbi var: QƏRBDƏN TAM OLARAQ İMTİNA!!!
Təbii ki, belə bir şəraitdə Azərbaycanın öz pozisiyalarından 180 dərəcəlik imtinası imkansız görünür. Və elə buna görə də Kremlə Bakı arasında aylardır sərinlik yaranıb və bu sərinlik hətta ənənəvi isti münasibətləri belə buzlaşdırma həddinə çatıb. Hətta ortada bir düşmənçilik ovqatı belə hiss olunandır.
Ruslar Azərbaycan iqtidarına müxtəlif istiqamətlərdən təzyiqlərini artırmaqdadırlar. Bir yandan etnik və dini zəminli separatizm meyillərinin süni şəkildə qızışdırılması əgər Kremlin antiAzərbaycan siyasətində prioritet təşkil edirsə, digər yandan da siyasi müstəvilərdə YAP iqtidarına qarşı böyük planlamalar həyata keçirilir. Həm В«Milyarderlər İttifaqıВ» kimi tanın Rusiya Azərbaycan Təşkilatları İttifaqı fonunda cərəyan edən olaylar və həm də Kremlin layihəsi olması şübhə doğurmayan Milli Şura ilə bağlı rusların Azərbaycana qarşı düşündükləri…
DİA.AZ bildirir ki, yaranmış gərginliyə münasibətini açıqlayan hökumət içindəki mötəbər mənbə redaksiyamıza çox maraqlı faktları da çatdırdı: В«Ruslarla Bakının hansısa aspektdə uzlaşması gözlənilən deyil. Demək olar ki, bütün körpülər yanıb. Doğrudur, mətbuatda müxtəlif fikirlər səsləndirilir. Putinin Bakıya gələcəyindən tutmuş, Kəmaləddin Heydərovun Kremlə danışıqlara getməsinə qədər dezinformasiyalar dövriyyəyə buraxılır. Amma bunlar reallıqdan tamamən uzaqdır.
Fakt odur ki, bu gün Bakı ilə Moskva arasında böyük bir uçurum var və ruslar artıq Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar veriblər. Bakının isə öz planları var və bu məsələdə Bakının arxasında Rusiyanın Azərbaycanı qoparmağa çalışdığı Qərb dayanıb və bu gün YAP iqtidarı Qərbə aid bütün dairələr tərəfindən tam olaraq dəstəklənir. Elə buna görədir ki, hətta prezident seçkilərinin yaxınlaşmasına baxmayaraq ənənəvi müxalifət düşərgəsi də özünün ənənəvi partnyoru hesab etdiyi Qərbə aid beynəlxalq təşkilatlardan nələrisə tələb etməyi ağlının ucundan belə keçirmir. Ən azından Rusiyanın layihəsindəki təmsilçilik bu münasibətləri yetərincə korladığından artıq hər şey Kremlə həvalə olunubmuş kimi davranırlarВ».
Mənbəmizin iddialarına görə, hakimiyyətin də ehtiyat planları var: В«Təbii ki, istənilən bir gərginlik anında rəsmi Bakının tarana getməsi inandırıcı deyil. Taran dedikdə Azərbaycanda da Suriya, İraq modellərinin işə salınması belə göz önünə gətirilə bilər. Amma regionumuz fərqli olduğundan bizimlə bağlı belə bir düşüncələr yoxdur. Amma rusların hətta süni şəkildə etnik separatizm kartına ən son anda əl ata biləcəkləri gümanı ciddi olduğundan rəsmi Bakı bütün yönlərlə bağlı tədarükünü gücləndirməkdədir.
Lakin ən son anda rəsmi Bakı üçün ehtiyat variantlar da hazırlanır ki, bunun da üzərində Qərbin ən peşəkar institutları çalışır. Seçkilərə daha az müddətin qaldığı bir ərəfədə belə bir tədarük əlahiddədirВ».
Mənbəmiz bu arada maraqlı bir məqamı da açıqladı: В«Burada ən çox diqqətçəkən məqamlardan biri hakimiyyətin rəsmi Bakının ürəyincə olan qüvvələrə ötürülməsi ideyasıdır. Bu, ən son variantdır. Hər halda, rusların müxtəlif istiqamətlərdən yönələn təzyiqləri fonunda YAP iqtidarı geri çəkilməli olacaqsa, bu zaman hakimiyyət məhz rəsmi Bakının maraqlarına uyğun olan və Qərbin də təsdəklədiyi siyasi qüvvəyə ötürülə bilərВ».
Mənbəmizə görə, hələlik bu istiqamətdə ən uğurlu versiya kimi illərdir müxalifət düşərgəsində olan, amma hakimiyyətlə də münasibətlərini qoruyan Ümid Partiyasıdır: В«Ola bilsin ki, bu gün Ümid Partiyasınıni imkanları kimlərsə tərəfindən yetərli qiymətləndirilmir. Amma diqqət yetirin. İllər əvvəl mərhum prezident Heydər Əliyev də məhz hakimiyyətin ötürülməsi prosesinin nəticəsində iqtidar ola bildi və həmin ərəfədə hətta çox ciddi çevrələr belə Heydər Əliyevin gəlişinə hazırlaşmırdılarВ».
Mənbəmiz iddia edir ki, Ümid Partiyası sədrilə bu günlərdə Qərbə aid məxfi təşkilatlardan birinin kifayət qədər tanınmış siması Bakıda qeyri-rəsmi görüş keçirib: В«Həmin görüşün təşkilatçısı isə maraqlıdır ki, hakimiyyətin inandığı şəxslərdən biri olub. Görüşdə nələrin müzakirə olunması barədə çox az məlumat olsa da, söhbətin seçkilərdən getməsi faktdır. Hər halda, bu məqamı da nəzərə almaq çox vacibdirВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27 |
|
|
|
| • Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23 |
|
|
|
| • Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16 |
|
|
|
| • Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10 |
|
|
|
| • Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08 |
|
|
|
| • Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59 |
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
| • Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54 |
|
|
|
| • "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
|