Xəzər rayonunda nə işlər çevrilir... - İLGİNC İDDİALAR...
Tarix: 29-08-2023, 09:41 | Çap et
 Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişiklikləri və həmin dəyişiklikləri şərh edən kütləvi informasiyaları izləyən vətəndaşlar yaxşı başa düşürlər ki, uzun illər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Gülağa İslamov 2019-cu ilin fevralında öz kreslosunu birinci müavini Elşən Salahova təhvil verəndə daha əvvəl Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirdiyi qardaşı Böyükağa İslamovu sələfinə “bərk-bərk” tapşırmış, Şüvəlanda bələdiyyə sədri işləyən oğlu İlham İslamova da “toxunulmçazlıq statusu” qazandırmışdı. Sadiq oxucularımız xatırlayarlar, bu mövzuda əvvəllər qələmə aldığımız “Böyükağa İslamov zibili “Seyid Məhəmməd əli ilə” pula çevirir” sərlövhəli məqaləmizdə yada salmışdıq ki, hazırki icra başçısı Elşən Salahovla Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir: “Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər. İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından, onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar. Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi hər il satınalmalar yolu ilə Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə, maşın və mexanizmlərin, xüsusi texnikaların, avadanlıqların, təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə külli miqdarda dövlət vəsaiti ayırır”.
Ötən məqalədə hətta 2020-2021-ci illərdə baş tutmuş bəzi satınalma sövdələşmələrini sadalayıb Böyükağa İslamovun tender qutularından qalib çıxarılan işbaz ortaqları sırasında keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda oliqarx Füzuli Ələkbərovun “İmprotex” Şirkətlər Qrupuna aid olan firmaların çoxluq təşkil etməsinin altı cızılmışdı.
Bir halda ki, yazılanlar, deyilənlər əsasında hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən heç bir tədbir görülmədiyindən, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət olunan ərazilərdən yığılaraq daşınan məişət tullantılarının və çirkab mayenin həcminin “şişirdilməsi”, zibil meydançalarıın ətrafının mişar daşı ilə hörülməsi, əhəng məhlulu ilə ağardılması, konteynerlərin təmiri işlərinə artıq pul silinməsi davam etdirilir. Küçələrdəki yaşıllıq zolağının ərazisində bulaqların ventilləri istismar müddəti bitmədən sıradan çıxmış kimi göstərilərək kağız üzərində tez-tez yenisi ilə “dəyişdirilir”. MKTB-nin işçilərinə alınmış kimi göstərilən və toplam dəyəri iri məbləğlərlə ölçülən müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər heç də onların hamısına paylanılmır. Birliyin su maşınları ilə С…idməti ərazilərin, məcburi köçkünlərin, idarə və təşkilatların on minlərlə ton içməli su ilə təmin edildiyi göstərilsə də, yayda aparılan müşahidələrdən bəlli olub ki, çox vaxt su maşınlarla satılır. Birliyin balansında olan çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının dam örtüklərinin “əsaslı təmiri”, binaların girişlərində “təmir-bərpa işləri”, binaların fasadının, girişlərinin və pilləkən qəfəslərinin “emulsiya ilə rənglənməsi”, hər birinin giriş qapılarının və pilləkən qəfəslərindəki pəncərələrin “yenisi ilə əvəz olunması”, pillələrin “aqlay daşı ilə üzlənməsi”, “alaq otlarının təmizlənməsi”, “ağacların gövdələrinin ağardılması”, “mənzillərin tüstü bacalarının və havadəyişmə kanallarının təmizlənməsi” adı altında xeyli vəsait “xırıd edilir”. Qeyri-qanuni bağ-bağçaların, kiçik torpaq sahələrinin, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər sökülməsində də vətəndaşlara münasibətdə ayrı-seçkilik edilir, rüşvət aldıqları şəxslərin qanunsuz tikililərinə əl vurmurlar.
Böyükağa İslamovun bu müstəvidə işlərinin rəvan getməsi üçün “əldən – ayaqdan gedən” əsas əlaltısı isə MKTB-nin sanitar-təmizlik sahəsinin rəisi Mirzə Məhəmməddir. Yeri gəlmişkən, hər iki vəzifəli şəxsin binada kabinetləri üz-üzədir. Bu sadaladığımız və digər məsələlərlə bağlı suallara aydınlıq gətirmək üçün hər ikisinin qəbuluna düşüb münasibətlərini öyrənməyə çalışmışıq. Sahə rəisi faktlara izahat verməkdənsə, gileylənməyə, daha əvvəlki kimi qazancın omadığından şikayətləndi: “Mən kiməm ki, pul da yeyəm? Mənə düşən qəpik-quruşdu” dedi və sonra da Böyükağa İslamovun qərar tutduğu üzbəüz kabinetin qapısını göstərdi. Qəbuluna düşdüyümüz Böyükağa İslamov özündənrazı halda kreslosunu yerində sağa-sola fırlatmaqla bir daha ədalı tərzdə nümayiş etdirmiş oldu ki, vəzifə ona qardaşından, qardaşına isə sanki atalarından miras qalıb. Bununla belə o da “ay keçən əyyam, olasan indilər” əhvalı ilə əvvəlki daha gəlirli dövranı nostalji hisslərlə xatırlayıb daha böyük tikələri həzm edən “yuxarıdakıların” qarasına deyindi.
Mövzuya qayıdacağıq.
Deryaz.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
| • Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54 |
|
|
|
| • "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
| • Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
|