Türkiyənin Rusiyadan 3 milyardlıq silah almasının pərdəarxası
Tarix: 19-07-2017, 08:10 | Çap et
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul tədbirindəki çıxışı zamanı növbəti dəfə Türkiyənin düşmənlərinə sərt mesajlar verdi. Bildirdi ki, ötən il dövlət çevrilişinə cəhd bizə dostumuzu, düşmənimizi də göstərdi. Cənab Ərdoğan ad çəkməsə də, mesajının daha çox Qərbə ünvanlandığı sirr deyil.
Türkiyənin Rusiya ilə əlaqələrin bərpasından sonrakı addımları Qərbdə narahatlıqla izlənilir. Xüsusilə də bir NATO ölkəsinin Qərbin sanksiyaları ilə üz-üzə qalmış Rusiyadan silah almağa qərar verməsi sıradan hadisə deyil. Artıq məsələ beynəlxalq medianın baş mövzularından birinə çevrilib. “The Financial Times” yazır ki, Türkiyə Rusiyadan S400 raket sistemlərini almaq məqsədinə bir az da yaxınlaşıb. (BBC) Bu sövdələşmə ilə yaxından tanış olan iki rəsmi şəxs qəzetə deyiblər ki, Türkiyə və Rusiya artıq qiymət məsələsində də razılığa gəliblər. Bu razılaşmaya əsasən, Türkiyə Rusiyadan 4 dəst raket sistemini və müəyyən sayda raketləri 3 milyard dollara alacaq.
Bundan əvvəl “Bloomberg” qiyməti 2, 5 milyard dollar olaraq təqdim etmişdi. “Bloomberg” habelə yazırdı ki, “texnoloji transfer” razılaşması çərçivəsində bu sistemlərdən iki dəsti Türkiyədə istehsal olunub yığılacaq. Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi deyib ki, bu sövdələşmə ilkin saziş xarakteri daşıyır. “Financial Times” yazır ki, saziş reallaşsa, bu, son 65 ildə Türkiyə ilə NATO arasında ilk əhəmiyyətli ixtilaf olacaq. Məqalədə deyilir ki, ABŞ hələ də Türkiyənin İncirlik bazasından İŞİD-ə qarşı hava zərbələrinin endirilməsi üçün istifadə edir, lakin Ankara ilə NATO müttəfiqləri arasında ABŞ-ın kürdlərə dəstəyinə görə soyuqluq yaranıb.
Bu arada Türkiyə ilə diplomatik qarşıdurma səbəbi ilə Almaniyanın hərbi kontingenti İncirlik bazasını tərk etməyə hazırlaşır. Türkiyə Almaniya millət vəkillərinə İncirlikdəki alman hərbçilərə baş çəkmək icazəsi verməmişdi.
Türkiyə ordusunun keçmiş mayoru, hazırda isə Tepav analitik mərkəzində ekspert olan Ali Özcan qəzetə deyib ki, silah alınması, sadəcə, silah alış-verişi deyil. “Bu həm də siyasi və iqtisadi məsələdir” - deyib ekspert. Bununla yanaşı, Özcan vurğulayıb ki, S400 sistemini Türkiyənin müdafiə sisteminə inteqrasiya etmək asan olmayacaq. Bu sistem Türkiyənin mövcud radar və peykizləmə sistemlərinə köklənməlidir. Bu, ölkə ərazisinə daxil olan düşmən təyyarələri vurmaq üçün lazımdır və ekspertin dediyinə görə, hələlik belə bir əməliyyat mümkün olmayacaq.
Bəzi təhlilçilərin fikrincə, Ərdoğan Rusiya və ABŞ arasında davam edən qarşıdurmadan bu kimi addımlarla siyasi mənfəət qazanmağa çalışır. Məqalədə deyilir ki, Türkiyənin NATO-ya bağlı hazırkı havadan müdafiə sistemləri Egey sahili boyunca və ya Ermənistana tərəf tuşlana bilmir.
Bu da xəbər verilir ki, hərbi hava qüvvələri qərargahının rəisi general David L. Goldfein də daxil olmaqla, ABŞ rəsmiləri bu həftə Ankaranın Rusiyadan S400 sistemləri almasına qarşı lobbiçilik ediblər. Onlar həm də əmin olmaq istəyirdilər ki, Türkiyənin ABŞ-dan 100 ədəd F35A təyyarələrini alması barədə razılaşma qüvvədə qalır.
General Goldfein çərşənbə günü deyib ki, “biz dostumuz və müttəfiqimiz Türkiyə Respublikasına sadiq qalırıq”.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, Türkiyə olduqca çətin vəziyyətdədir: “Qərb də, Rusiya da, İsrail də Türkiyə sərhədlərində ”kürd dövləti" qurmaq istəyir. Özlərinə müttəfiq “kürd dövləti”ni yaratmaqla regiona yeni “ölkədən” nəzarəti gücləndirmək planı var. Təbii ki, Türkiyə bunu istəmir və bu planı özünə təhlükə hesab edir. Ona görə də ABŞ və Qərb kürdləri silahlandırır, onlara hər cür - diplomatik, informativ və s. yardımlar göstərir". Politoloq hesab edir ki, bunun əvəzində Türkiyə Qərbə şiddətli etirazlar edir və çalışır bu planı pozsun, regionda müstəqil, Qərblə razılaşdırılmamış siyasət aparsın: “Bunun əvəzində ABŞ Türkiyə ilə hərbi əməkdaşlığı dayandırır ki, Türkiyə öz siyasətində dəyişiklik etsin. Qısası, Qərbin planları ilə razılaşsın. Türkiyə isə bunu qəbul eləmir, amerikan silahı əvəzinə gedib Rusiya silahı alır və göstərmək istəyir ki, ”məni belə sıxsanız, rusların yanında olacağam"". H.Hacızadə hesab edir ki, Türkiyə Qərbin planlarını qəbul etməsə, İncirlik ətrafında da çətin vəziyyət yaranacaq. \\musavat.com\\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
|