ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                 

Rusiya SSRİ deyil, Lavrov da Qromıko - TƏHLİL
Tarix: 20-02-2021, 10:21 | Çap et
Rusiya SSRİ deyil, Lavrov da Qromıko
Hər şey müqayisədə bəlli olur. Andrey Qromıko 1957-1985-ci illərdə SSRİ-nin xarici işlər naziri idi. İnanılmaz uzun müddət - 28 il! Eyni zamanda, SSRİ ilə ABŞ və onların NATO-dakı tərəfdaşları - Qərbi Avropa dövlətləri arasında dinc münasibətlərin tərəfdarı olan Qromıko Sovet hökuməti adından silahsızlaşdırma sahəsində 100-dən çox təşəbbüs irəli sürmüşdü. Sovet-Amerika münasibətlərinin ən kritik nöqtəsi - Karib böhranı elmi araşdırmaların mövzusudur.

Bundan əlavə, onun iştirakı ilə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (1968), SSRİ ilə AFR arasında Moskva Müqaviləsi (1970), Raket Əleyhinə Müdafiə Sistemlərinin Məhdudlaşdırılması Müqaviləsi (1972), SSRİ ilə ABŞ arasında Əməkdaşlıq Prinsipləri Müqaviləsi (1972), Nüvə müharibəsinin qarşısının alınması haqqında müqavilə (1973), 1972 və 1979-cu illərdə strateji silahların məhdudlaşdırılmasına dair müqavilələr, Avropada Təhlükəsizlik və Əmkdaşlıq Konfransının Yekun Aktı hazırlanıb və imzalanıb.

2004-cü ildən bu günə qədər Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovdur. Gördüyünüz kimi, xarici siyasət idarəsinin müdiri vəzifəsində çalışdığı müddət 17 ildir ki, bu da Qromıko ilə müqayisədə az olsa da, eyni zamanda çoxdur. Lavrov həmişə “şahin” statusuna sahib idi, ümumiyyətlə “göyərçin” olmayıb. Rusiya Federasiyası ilə Qərb arasında onun adı ilə bağlı əlaqələri yaxşılaşdırmaq üçün heç bir təşəbbüs edilməyib. Lavrov ancaq Qərblə sərt bir qarşıdurmaya hazır olduğunu yüksək səslə söyləyir və bu barədə müntəzəm danışır. Və bu günə qədər çıxış edir. Amma indi zəmanə dəyişib. Rusiya Federasiyası Qərb ölkələri ilə münasibətləri daha da gərginləşdirməyi özünə rəva bilə bilməz.

Nəticədə tamamilə görünməmiş bir fenomen meydana gəlir - Lavrov ictimaiyyət qarşısında inkar edildi. Baş verənlərin mahiyyətini və xronologiyasını xatırlatmaq istəyirəm. Avropa Birliyinin (AB) beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell 4-6 fevral tarixlərində Moskvada səfərdə idi. Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdü. Səfər zamanı Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlər, müxalifət lideri Aleksey Navalnının təqib edilməsi məsələlərini qaldırdı və Ukraynanın ərazi bütövlüyünə hörmət göstərilməsinə israr etdi.

7 fevralda Borrell Rusiyaya etdiyi “çətin” səfərinin Moskvanın AB ilə münasibətləri yaxşılaşdırmaq üçün fürsətlərdən istifadə etmək istəmədiyini göstərdiyini söylədi, daha sonra ifadələrinin tonu daha sərt oldu. Barrel, Rusiyaya qarşı yeni sanksiyalar başlatmaq hüququndan istifadə edə biləcəyini söylədi. O, qeyd etdi ki, Rusiya ilə münasibətlər məsələsi fevralın 22-də AB Xarici İşlər Nazirləri Şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə ediləcək.

“Bu görüşlərdə gələcək addımlarla əlaqədar qərarlar veriləcək. Sanksiyaların tətbiq edilməsi doğru olardı. Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndə kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, - Borrell bildirdi.

Və ən maraqlısı da bundan sonra başladı. Rusiyalı nazir Sergey Lavrov, Rusiyanın Avropa Birliyi ilə əlaqələrini pozmağa hazır olduğunu söylədi. Bu sözləri “Soloviev Live” “YouTube” kanalında, rus təbliğatçısı Vladimir Solovyov ilə müsahibəsində söylədi. Üstəlik, söhbətin bir parçası Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən 12 fevralda yayımlandı.

“AB ilə münasibətləri pozmağa hazır olduğumuzdan yola çıxırıq. Dəfələrlə olduğu kimi, bu dəfə də hiss etsək ki, bəzi bölgələrdə iqtisadiyyatımız üçün risk yaradan sanksiyaların tətbiq olunması planlaşdırılır, özümüzü dünyadan təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq. Əgər sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”, – Lavrov vurğuladı.

Prinsipcə hər şeyi məntiqi şəkildə, əvvəlki bütün açıqlamalar ruhunda qurulmuşdu, amma bu dəfə effekt başqa oldu.

Almaniyadan gələn açıqlamada, Lavrovun AB ilə əlaqələrin kəsilməsinə dair bəyanatının anlaşılmaz olduğu qeyd olundu. Bu barədə “Reuters” 12 fevralda Almaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən xəbər verdi. Almaniya XİN-in məlumatına görə, bu cür açıqlamalar, həqiqətən qarışıq və anlaşılmazdır.

Yeni sanksiyaları istisna etməyən, eyni zamanda Rusiya ilə dialoqun vacibliyini vurğulayan Almaniyanın xarici işlər naziri Heiko Maasın açıqlaması da diqqətdən yayınmadı. Alman tərəfinin mövqeyi də məntiqlidir və özünəməxsus şəkildə proqnozlaşdırılır. Ümumiyyətlə, Qərb hər zaman sektoral sanksiyalar daxil olmaqla, tam və sərt qarşıdurma təhlükəsinin Rusiyanı ayıldacağına və mübahisəli mövzulardakı fikirlərini dəyişdirməyə məcbur edəcəyinə ümid edirdi. Rusiya isə buna həmişə “Kim üstümüzə qılıncla gəlsə, elə qılıncla da məhv olacaq” prizmasından cavab verirdi.

Və baş verənlər ənənəvilikdən fərqlənməzdi, əgər bu dəfə hər kəs Xarici İşlər Nazirliyinin başçısının Kremlin əsas təbliğatçısı ilə müsahibədə açıq şəkildə səsləndirilən mövqedən Rusiya Federasiyasının tamamilə imtina etməsinin şahidi olmasaydı. İndi Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova vəziyyəti yumşaltmağa çalışır, amma, əslində patronunun açıqlamasını inkar edir. O, “bu, AB-nin təşəbbüsü ilə baş verərsə, Rusiyanın Avropa Birliyi ilə münasibətləri pozmağa hazır olduğunu” bildirdi. O, guya Rusiya Xarici İşlər Nazirliyinin “avropalıları bərabər və qarşılıqlı hörmətli bir əməkdaşlığa” çağırdığını söyləyir və iddia edir ki, elə Sergey Lavrov da bunu nəzərədə tuturdu.

Və sonra Kremlin sözçüsü Dmitri Peskov Lavrovun “Avropa Birliyi ilə münasibətləri pozmağa hazır olmaq” ilə bağlı sözlərinin mediada səhv təqdim edildiyini iddia edir. Peskovun sözlərinə görə, media Lavrovun “kontekstdən kənar” sözlərindən sitat gətirib. “Məsələ dəqiq budur ki, biz bunu istəmirik, Avropa Birliyi ilə münasibətləri inkişaf etdirmək istəyirik, amma Avropa Birliyi bu yolu tutarsa, bəli, hazır olacağıq”, - Peskov vurğuladı.

Tamamilə yeni bir vəziyyətlə qarşılaşırıq. Rusiya Xarici İşlər Nazirliyi və Kremlin spikeri əvvəllər heç “Lavrovun sözləri səhv təfsir olundu” ifadələri ilə çıxış etməmişdi. Bu cür davranış, sadəcə “heç vaxt özününküləri satmayan” və “heç kimə boyun əyməyən” Rusiya tərəfinin davranış fəlsəfəsinə sığmırdı. Kim nə deyirsə desin, amma Lavrovun sözlərindən sonra daha yumşaq, barışdırıcı çıxışların olduğu ortaya çıxdı.

Bütün bunlar nədən xəbər verir? Bəlkə də, bu mövzuda ən maraqlı fikir rusiyalı siyasətçi, “Ümumrusiya Sağçı Qüvvələr Birliyi” hərəkatının prezidenti Leonid Qozman tərəfindən ifadə edildi. “Son illərdə Qərblə bağlı çox aqressiv cəfəngiyyatlar söyləndi. Elit təbəqədən heç kim buna açıq şəkildə reaksiya göstərmədi. Maria Zaxarovanın Serbiya Prezidenti Vuçiç haqqında növbəti “müdrik” və “balanslı” açıqlamasından sonra Putin də ondan üzr istəmək məcburiyyətində qaldı, amm yenə də elitada sakitlik idi. Və indi belə bir sensasiya baş verdi”, - deyə“Exo Moskva” Qozmanın sözlərindən sitat gətirir.

Bundan sonra Qozman “onlar yuxarıda çoxlarının düşündüyü qədər vahid deyillər” fərziyyəsini irəli sürür. Rusiya Federasiyasında ən vacib qərarların qəbul edilməsinə təsir edənlərdən bəhs edirik. “Birinci insana ən yaxın olanlar, Qərblə münasibətlər baxımından itirəcəkləri heç bir şey olmayan 15-20 nəfər var. İspaniyadakı qəsrlər, bəlkə də gələcəkdə övladları tərəfindən istifadə oluna bilər, amma bu da tam dəqiq deyil. Artıq geri dönmə nöqtəsini keçdilər, öz mülklərinin ərazilərinin minnətdar xalqdan qorunmasını təmin edərək burada yaşayacaqlar. Amma, elitadakı 10 min insan sanksiya altında deyil və qazandıqları hər şeyi orada – düşmən ərazisində sakitcə xərcləmək istəyirlər”, - siyasətçi bildirdi.

Lavrovun mövcud “qırmızı xətti” təsadüfən keçdiyinə Qozman inanır və deyir ki, bu təsadüf o qədər qəbuledilən deyil ki, digərləri əqidə yoldaşlarının dediklərinə açıq şəkildə düzəliş verməli oldular. Bundan əlavə, Qozman Rusiya Federasiyasının ən yüksək rəhbərliyini və ən vacib qərarların qəbuluna təsir etmək hüququ olanları nəzərdə tutaraq, dedi ki, məhdudiyyətləri var, ağıllarına gələn hər şeyi etməkdən çəkinirlər: “Onlar bir-birlərindən və ən əsası, Qərbdən qorxurlar. Qorxmaları da çox yaxşıdır”.

Onun nəticələrdə nə qədər haqlı olduğunu zaman göstərəcək. Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq ediləcəyi və bunun Rusiya tərəfindən sərt cavablara səbəb olub-olmayacağı çox tezliklə bəlli olacaq. Ancaq Lavrovun Qromıkoya çata bilməyəcəyi artıq aydındır. Elə Rusiyanın SSRİ-yə çata bilməməsi də.
//ayna.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Bu gün, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Bu gün, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Bu gün, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Bu gün, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Bu gün, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Bu gün, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Bu gün, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Bu gün, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Bu gün, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Bu gün, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Bu gün, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Bu gün, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Bu gün, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Bu gün, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Bu gün, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Bu gün, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Bu gün, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Bu gün, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Bu gün, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Bu gün, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru