Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                 

ABŞ-Türkiyə münasibətlərində kritik gün: - Bayden “soyqırımı” deyəcəkmi?
Tarix: 24-04-2021, 09:00 | Çap et
ABŞ-Türkiyə münasibətlərində kritik gün:
Bu gün - aprelin 24-də ABŞ-Türkiyə münasibətləri üçün qırılma nöqtəsi ola bilər. “Yeni Müsavat” xəbər verir ki, aprelin 24-də Bayden administrasiyası qondarma erməni soyqırımını tanımaq qərarı versə, Vaşinqton Ankara kimi bir müttəfiqini, NATO dövlətini itirə bilər. Türkiyənin Prezident Administrasiyası da Ağ Evi xəbərdar edib ki, əgər Bayden “erməni soyqırımı” ifadəsini işlətsə, ABŞ Türkiyə kim mühüm bir müttəfiqini itirəcək. Ancaq Amerika hökumətinin qərarının nə olacağı qətiləşməyib.

Obama hakimiyyətdə olduğu dövrdə 24 apreli “faciə” adlandırmışdı, amma seçkiqabağı verdiyi vədi yerinə yetirməmişdi. Bayden də seçki ərəfəsində ermənilərin səsini almaq və Türkiyəyə təzyiq üçün bu vədləri verirdi. Təhlilçilər güman edirlər ki, ABŞ prezidenti Türkiyəni itirmək qədər ağır qərar verməyəcək, lakin çıxışında “soyqırımı” ifadəsi işlədə bilər. Bununla belə, Ağ Ev rəhbəri saxtakar ermənilərə görə Ankara-Vaşinqton əlaqələrinə lüzumsuz gərginlik qatmaya da bilər.

Bu arada “The Wall Street Journal” etibarlı öz mənbələrinə istinadən yazıb ki, “Bayden ”soyqırımı" deyə bilər, lakin hələ qəti qərara gəlməyib. Ola bilsin, sələfləri kimi ənənəvi sözdən istifadə eləsin. Və ya “soyqırımı” desin". Bir məqamı da nəzərə almaq lazımdır ki, prezident postunu tutandan bu yana - son 3 ayda Co Bayden bir dəfə də olsun Ərdoğanla danışmayıb.

Bayden ötənilki seçki kampaniyası zamanı “erməni soyqırımı”nı tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini bildirmişdi. “Mən şənbə Anım Günündə bununla bağlı daha çox şey söyləyəcəyimizi təxmin edirəm. Amma mənim ondan öncə deyəcək sözüm yoxdur,”- Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin vədi ilə bağlı suala cavab olaraq bildirib.

ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət ermənipərəst qrup isə Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırımı kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırıb. “Birləşmiş Ştatlar hökuməti çox uzun müddət erməni soyqırımı ilə əlaqəli tarixi faktla bağlı biabırçı şəkildə səssiz qalıb və buna artıq son qoyulmalıdır. Biz Sizi vədlərinizi yerinə yetirməyə və həqiqəti dilə gətirməyə çağırırıq”, - qanunvericilər yazıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq. Bu halda ABŞ prezidenti hansı seçimi edəcək: “soyqırımı”nı tanıyacaq, yoxsa Türkiyəni itirmək istəməyəcək?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla, Bayden “soyqırımı” ifadəsini işlədəcək. Onun sözlərinə görə, fevraldan başlayaraq Baydenə yaxın ekspertlər siyasi kluarlarda etdiyi qeyri-rəsmi söhbətlərlə bu məsələyə diqqət çəkirdilər: “ABŞ-dakı ”dərin dövlət" Türkiyə ilə münasibətlərdə düşmənçilik yanaşmasını ortaya qoyur. Baydenin ilin-günün bu vaxtında belə bir addım atması paradoksaldır. ABŞ-ın Türkiyə ilə münasibətlərini korlaması Ərdoğanın qəbul etməməsi ilə bağlıdır. Amerikada Türkiyə liderinin müstəqil siyasətinə əsəbidirlər".

Z.Məmmədovun sözlərinə görə, Türkiyə addımları ilə həm daxildə güclənib, həm Aralıq dənizi sahillərində regional faktora çevrilib: “Onun hərbi sənayedə NATO-dan asılılığının azaldığını demək lazımdır. Bir zamanlar NATO-dakı müttəfiqlərindən asılı olan Türkiyə indi müstəqil siyasət aparır və bu, bir çoxlarının xoşuna gəlmir. Ancaq Bayden ”soyqırım" deməklə heç nə dəyişməyəcək, çünki siyasi qərardır, tarixi deyil.

Hər halda bu qərar iki ölkə arasında münasibətlərə pis təsir edəcək, Ankaranın Vaşinqtondan uzaqlaşmasına gətirəcək. Görünür, ABŞ hər şeyi gözə alıb, Türkiyəni cəzalandırmaq istəyir. Amma Türkiyə bununla daha da möhkəmlənəcək, güclənəcək, itirən Vaşinqton və müxtəlif siyasətçilər olacaq. Ermənistanda belə qaldırılmayan məsələnin ABŞ üçün bu qədər əhəmiyyətli olması göstərir ki, “soyqırımı” siyasi mahiyyət daşıyır".

Politoloq İlqar Vəlizadə deyir ki, Baydenin “soyqırımı” ifadəsi işlədəcəyini düşünmür: “Çünki bunu iddia edənlər onun seçki zamanı erməni lobbisinin dəstəyini qazanmaq üçün səsləndirdiyi fikirləri əsas götürür. Bayden, bəlkə də, aprelin 24-də ”soyqırımı" ifadəsi işlədə bilərdi, lakin indiki halda çətin ki, o, Türkiyə ilə münasibətləri poza biləcək belə bir addımı atsın".

Politoloqun sözlərinə görə, Ukrayna ətrafında gedən proseslər Vaşinqtonu Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edir: “Həm ABŞ, həm də AB-nin Ukraynaya yardım göndərmək üçün boğazlara ehtiyacı var. Boğazların nəzarəti isə Türkiyənin əlindədir. Yəni indiki halda Vaşinqton Ankaraya hava, su kimi ehtiyac duyur. Bu mənada çətin ki, Bayden ”soyqırımı" ifadəsi işlətsin. Bu, açıqca boğazların Vaşinqtonun üzünə bağlanması, Kremlə isə ciddi bir fürsət vermək deməkdir".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru