Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                     "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." .....                     SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi .....                     “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi .....                     Həbibbəyli niyə tələsmir ki?.. .....                     Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır .....                     Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır .....                     DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə .....                     Respublika Psixiatriya xəstəxanasında ölüm... .....                 

Qırğızlarla tacikləri bir-birinə kim qırdırır? - GƏLİŞMƏ
Tarix: 4-05-2021, 10:57 | Çap et
Qırğızlarla tacikləri bir-birinə kim qırdırır?
Aprelin 29-da Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı qarşıdurma yaşandı. Ölkələrin təhlükəsizlik qüvvələri “Qolovnoy” Su Paylama Məntəqəsi istiqamətində bir-birinə atəş açdılar. Hadisənin ilk dəqiqələrindən tərəflər bir-birilərini münaqişəni böyütməkdə günahlandırdılar.

Belə ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Mərkəzi sərhədçilərə ilk atəş açanın Qırğızıstan hərbçiləri olduğunu iddia edib. Vurğulanıb ki, Qırğızıstan tərəfi əvvəllər əldə olunmuş razılaşmaları pozaraq Su Paylama Məntəqəsini qanunsuz olaraq ələ keçirməyə cəhd edib ki, bununla da atışma olub.

Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə atışmanın Tacikistan təhlükəsizlik əməkdaşlarının hərəkətləri səbəbindən başladığını söyləyib: “Atəşə ilk başlayan onlardır. Bundan sonra Qırğızıstan hərbçiləri atəş açmağa məcbur qalıblar”.

Bundan əlavə, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin açıqlamasına görə, 29 apreldə səhər tezdən Tacikistan tərəfi ərazidən keçən Qırğızıstan vətəndaşlarının avtomobillərinə ov tüfənglərindən atəş açmağa başlayıblar.

Elə həmin gün ölkələr arasında danışıqlardan sonra şifahi atəşkəs haqqında razılaşma oldu. Amma aprelin 30-u səhər saatlarında sərhəddə atışma yenidən başladı və silahlı qarşıdurma müharibə həddinədək irəlilədi.

Baş verən silahlı qarşıdurma zamanı yaralanan qırğızların sayı 183-ə çatıb. Bu barədə ölkənin səhiyyə və sosial inkişaf naziri bildirib. Nazir deyib ki, 35 nəfər həlak olub. Məlumatlara görə, qarşıdurmalar nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Mayın 1-də isə rəsmi Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəlib. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev tacik həmkarı Saymumin Yatimovla apardığı danışıqlardan sonra məlumat verib.

Taşiyev bildirib ki, hər iki ölkənin xalqı çətin dövr yaşayır və faciə ilə üzləşiblər. Onun sözlərinə görə, danışıqlar nəticəsində hər iki ölkənin maraqlarına uyğun dörd bənddən ibarət protokol qəbul edilib. Ölkələrin qoşunları və texnikası sərhəddən çəkilib.

TASS Agentliyi dünən səhər məlumat yayıb ki, Qırğızıstan və Tacikistan hərbçilərin və texnikanın sərhəddən geri çəkilməsi prosesini başa çatdırıb. “Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və varlıqların çıxarılmasını başa çatdırdı”, - deyə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Görünən odur ki, qarşıdurma səngidi və sülh yaradıldı. Amma yenidən insidentlərin baş verməyəcəyinə də zəmanət yoxdur. Çünki Tacikistan “Qolovnoy” Su Paylama Məntəqəsinin yerləşdiyi ərazini öz ərazisi hesab edir. Eyni zamanda, Qırğızıstanda bu ərazi mübahisəli hesab olunur.

Tacikistan ilə Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir. Amma yalnız 504 kilometr delimitasiya və demarkasiya olunub. Problem iki ölkə ərazisində eksklavların olması ilə daha da ağırlaşır. Torpaq, su, qeyri-qanuni sərhəd keçidləri və millətlərarası bölgü məsələsində ziddiyyətlər tez-tez sərhədin müəyyən olunmamış hissələrində yaranır. Münaqişələr zamanı bəzən hadisə silahlı qarşıdurmaya çevrilir. Necə ki, bu qarşıdurmanın şiddətləndiyinin şahidi olduq.

Ölkələr arasında ərazi mübahisəsinin nə üçün silahlı insidentə çevrildiyi, bundan sonra proseslərin hansı istiqamətə yönələcəyi sual doğurur. Keçmiş iki SSRİ ölkəsi arasındakı gərginliyi AYNA-ya şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev deyib ki, bu mübahisənin tarixi uzundur.

Analitikin sözlərinə görə, əsas problem orada olan su qaynaqları ilə bağlıdır: “Həmin əraziyə hər iki ölkə iddia edir. İndi baş verən toqquşma birinci dəfə deyil. Amma ilk dəfədir ki, gərginlik bu həddə yaşanıb, məsələyə ordular qarışıb. Su mənbələrinə kimin nəzarət etməsi mübahisədə əsas məsələdir. 5 metr o yana, 10 metr bu yana - sonucda mübahisələri dərinləşdirir”.

SSRİ vaxtında respublikalar arasında sərhədlərin bölünməsi zamanı qəsdlə mübahisə yaradacaq bölgünün aparılmasının nəticədə bu cür gərginliklərə gətirib çıxardığı iddiasına münasibətdə politoloq bildirib ki, belə bir siyasət aparılıb: “SSRİ zamanı sərhədlər elə müəyyənləşdirilib ki, respublikalar bir-birindən asılı olsun. Bu, ümumi siyasətin tərkib hissələrindən biri idi. Amma hesab etmirəm ki, SSRİ rəhbərliyi o zaman 2020-ci ildə su qaynaqlarının kimdə olacağını düşünüb, Tacikistanla Qırğızıstan arasında sərhədləri belə bölüb. Bu, inandırıcı deyil”.

Türk dövlətlərinin birliyinin gündəm olduğu dövrdə bir türk dövləti olan Qırğızıstanın münaqişəyə cəlb edilməsi iddiasını da F.Şəfiyev absurd sayır: “Onsuz da əvvəldən mübahisəli məsələ var idi. İndi bu mübahisə dərinləşmiş oldu. Bu gün Qırğızıstanla Özbəkistan arasında da Oş vilayəti ilə bağlı mübahisə var. Bunlar ki, türk respublikalarıdır. Eyni zamanda, Özbəkistanla Tacikistan arasında da ərazi mübahisələri mövcuddur. Bu, türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsi ilə bağlı deyil. Belə iddialar yanlışdır”.

“Belə iddialar var ki, Qırğızıstanla Tacikistan arasında gərginliyin yaranması Rusiyanın planıdır. Bilirsiniz, Rusiyanı bir çox məsələdə günahlandırmaq olar. SSRİ-nin və onun varisi Rusiyanın münaqişələrin yaranmasında günahı çoxdur. Elə bizim Qarabağ konflikti də SSRİ-nin səhv siyasətinin nəticəsidir. Amma gəlin, obyektiv olaq. Qırğızıstanla Tacikistan arasında gərginliyi Moskvaya bağlamaq doğru deyil”, - Mərkəz rəhbəri əlavə edib.

İki ölkə arasındakı bundan sonra baş verəcək prosesləri qiymətləndirən mütəxəssis vurğulayıb ki, məsələ hansısa yolla həllini tapacaq: “Biz gördük ki, insidentin tez bir zamanda qarşısı alındı. Qırğızıstanda yeni rəhbərlik var. Prezident Caparovun komandası Orta Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Düşünmürəm ki, münaqişə ciddiləşsin. Güman ki, hansısa vasitə ilə problemlər yoluna qoyulacaq. Ola bilsin ki, siyasi münaqişə qalsın. Çünki ərazi mübahisəsi dediyim kimi, uzun illərdir var. Amma silahlı münaqişə olmayacaq”.

“Su mənbələrinin bölünməsi prosesi baş verə bilər. Məsələn, bizim də Xəzərdə Türkmənistanla mübahisəmiz var idi, amma danışıqlarla yoluna qoyuldu. Söhbət “Dostluq” neft yatağı ilə bağlı problemdən gedir. Ola bilsin ki, Qırğızıstanla Tacikistan su mənbələri ilə bağlı Azərbaycanın Türkmənistanla razılaşması nümunəsindən istifadə etdi. Hətta ola bilər ki, Azərbaycan iki dövlət arasında sülh prosesində vasitəçi də olsun, təcrübəsini paylaşsın. Təbii ki, ilk növbədə ölkələrin özləri yoluna qoymalıdır. Və yaxın qonşuları – Özbəkistan və Qazaxıstan da onlara yardımçı ola bilər. Amma yenə də deyirəm, mübahisəli məsələ siyasi müstəvidə qalacaq. Lakin silahlı müharibə səviyyəsinə çatmayacaq”, - deyə Şəfiyev fikrini yekunlaşdırıb.
//ayna.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru