Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                 

Dünən Donbassda ağır döyüşlər baş verib - Müharibəqabağı nəbz yoxlanışı?
Tarix: 27-10-2021, 08:27 | Çap et
Dünən Donbassda ağır döyüşlər baş verib
Dünən Donbassda rus separatçıları ilə Ukrayna ordusu arasında şiddətli döyüşlər baş verib. Gecə yarısından axşama qədər davam edən döyüşlər zamanı Ukrayna Ordusunun Staromaryevka kəndini ələ keçirsə də, sonradan yaşayış məntəqəsini tərk etdiyi bildirilir.

Ovqat.com-un məlumatına görə, faktı rus separatçıları da təsdiqləyiblər.

"Colonelcassad" adlı Telegram səhifəsi separatçı qaynaqlara istinadən xəbər verib ki, Staromaryevka kəndi əslində Donbass döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələri arasındakı “boz zona” adlanan ərazidə yerləşir. “DXR döyüşçülərinin mövqeləri orada yox, Staromaryevkanın şərqində yer alır. Bundan istifadə edən Ukrayna Silahlı Qüvvələri gecə saatlarında kəndə daxil olaraq yaşayış məntəqəsinin mərkəzinə öz bayraqlarını asıb”.

Məlumatda bildirilir ki, kənddə 180 nəfər yaşayır, onlardan 37-si Rusiya vətəndaşıdır: “Bundan sonra kəndin ərazisində indiyə qədər (dünən axşamadək) davam edən döyüşlər başlayıb. Hər iki tərəf minaatanlardan və 122 mm-lik artilleriyadan istifadə edir. Telmanovo kəndindən Staromaryevkaya tankların keçməsini təsdiqləyən videolar da var. Bu, daha bir eskalasiyanın mümkünlüyünə işarədir”.

Qranitnoye və Telmanovoya artilleriya zərbələri endirildiyini bildirən Telegram səhifəsi tərəflərin itkiləri və Staromaryevka ərazisində mövcud taktiki vəziyyət barədə hələ də çox az məlumat olduğunu vurğulayıb.

Digər bir məlumata görə, Ukrayna hərbçiləri separatçılarla mübarizədə Türkiyənin “Bayraktar TB-2” silahlı dronlarından da istifadə ediblər. Hesab olunur ki, bu, Kiyevin Türk dronlarından ilk istifadəsidir. Bir çox Telegram səhifələri “Bayraktar TB-2” ilə separatçıların artilleriya silahlarının vurulduğunu əks etdirən video da yayımlayıb.

“Əslində, hərbi ekspertlərin hamısının proqnozlaşdırdıqları baş verir. Ukrayna Silahlı Qüvvələri təmas xəttində Donbass döyüşçülərini öz hava hücumundan müdafiə vasitələri ilə hücumlara cavab verə bilmədiyi məsafədən idarə olunan silahlarla zərbələr endirir, Türkiyəyə məxsus hücum PUA-larından istifadə etməyə başlayıb. Bununla da Donbassın bütün kuratorlarını təbrik edirəm", - deyə hərbi ekspert Vladimir Orlov öz Telegram səhifəsində yazıb.

Rəsmi Kiyev də Donbass separatçıları ilə dünən döyüşlərin başladığı faktını təsdiqləyiblər. Ukrayna Ordusunun Birləşmiş Əməliyyat Qüvvələrinin məlumatına görə, günah “Rusiya muzdlu”larında olub. “Separatçılar gün boyu atəşkəs rejimini 7 dəfə pozublar. Onlardan 4-də Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə olunub”, - Birləşmiş Əməliyyat Qüvvələrinin Facebook səhifəsində bu barədə məlumat verilib.

Məlumata görə, separatçılarla dünənki döyüşlərdə Ukraynanın 1 əsgəri ölüb, 1 əsgəri isə yaralanıb. Qarşı tərəfin itkiləri barədə heç bir məlumat verilmir.

“Müdafiə qüvvələrimiz cavab atəşi açaraq düşməni Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəşi dayandırmağa məcbur ediblər”, - məlumatda vurğulanır.

Bildirilir ki, yeddi hücumdan üçü Donetsk vilayətinin Volnovaxski rayonunun Qranitnoe kəndi ərazisində baş verib: “Düşmən həmçinin yaxınlıqdakı Pavlovol Qranit kəndini, Luqansk vilayətinin Popasnyanskiy rayonunun Novozvanovka kəndini, Novoaydarskiy rayonunun Krımskoe kəndini, Donetsk vilayətinin Yasinovatskiy rayonunun Troitskoe kəndini atəşə tutub.

Atışma zamanı düşmən 122 mm-lik artilleriyadan, avtomatik ağır qumbaraatanlardan və iriçaplı pulemyotlardan, tank əleyhinə raket sistemindən, həmçinin VOG-17 mərmilərinin atıldığı pilotsuz uçuş aparatından istifadə edib”.

Birləşmiş Əməliyyat Qüvvələri qərargahı separatçıların bəzi iddialarını təkzib edib: “Ukrayna hərbçiləri Donetsk vilayətinin Qranitnoe kəndi ərazisində müvəqqəti işğal olunmuş ərazilərində neytral zonanı tutmayıb. Birləşmiş Əməliyyat Qüvvələri komandanlığı bu məlumatın yalan olduğunu bəyan edir. Bu, Rusiya Federasiyasına bağlı qeyri-qanuni silahlı birləşmələrinin Ukraynanı gözdən salmaq və demarkasiya xəttini pozmaqda ittiham etmək üçün növbəti cəhdidir. Ukrayna tərəfi Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəş açmayıb", - mesajda vurğulanır.

Bəyanatda o da bildirilir ki, Ukrayna hərbçilərinin mövqeləri dəyişməz olaraq qalır.

Hərbi ekspertlərin fikrincə, dünən Donbassda baş verən bu toqquşma müharibəqabağı nəbz yoxlanışı da ola bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru