“Rusiya İrana 8 qaz quyusunu istismar etməyə icazə vermir” - Tehran indi də KREMLƏ QARŞI
Tarix: 2-11-2021, 12:50 | Çap et
 “Türkiyə son bir ildə İrandan qaz alışını 31% azaldıb və ölkə Azərbaycan Respublikasından 11 milyard kubmetr təbii qaz idxalına dair müqavilə imzalayıb. Bundan əlavə, Rusiya da İrana Xəzərdəki 8 böyük qaz yatağının istismarına icazə verməyib”. Ovqat.com xəbər verir ki, Tehran Enerji Palatasının sədri Rza Pədidar mətbuat açıqlamasında belə deyib. Tehranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəsmi saytının məlumatına görə, enerji ekspertləri ölkədə qarşıdan gələn qış fəsli üçün təbii qazın mümkün qıtlığından qorxduqlarını gizlətmitlər. Ölkədə qaz hasilatı və istehlakı ilə bağlı baş verən prosesləri və təhlilləri yaxından izləyənlər qarşıdan gələn qış mövsümündə mümkün qaz kəsilmələrinin sənaye və istehsalat müəssisələrinin həyatını təhlükə altına qoya biləcəklərindən narahatdırlar. Bu risklər dövlət qurumları tərəfindən də etiraf olunur. “Tehran İctimaiyyətlə Əlaqələr Palatasının məlumatına görə, Tehranın Enerji və Ətraf Mühit Palatasının Komissiyasının rəhbəri Rza Pədidar komissiyanın son iclasında bildirib ki, Türkiyə İrandan təbii qaz alışlarını 31% azaltması azmış kimi, onun İranla bağladığı enerji ixracına dair müqavilə üçün son tarixə cəmi dörd il qalıb və iki ölkənin qaz mübadiləsinə hansı yeni yanaşmanı tətbiq edəcəyi bəlli deyil”, -məqalədə belə deyilir. Ankara ilə Bakı arasında bağlanan qaz müqaviləsinin 3 illiyə bağlandığını nəzərə alsaq, bu, İrandan alınan təbii qazın müqavilə müddəti bitənə qədər Azərbaycan qazı ilə kompensasiya ediləcəyi anlamına gəlir. İranın Türkiyəyə qaz ixracının azaldılmasından başqa ölkənin qaz sənayesi sahəsində baş verən daha bir hadisə rəsmi Tehranı xeyli pəjmürdə edib. Tehran Ticarət və Sənaye Palatasının sədri Ərdəşir Dadras Tehran Enerji Palatasının iclasında bildirib ki, İranın səkkiz böyük qaz quyusu qazmaq hüququ var idi: “Həsən Ruhani hökuməti ilə Rusiya hökuməti arasında imzalanmış razılaşmaya əsasən isə Rusiya İrana faktiki bu hüququndan istifadə etməyə imkan vermir”. Dadrasın Rusiya ilə bağladığı hansı sazişi nəzərdə tutduğu aydın deyil. Mümkündür ki, burada söhbət 2018-ci ilin avqustunda imzalanmış “Xəzərin Hüquqi Statusu” barədə Konvensiyadan gedir. Həmim Konvensiyaya görə, Xəzərin dibi 5 sahil dövləti arasında bölünmüşdü. İran isə bu bölgüyə etiraz edir və SSRİ ilə nə zamansa bağladığı müqaviləyə əsasən, Xəzərin yalnız Rusiya ilə İran arasında bölünə biləcəyi iddiasını irəli sürürdü. Dolayısıyla müsəlman Azərbaycan və Türkmənistanın haqqına özü göz dikir, digər bir müsəlman ölkəsi Qazaxıstanın payını isə Rusiyaya hədiyyə etmək sevdasına düşmüşdü. Rusiya isə İrandan daha “Allahlı” çıxmış və hər kəsin sahib olduğu ərazisinə görə Xəzərə yiyələnməsi təklifi ilə razılaşmışdı. Bayrağında “Allah” yazılan İran isə hələ də Xəzərin Statusu haqqında Konvensiya ilə razılaşmaq istəmir və onu ratifikasiya etməyə tələsmir. Dadras bu müqaviləni indiki dövrdə “qaz sahəsində Türkmənçay müqaviləsi” adlandıraraq deyib: "Dünyada qaz ehtiyatları baxımından İranın payı 17,9%, Rusiyanın payı isə 18,1% təşkil edir. İran öz ehtiyatını 18,2 faizə çatdırmış və onu dünyada ikinci ən böyük qaz istehsalçısına çevrilmişdi. Lakin bu müqaviləyə əsasən, Rusiya İrana məxsus olan bu qaz ehtiyatlarının çıxarılmasına icazə vermədi və bizim onu çıxarmağa haqqımız yoxdur”. Dadras eyni zamanda, Xəzər dənizində neft quyularının çıxarılması üçün bir neçə il davam edən “Əmirkəbir” gəmisinin tikintisinə toxunaraq, bu gəminin ölkə üçün heç əhəmiyyətinin qalmadığını vurğulayıb: “İran praktiki olaraq neft və qaz ehtiyatlarını çıxara bilməz. Xəzər dənizində, bir tərəfdən, İranın bu bölgədəki dəniz ərazisini Rusiya ilə razılaşmalar səbəbindən azaldılıb və indi keçmişlə müqayisədə beşdə birinə sahib olub, Bu da İranın dərin sulara çıxışını əngəlləyir. Digər tərəfdən, ölkənin Xəzər dənizində neft quyularının kəşfi və çıxarılması texnologiyası zəifdir”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
|