Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                 

Rusiya Ukraynaya qarşı asimmetrik gedişlərə əl ata bilər - TƏHLİL
Tarix: 5-11-2021, 15:04 | Çap et
Rusiya Ukraynaya qarşı asimmetrik gedişlərə əl ata bilər
Ukraynanın Türkiyədən aldığı “Bayraktar-TB2” zərbə PUA-larını Donbas əyalətində tətbiq etməsi Ukrayna münaqişəsi ətrafında Rusiyanın yaratdığı mürəkkəb vəziyyəti daha da qəlizləşdirib.
Məlumat üçün bildirək ki, oktyabrın 26-da Donetsk əyalətinin Qranitnı yaşayış məntəqəsində separatçıların “D-30” artileriya qurğusuna “Bayraktar-TB2” döyüş PUA-sı vasitəsilə raket zərbəsi endirilib. Rəsmi Kiyevin bildirdiyinə görə, bu zərbə bir gün əvvəl separatçıların Ukrayna ərazisini atəşə tutmasına cavab olaraq həyata keçirilib. Ukrayna Birləşmiş Hərbi Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev söyləyib ki, Ukraynaya qarşı hərbi təhlükənin artacağı yerlərdə bundan sonra da “Bayraktar TB2”dən istifadə olunacaq. Hazırda Ukraynanın 12 belə PUA-sı var, onların sayının yaxın vaxtlarda 48-ə çatdırılacağı bildirilir.

Rusiyanın rəsmi təbliğat maşını zenit raket komplekslərinin PUA-ları asanlıqla zərərsizləşdirə bildiyini nə qədər iddia etsə də, Moskva gözəl bilir ki, “Bayraktar”larla mübarizə aparmaq üçün onun arsenalında anoloji vasitə yoxudr. Bunu Liviya, Suriya və Qarabağdakı real döyüş şəraiti sübut edib. “Bayraktar”lar hava hücumundan müdafiə komplekslərindən asanlıqla yayınaraq, atəş nöqtələrini zərərsizləşdirirlər. Yəni Ukraynanın separatçıların nəzarətində olan ərazilərindən ölkənin əsas ərazisinə zərbə endirmiş istənilən hərbi texnika PUA-lar vasitəsilə asanlıqla məhv edilə bilir. Bunun qarşısını almaq üçün Rusiya nə etməlidir?

Moskva Ukraynaya “Bayraktar” satdığına görə Türkiyəyə etiraz edə bilmir. Bu mənada Kremlin ən sərt bəyanatı Rusiya prezidentinin sözcüsü Peskovun “Bayraktar”ların Ukraynaya satılması bölgədə gərginliyi artıracaq” şəklində olub. Bir də, Türkiyədən Rusiyaya ixrac olunan 500 milyon dollarlıq mandarinin ölkəyə girişinə qadağa qoyulub. Bunun da əks təsiri yenə Rusiyaya olacaq. Rusların xüsusi təmtəraqla qeyd etdikləri Yeni İl ərəfəsində bazarlarda mandarinin qiyməti qalxacaq. Odur ki, mandarin qadağasının uzun sürəcəyini gözləmək olmaz.

Əslində Moskvanın Ukraynaya “Bayraktar” satdığına görə Ankaradan küsməsi də əsassız sayılır. Çünki Rusiya özü bəyan edir ki, Ukraynaya qarşı müharibə aparmır, ukraynalılar ruslarla qardaş xalqdır, sadəcə, şərqdə öz hüquqlarını tələb edən rusdilli ukraynalıların hüquqlarını müdafiə edir. Belə olan halda, əgər Rusiya Ukrayna ilə müharibə şəraitində olmadığını bəyan edirsə, bu ölkəyə silah satışından niyə narahat olmalıdır?
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun məsələyə dair bəyanatı bu məntiqi əks etdirir. Çavuşoğlu deyir ki, Ukraynaya “Bayraktar”ların satışı Rusiyaya qarşı yönəlməyib: “Əgər Moskva istəyirsə onlara da bu silahdan sata bilərik”.


Ankara faktik olaraq Rusiyanın vaxtilə Azərbaycan və Ermənistana yönəlik hərbi strategiyasının oxşarını Moskva ilə Kiyevə tətbiq edir. Necə ki, vaxtilə Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olmalarına baxmayaraq, Rusiya hər iki ölkəni özünün strteji tərəfdaşı elan edib, İrəvana bir çox hallarda pulsuz, Bakıya isə “Avropa standarlarına uyğun qiymətlərlə” silah verirdisə, eləcə də Türkiyə oxşar formulu tətbiq edir. Bircə fərq ondan ibarətdir ki, Ukraynadakı dolaşıq münaqişə vəziyyətini Türkiyə deyil, Rusiyanın özü yaradıb və günahkar axtarışına çıxması tamamilə yersizdir.

Preblemin digər tərəfi ondan ibarətdir ki, Rusiya Ukraynanın “Bayraktar”ları ilə döyüşmək üçün Türkiyə və yaxud digər ölkələrdən (məsələn, Çindən) anoloji silah alıb, separatçılara verə bilmir. Səbəb çox sadədir: Bu ilk növbədə özünün hərbi potensialı ilə övünən Rusiyanın hərbi-siyasi imicini zədələyəcək. İkincisi, əgər alınsa belə, bu silahın separatçıların istifadəsinə verilməsi mükün olmayacaq. Çünki heç bir dövlət Avropanın mərkəzində separatçıları dəstəkləyən ölkə kimi ad çıxarıb, Qərblə düşmən olmaq istəməyəcək. Heç Rusiyanın özü də açıq-aşkar separatçı Luqansk və Donetsk respublikalarını dəstəkləyən ölkə kimi gündəmə gəlmək istəməz. Əgər münaqişə yenidən alovlanarsa, bu Rusiyanın Avropanın mərkəzində hərbi münaqişənin təşəbbüskarı kimi ciddi ittihamlarla üzləşməsi deməkdir.

Rusiya üçün imicini korlamamaq şərtilə Ukraynanı hərbi yolla ram etmək variantlarından ən məqbulu Krım yarımadası ətrafında gərginlik yaradıb, Ukraynanın hərbi zərbə endirdiyini bəhanə gətirərək, uğurlu əks-hücum həyata keçirmək ehtimalıdır. Belə olarsa, Rusiya öz hərbi potensialından tam mənasıyla istifadə edə, hətta xaricdən alacağı PUA-larla Ukraynanın PUA-larını da zərərsizləşdirə, bu yolla Kiyevin Luqansk və Donetskə müdaxiləsini də dayandıra bilər. Rusiyanın yarımadada hərbi qüvvələrinin sayını artırması bu ehtimalı gücləndirir. Məhz bu səbəbdən rəsmi Kiyev heç bir halda Krımın öz nəzarətinə qaytarılması ilə bağlı hərbi manevrlərə baş vurmaq niyyətindən söz açmır. Ukrayna Krımla bağlı daha çox diplomatik təzyiq metodlarına baş vurur.

Ancaq mümkün Krım əməliyyatının da Rusiyaya problem yaratmayacağına heç kim zəmanət verə bilməz. Belə ki, kiçik hərbi əməliyyat genişlənə və bütün Ukrayna ərazisini əhatə edə bilər. Nəticədə Rusiya Ukrayna meydanında NATO hərbi qüvvələriylə qarşı-qarşıya dayanmaq məcburiyyətində qalacaq. NATO-ya üzv ölkələrin dayanmadan Ukrayna ilə birlikdə hərbi təlim keçirmələri, üstəlik Şimali Alyansla Rusiyanın diplomatik münasibətlərinin tam pozulması şəraitində bu ehtimal istisna edilməməlidir.

Tofiq Vahid
AzVision.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru