Moskva hər il İrəvana verdiyi 2,6 milyardlıq "subsidiya"nı dayandıracaqmı? - AKTUAL
Tarix: 21-10-2022, 11:12 | Çap et
 Ermənistanda qaz böhranı yarana bilər. Qarşıdan gələn sərt qış İrəvan üçün ciddi sınaqlar vəd edir. Çünki artıq "böyük qardaş" Rusiya Ermənistanla əvvəlki tək isti münasibətlərə malik deyil. Ölkənin məşhur nəşrlərindən olan "Hraparak" qəzeti yazır ki, zatən Nikol Paşinyan hakimiyyəti son aylar Moskva ilə siyasi münasibətlərdə gərginlik yarada bilib. Bunun ardınca iqtisadi əlaqələrdə axsamaların yaranması ölkəyə böyük problemlər yaşadacaq. Çünki Qafqaz ölkələri içində Kremldən iqtisadi cəhətdən ən çox məhz Ermənistan asılıdır. Hətta "Respublika uğrunda" partiyasının sədri Arman Babacanyan deyib ki, Ermənistanın indiki qeyri-müəyyən, həssas vəziyyətində qaz təchizatı məsələsində siyasi komponentlər meydana çıxacaq. Rusiya qazdan Ermənistanın qərb istiqamətinə yönəlməsinə qarşı təzyiq aləti kimi istifadə edəcək. Üstəlik, Rusiyanın Ermənistana istehlak etdiyi qaza görə külli miqdarda borc təqdim etməsi ilə bağlı xəbərlər də yayılıb.
Ermənistan indi sərhəddə mavi yanacağın 1000 kubmetrinə görə Rusiyaya 165 dollar ödəyir. Rusiya isə eyni qazı Avropa ölkələrinə 1500 dollara satır ki, bu da ermənilərin əldə etdiyi yanacaqdan 1335 dollar bahadır.
"Yəni hər il 2 milyard kubmetr qaz əldə etsək, belə çıxır ki, Ermənistan Rusiya Federasiyasından təxminən 2,6 milyard, ayda isə 220 milyon dollar subsidiya alır. Bu hesablamaları Ermənistan Respublikasının keçmiş baş naziri Hrant Baqratyan vektor dəyişikliyinin nə qədər təhlükəli olduğunu və bizim qərbyönlü oyunlarımızın ardınca nələrin gələ biləcəyini göstərmək üçün aparıb. Aydın məsələdir ki, bu sədəqənin də müəyyən "qiyməti" var. Belə bir xeyirxahlığı Vladimir Putin Belarusa qarşı da edir. Belarus isə Rusiya ilə ittifaq dövlətidir və Moskvanın ən sadiq müttəfiqi sayılır.
Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Burada xüsusi gömrük rüsumları yoxdur və biz də bundan istifadə edirik. Ən əsası isə 2013-cü ildə qəbul olunan məlum qanundan yararlanırıq. Hansı ki, Rusiyanın Orenburq vilayətində mövcud olan qaz qiyməti əmsalı bizə tətbiq edilir. 2013-cü il müqaviləsi 30 il müddətinə imzalanıb. Yəni o, 2043-cü ilə qədər qüvvədədir. Lakin müqaviləyə əsasən, tərəflər 6 ay əvvəldən bir-birini xəbərdar etməklə istənilən vaxt müqaviləni ləğv edə bilər. Yəni Rusiya hər an deyə bilər ki, "mən indi fors-major vəziyyətdəyəm və Ermənistanı yeni qiymətlə razılaşmağı təklif edirəm". Yeni qiymət isə Ermənistanın indiki anti-Rusiya oyunları fonunda Avropa qiymətinə yaxınlaşacaq.
Bu məsələdə Baqratyanın müəyyən hesablamaları da var. Əgər bizdə qazın qiyməti dünya səviyyəsinə yaxınlaşsa, həyat səviyyəsi 30 faiz aşağı düşəcək. Yoxsulluq səviyyəsi 50 faizi keçəcək. Təbii ki, bu halda Rusiya ilə yeni danışıqlara və qazın qiyməti ilə bağlı yeni qaydalara mütləq ehtiyacımız yaranacaq", - nəşr yazıb. AzVision.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
|