Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                 

Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa... - İNCƏLƏMƏ...
Tarix: 27-10-2022, 11:27 | Çap et
Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa...
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin Baş naziri postuna Hindistan əsilli sabiq maliyyə naziri Rişi Sunak seçilib. Onun yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib. Beləliklə, Sunak bu vəzifədə ötən həftə istefa vermiş Liz Trassı əvəz edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib. Cəmi bir neçə ay bu postda çalışan Trassın istefasının ardınca Boris Consonun yenidən Baş nazir olacağı iddia edilsə də, o, namizədliyini geri götürüb. Bununla bağlı bəyanatında bildirib ki, yerini gənclərə vermək niyyətindədir.

42 yaşlı Rişi Sunak Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub. Sunak hind əsillidir və ailəsi ilə birlikdə ötən əsrin 60-cı illərində Şərqi Afrikadan İngiltərəyə köçüb. Prestijli “Winchester” məktəbində oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb. Sonra Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.

O, aspirant olduğu Stenford Universitetində təhsil alarkən nəhəng IT şirkətinin həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlənib. Bir müddət “Goldman Sachs”da analitik olaraq çalışan Sunak daha sonra iki fondun həmtəsisçisi olub.

Böyük Britaniyanın dünyanın aparıcı ölkələrindən biri olduğunu və yeni Baş nazirin beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli töhfələr verə biləcəyini nəzərə alsaq, Sunakın rəhbərliyi hansı dəyişikliklərə yol açacaq?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, keçmiş maliyyə naziri Rişi Sunakın Böyük Britaniyanın növbəti Baş naziri olacağı gözlənilən idi: “Daha çox ehtimallar məhz onun üzərində idi. Buna qədər keçmiş Baş nazir Boris Consonun şansı daha çox qiymətləndirilirdi. Xüsusən Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilkin dövrlərində Ukraynaya açıq dəstəyi, ən gərgin dönəmdə Kiyevə səfər etməsi ona qarşı xüsusi rəğbət yaradırdı. Lakin Conson seçki marafonu dövründə öz namizədliyini geri götürüb. Bununla bağlı bəyanatını da mətbuata təqdim etdi”.

“Təbii ki, Böyük Britaniya dünyanın aparıcı ölkələrindən biridir və orada keçirilən seçkilər bütün dünyanın maraq dairəsində idi. Bu mənada seçki marafonun dünya kütləvi informasiya vasitələri tərəfindən izlənməsi təbiidir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin fikrincə, bu seçkilər Britaniyanın daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq: “Böyük Britaniya o ölkələrdəndir ki, burada iqtidarda kimin olması ümumi yürüdülən siyasətə ciddi təsir etmir. Bu mənada kiminsə Baş nazir seçilməsinin də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Bu, həm daxili məsələlərdə, həm də xarici siyasətdə belədir”.

“Məlumdur ki, Britaniya ABŞ-la birlikdə diplomatik siyasət yürüdür və Rusiyaya qarşı eyni cəbhədən mübarizə aparırlar. Təbii ki, Qərbin, ABŞ və Britaniyanın Rusiyaya münasibəti olduğu kimi davam edəcək. Sunak özü də bununla bağlı qəti mövqeyini ortaya qoyub. İngiltərənin mövcud siyasi kursu Ukraynanı dəstəkləməkdən və Rusiyaya qarşı təzyiqləri artırmaqdan ibarətdir. Hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu siyasət dəyişməyəcək”, - deyə Mollazadə vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Sunakın Baş nazir seçilməsi Böyük Britaniya üçün yenilik sayıla bilər: “Əvvəla ona görə ki, onun 42 yaşı var və hind əsillidir. Belə bir adamın Böyük Britaniya kimi nəhəng dövlətə rəhbərlik etməsi yenilik sayıla bilər. Əslində ən şanslı namizəd Boris Conson idi, o da öz namizədliyini geri götürdü. Görünən budur ki, hədsiz demokratiya bəzən problemlərə yol açır. Məhz elə bunun nəticəsidir ki, Böyük Britaniya kimi böyük ölkə son dörd ayda üçüncü hökumət rəhbərini seçir”.

“Burada daxili və xarici amilləri də qeyd etmək lazımdır. Daxili amillər inflyasiya, bahalaşma, dünya miqyasında böhranla əlaqədardır. Xarici amillər isə əsasən Ukrayna böhranı ilə bağlıdır. Düzdür, Ukrayna ciddi nəticələr əldə edir, Rusiya küncə sıxışdırılır, ancaq bu gün də müharibə davam edir və real nəticəyə nail olunmayıb”, - deyə müsahibimiz qeyd edib.

Consonun namizədliyini götürməsini kənar təzyiq kimi qiymətləndirən Hüseynli hesab edir ki, Böyük Britaniyada bu, tamamilə gözlənilən bir siyasi hadisədir: “Lordlar Palatası necə ki, müxtəlif təzyiq alətlərindən istifadə edərək Boris Consonu, ardınca xanım Liz Trassı yola salmağa müvəffəq oldu, yəqin ki, Consonu da namizəd olmağa onlar qoymadılar. Hətta seçkilərdən sonra deyirdilər ki, Lordlar Palatasının dəstək verdiyi namizəd Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri olacaq. Görünür, Palata Sunakın üzərində dayanmağa üstünlük verdi”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru