ƏLİ HƏSƏNOV “AZƏRBAYCAN” DEYƏNDƏ HARANI NƏZƏRDƏ TUTUR?
Tarix: 5-04-2012, 13:54 | Çap et
“AZƏRBAYCANDA SÖZ AZADLIĞI TAM TƏMİN OLUNUB”
Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnalistlər qarşısında çıxış edərkən bildirib.
"Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə çatdırtmaqda azaddır", - Həsənov deyib.
PA rəsmisi bildirib ki, demokratik ölkə olan Azərbaycanın mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər, mövqelər mövcuddur.
"Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə, onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir. Əgər söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq", - Həsənov çıxışında deyib.
PA rəsmisinin sözlərinə görə, dünyada mütləq, sərhədsiz azadlıq mövcud deyil.
"Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunub. "Kim nəyi necə istəyir, elə də yazır" praktikası heç bir ölkədə mövcud deyil. Dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ başqa bir insanın hüququ başlayan yerdə bitir. Necə ola bilər ki, bir insanın hüququ hədsiz-hüdudsuz olsun, başqa bir insanın hüququnun reallaşmasına isə meydan verilməsin? Demokratik cəmiyyətlərdə bu, mümkün deyil", - Həsənov bildirib.
Onun fikrincə, demokratiya azad insanların məsuliyyətli fəaliyyətinin meydanıdır.
"Demokratiya dərk olunmuş nizam-intizamdır. Biz demokratiya deyəndə həm insanların öz potensialını sərbəst şəkildə ifadə etmək hüququnun reallaşmasını, həm də bunun nəticələrinin onlar tərəfindən dərk olunmasını nəzərdə tuturuq. Söhbət məsuliyyətli demokratiyadan gedir. Buna görə də, bəzilərinin cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi, cəmiyyətimizi nüfuzdan salmağa çalışmasını qəbul edə bilmərik", - Həsənov deyib.
PA rəsmisi cəmiyyəti Azərbaycana qara yaxanlara qarşı mübariz olmağa çağırıb.
"Biz - fəal vətəndaşlar, ziyalılar, gənclər bəlli maraqlar çərçivəsində Azərbaycan cəmiyyətinə qara yaxanlara qarşı biganəlik göstərməməli, öz fəallığımızla bunun cavabını verməyi bacarmalıyıq", - Həsənov qeyd edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Bu gün, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Bu gün, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Bu gün, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Bu gün, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Bu gün, 18:00 |
|
|
|
| • Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54 |
|
|
|
| • Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51 |
|
|
|
| • “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48 |
|
|
|
| • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44 |
|
|
|
| • Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38 |
|
|
|
| • Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35 |
|
|
|
| • Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
| • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28 |
|
|
|
| • Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26 |
|
|
|
| • Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22 |
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08 |
|
|
|
| • “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05 |
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21 |
|
|
|
| • Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18 |
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
| • "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11 |
|
|
|
| • Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05 |
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
|