Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                 

“Quba ilə əlaqədar məsələ aydındır” - deputat
Tarix: 13-12-2017, 08:38 | Çap et
 “Quba ilə əlaqədar məsələ aydındır”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 12 iyul iclasında rayon rəhbərlərinə konkret tapşırıqlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: “Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.

Ölkə prezidenti İlham Əliyevin icra başçılarına qoyduğu vaxt başa çatır. İcra başçılarından kimin imtahandan necə çıxacağı maraqla gözlənir.

Bəs kənd təsərrüfatı rayonlarını təmsil edən deputatlar öz rayonlarında görülən işləri izləyirlərmi? Rayonlarda prezidentin göstərişinin necə yerinə yetirildiyindən məlumatlıdırlarmı?

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov bildirdi ki, Qubanın icra başçısı 10 gün öncə vəzifədən azad olunub. İşdən azad olunan Yaşar Məmmədov işlədiyi müddətdə, o cümlədən son 5-6 ayda elə də ciddi işlər görə bilməmişdi: “Nə iş yerlərinin açılması, nə investisiya qoyulmasına töhfə vermədi. Ona görə də cənab prezident onu vəzifəsindən azad etdi. Odur ki, Quba ilə əlaqədar məsələ aydındır. Digər rayonlara gəldikdə, rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Kənd təsərrüfatına da dövlət tərəfindən çox böyük diqqət var. Müxtəlif sahələrin inkişafı üçün ciddi dəstək verilir. 2017-ci ili 2016-cı illə müqayisə edəndə kənd təsərrüfatı sahəsində müəyyən artımın olduğunu görürük. Keçən ilə nisbətən iki dəfədən artıq pambıq yığılıb. Amma konkret olaraq hansı rayonda vəziyyətin hazırda necə olduğunu yəqin ki, yaxınlarda biləcəyik. Yəqin ki, cənab prezident yaxınlarda ilin yekunları ilə bağlı iclas keçirəcək və rayonların icra başçılarının fəaliyyətinə qiymət verəcək. Hansı icra başçılarının dəyişilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli öncə bildirdi ki, rayonlarda öz hesabına inkişafa nail olmaq üçün ilk növbədə bir sıra siyasi-inzibati cəhətdən addımlar atılsa yaxşı olar. Yəni yerlərdə bələdiyyələrin rolunu artırmaq, icra hakimiyyətlərini özünə aid olmayan funksiyalardan azad etmək lazımdır: “Odur ki, bu məsələlər öncə qanunvericilik qaydasında həyata keçirilməlidir. Keçmişdə icra hakimiyyətləri haqqında əsasnamə qəbul olunmuş və ətalətlə o əsasnamənin tələblərinə uyğun fəaliyyət göstərirlər.

Bütün rayonlarda, o cümlədən Ağsu və İsmayıllıda dəyişikliklər adətən mərkəzdən olan təşəbbüslər əsasında həyata keçir. Dövlət İsmayıllıya 7 milyon manat büdcə ayırır və bu rayon artıq dövlətdən dotasiya almır. Amma Ağsu rayonunda 2,5 milyon manata yaxın dotasiya mövcuddur. Çünki hələ yerli sənayenin inkişafı arzuolunan səviyyədə deyil. Amma Ağsuda pambıqçılıq çox ciddi inkişaf elətdirilir, xeyli əkilməmiş torpaq sahələri artıq istehsala cəlb olunub. İsmayıllıda tütünçülük, tinkçilik inkişafdadır. Ağsu yeganə rayonlardandır ki, rayon mərkəzində bütün küçələr asfaltlaşıb. İsmayıllıda da bu iş gedir. Bir sıra sənaye müəssisələri də açılıb. İqtisadi cəhətdən canlanma müşahidə olunur. Həm Ağsuda, həm İsmayıllıda görülən bu işlər insanların məşğulluğunu müəyyən dərəcədə təmin edir. Prezident çox doğru tapşırıq vermişdi və haqlı olaraq bildirib ki, hər şeyi yuxarıdan gözləmək lazım deyil. Yerli icra hakimiyyəti orqanları təşəbbüskar olmalıdır".

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilən Elman Nəsirov bildirdi ki, prezident çevik siyasət həyata keçirir və haqlı olaraq da icra başçılarından çeviklik tələb edir: “Cənab prezident şəxsi nümunədir və icra başçılarından da xalqın yanında olmağı, çevikliyi tələb edir. Tələb edir ki, xarici investorların da rayona cəlb olunmasına diqqət ayırsınlar. Mənim təmsil olunduğum Göyçay və Ağdaş rayonlarındakı vəziyyətə gəldikdə, əvvəla, deyim ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə uzaq olmayan zamanda vəzifəyə təyin edilib. Onu yeni icra başçısı hesab etmək olar. Amma Ağdaşın icra başçısı Tofiq müəllim xeyli əvvəl təyin edilib. Hər iki rayon kənd təsərrüfatı rayonlarıdır və bu sahənin inkişafı istiqamətində ciddi işlər görülməkdədir. Mən rayonlarda olarkən hər iki icra başçısının keçirdiyi müşavirələrdə şahidi olmuşam ki, çox ciddi tələblər qoyulur. Bütün ictimaiyyət, imkanlar səfərbər olunub ki, qarşıya qoyulan vəzifələr yerinə yetirilsin. Xarici investorların cəlb olunması ilə bağlı da iş gedir. Məndə olan məlumata görə, hər iki rayonda Çin Xalq Respublikasından kənd təsərrüfatına investisiya qoyulması üçün ciddi danışıqlar aparılır. Nəticələr olacağı gözlənilir. Bir neçə dəfə Çin iş adamlarının rayona getdiyi və danışıqlar apardıqları prosesində mən də iştirak etmişəm. Digər ölkələrin də bu işə cəlb olunması istiqamətində konkret planlar var”.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru