Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                 

“Onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur” - deputat
Tarix: 24-01-2018, 08:40 | Çap et
“Onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə politoloq Zərdüşt Əlizadə arasında yaranan qarşıdurma səngimək bilmir. Deputatın kulis.az-a müsahibəsində politoloqun ictimai-siyasi xadim Xudu Məmmədovu əsəbləşdirərək ölümünə səbəb olması barədə səsləndirdiyi fikirlər tərəfləri üz-üzə qoyub.

AVP sədrindən sitat: “Xudu Məmmədovla ikinci görüşümüz 1988-ci ilə təsadüf edib. O, elə həmin tarixdə də vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Z.Əlizadənin partiya sədrinə cavab verərkən onu aşağılaması, ələ salması qarşıdurmanı daha da dərinləşdirib. Politoloqun F.Ağamalı haqda deyib: “Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən KKB agentiyəm”.

F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında politoloqa olduqca sərt cavab verdi: “Bizim bir-birimizə qarşı antipatiyamız var. Mənim ondan xoşum gəlmədiyi kimi, onun da məndən xoşu gəlmir. Hətta hərəkat dövründən onun anti-milli hərəkətlərini, çağırışlarını görərək, onun əleyhinə getmişəm. O, tək deyildi, yanında Leyla Yunus, Ələkrəm Hümmətov da var idi. Bunlar milli azadlıq hərəkatının öncül isimlərinin mütləq əksəriyyətini hədəfə götürmüşdülər. Onlara qarşı ardıcıl şəkildə ən müxtəlif kampaniyalar aparırdılar. Zərdüşt Əlizadənin vaxtilə bir cəbhədə olduğu şəxslərə diqqət edin. Leyla Yunus öz ənənəsini davam etdirərək, Azərbaycanın gücləndiyi, adından söz etdirdiyi bir dövrdə ölkəmizə qarşı olan anti-azərbaycançı qüvvələrin içərisində yer alıb. Böhtanlar, iftiralar yağdırıb, özünə biznes qurmağa başlayıb. Artıq qurduğu bu bizneslə öz həyatını xaricdə yüksək səviyyədə keçirməkdədir. Zərdüşt Əlizadənin digər silahdaşı Ələkrəm Hümmətov Azərbaycanın ərazi bütövlüyünü parçalamaq üçün addımlar atdı, ”Talış Muğan Respublikası"nın yaradılmasının təşəbbüskarı və rəhbəri kimi çıxış etdi, separatçı mövqeyini ortaya qoydu. Həbs olundu, həbsdən çıxdıqdan sonra isə ermənilərlə birləşib, ölkəmizə qarşı fəaliyyətini davam etdirdi. Zərdüşt Əlizadə bu satqınlarla bərabər olub. Sadəcə olaraq, o, onlar kimi hərəkət etməsə də, başqa bir rakursdan Azərbaycana qarşı olan anti-milli mövqeyini davam etdirməkdədir.

Ölkəmizin milli maraqlarına kim xidmət edirsə, Zərdüşt Əlizadə ən tərbiyəsiz sözlərlə onların üstünə doğru gedir. Bilirəm ki, dediyi tərbiyəsiz sözlərə qarşı özünün layiq olduğu sözləri ona qarşı işlətsəm, bu, cəmiyyətdə bir az düzgün qəbul edilməz. Çünki mən bu cür insan deyiləm. Amma mənə nə deyibsə, bunun on qatını onun özünə qaytarıram. O ifadələri dilimə gətirmək istəmirəm.

Fəzail Ağamalı, rəhmətlik Əbülfəz Elçibəy, az və ya çox dərəcədə milli azadlıq hərəkatında yeri və rolu olan Nemət Pənahlı, Elçibəyə yaxın olan və milli azadlıq hərəkatında səmimiyyətlə xalqın azadlığına xidmət edənlərin hər biri Zərdüşt Əlizadənin hədəfində olub, bu gün də hədəfindədir. Bu cür insanlar əllərində faktlar olmayanda zəif adamlar kimi təhqirə, söyüşə keçir, səviyyəsinə uyğun danışırlar. Bu da bumeranq effekti verir. Cəmiyyət bir qayda olaraq, bu cür insanları qəbul etmir, onlara qarşı münasibətləri mənfi olur. Xudu Məmmədovla bağlı dediyim faktı 30 ildən sonra dilə gətirmişəm. Bu faktdır və buna şahid olan onlarla şəxs var. Rəhmətlik Məhəmməd Hatəmi, Nemət Pənahlı, İsa Qəmbər və bu kimi onlarla şəxsin adını çəkə bilərəm. Bu fakta o cür cavab verməyi onu göstərir ki, Zərdüşt Əlizadə hələ də əvvəlki ampluasındadır. Onda Azərbaycan uğrunda canını verməyə hər an hazır olan, canını verən, bunun üçün döyüşən insanlara qarşı nifrət var. Bu nifrətin içərisində mən də yer alıram. Bu nifrət qarşılıqlı, adekvat şəkildə özünü ifadə etməkdədir. O, məni təxribatçı da adlandırır, mən heç vaxt təxribatla məşğul olmamışam. Onun bunu deməklə nəyi nəzərdə tutduğunu bilmirəm. Görünür, bu yazıya uyğun olaraq, o, məni təxribatçı adlandırıb. Onu təbliğ etməyə ehtiyac yoxdur, çünki onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur. Bəlkə də bu gün də əlaqələrini kəsmədiyi, münasibətlərini saxladığı Leyla Yunus, Ələkrəm Hümmətovla birgə fəaliyyətinin davamı var. Yaxşı deyiblər, “kiminlə yoldaş olmusan, onu de, sənin kim olduğunu söyləyim”. Mən onun kim olduğunu önə çəkdim. Bundan özünüz nəticə çıxarın".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru