Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                 

"Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir"
Tarix: 28-02-2018, 09:12 | Çap et
"Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir"
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da “Müstəqillikdən azadlığa-respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bununla bağlı yayılan xəbərdə deyilir ki, görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra xəbərdə belə bir ifadə var: “Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də Qarabağla bağlı suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib”. Beləliklə, faktiki olaraq Gürcüstan prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi təklifini qəbul etməyib.

Gürcüstanda yaşayan soydaşlarımızı öz sıralarında birləşdirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında gürcü prezidentin bu cür davranışından təəssüfləndiklərini bildirdi: “Təbii ki, hər bir dövlətin öz yanaşması, öz milli maraqları var. Hər bir dövlətin özünün qonşu ölkələrlə siyasətini uzlaşdırmaq, mənfəət əldə eləmə prinsipləri mövcuddur. Gürcüstan dövləti və hakimiyyəti də məsələlərə bu cür yanaşır. Təəssüf ki, Azərbaycanın bir çox həyati məsələlərdə ciddi dəstək verdiyi Gürcüstanın siyasi hakimiyyətində milli maraqlarımıza biganəlik var. Bu biganəlik get-gedə artır. Marqvelaşvili rasional adamdır. Hökumətlə müəyyən dərəcədə ixtilaflı bir vəziyyətdə fəaliyyət göstərir. Onun şəxsən özünün azərbaycanlılara və Azərbaycana normal münasibəti var. Görünür ki, o, hökumətdə ona qarşı hər an hücum etməyə hazır olanların əlinə hansısa bəhanələr verməməyi düşünüb. Ola bilsin hesab edib ki, opponentləri onu Ermənistanla münasibətləri korlamaqda suçlaya bilərlər. Amma şübhəsiz ki, hər bir halda gürcü prezident cəmi 26 il öncə baş vermiş soyqırımda qətlə yetirilən insanların ruhuna hörmət olaraq onları yad etməli idi.

Biz bu hadisənin dramatikləşdirilməsini, soydaşlarımızın Gürcüstan hakimiyyətinə qarşı çevrilməsini istəmirik".

Z.Məmmədli qeyd etdi ki, Azərbaycanın dövlət olaraq görməli olduğu mühüm işlər var. Bunlar həyata keçirilsə, milli maraqlarımızın xeyrinə olar: “Gürcüstan bir dövlət olaraq milli maraqlarının sərhədlərini müəyyən edir. Ermənistan Gürcüstan üçün qonşu dövlətdir, Azərbaycan üçün isə təcavüzkar dövlətdir. Gürcüstan bir qonşusu Azərbaycana görə o biri qonşusu ilə düşmənçilik edəsi deyil. Gürcüstanın milli maraqlarının sərhədlərini bu dövlət özü müəyyən edir və qonşu dövlət olan Ermənistanla münasibətləri pozmaq istəmir. Təbii ki, hazırkı Gürcüstan hökumətində müəyyən qədər rusofillik var, müəmmalı siyasi xətt, zehniyyət var. Bu zehniyyət xatalıdır. Amma biz dövlət olaraq ”Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" sualı ətrafında düşünməli, bu suala cavab tapmalıyıq. Biz dövlət olaraq işimizi elə qurmalıyıq ki, orada milli maraqlarımızı təmin edə bilək. Burada Azərbaycanın da dövlət olaraq üzərinə düşən işlər var. Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir. Bu məsələləri qoya biləcək təşkilatlara ciddi dəstək verilməlidir. Şəxsən mən cəsarətlə deyirəm ki, Borçalı Cəmiyyəti ilə iş elə qurula bilərdi ki, Gürcüstan parlamentində Xocalı soyqırımı məsələsini rəsmi gündəliyə gətirməyə nail ola bilərdik.

Xocalı soyqırımı insanlıq faciəsidir və bunu erməni-rus hərbi birləşmələri həyata keçirib. Biz bunu hər yerdə deyirik. Lakin özümüz dövlət olaraq bu dəhşətli hadisəni soyqırım olaraq rəsmi şəkildə, ayrıca qanun şəklində qəbul etməmişik. Azərbaycan Milli Məclisi Xocalı faciəsi ilə bağlı bəyanat verib. Dövlət və hökumət rəsmiləri çıxışlarında Xocalıda soyqırımın həyata keçirildiyini dəfələrlə bəyan ediblər və edirlər. Lakin bütün bunlar Milli Məclisin Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul etməsini əvəz eləmir. Biz gərək indiyə qədər belə bir qanun qəbul etmiş olaydıq. Bunu etmiş olsaydıq, Gürcüstan prezidenti məsələyə bizi məyus edən şəkildə yanaşmaya bilərdi. Bizim də daha çox hüquqi əsasımız olardı ki, qonşu dövlətin rəhbərindən Azərbaycanın qəbul etdiyi Xocalı soyqırımı haqqında qanuna hörmət etməsini tələb edə bilək. Azərbaycan belə bir qanun qəbul etsə Gürcüstanın hətta parlamentində də Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə nail olmaq mümkündür".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Gürcüstan prezidenti Xocalı soyqırımının qurbanlarını anmaq istəməyibsə onun Xocalı soyqırımı günü Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gənclərlə görüşünə ehtiyac yox idi. Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad etmək istəməyən prezident Marneuliyə səfər tarixini yanlış seçib.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru