Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                 

“Seçkidən sonra o məmurlar hakimiyyətdən gedəcək” - deputat
Tarix: 19-03-2018, 08:40 | Çap et
“Seçkidən sonra o məmurlar hakimiyyətdən gedəcək”
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq. Artıq indidən yeni prezidentin təsdiq edəcəyi yeni hökumətdə kimlərin təmsil olunacağı, kimlərin vəzifələrini itirəcəyi barədə ən müxtəlif fikirlər səslənməyə başlayıb.

Belə iddialar var ki, indiki nazirlərdən bəziləri bu hökumətdə yer almayacaq. Hətta Nazirlər Kabinetinin vitse-prezidentlik institutu ilə bir çox hallarda paralellik təşkil etdiyi üçün bu kabinetin tamam buraxılacağı iddia edilir. Ən çox fikirlər isə baş nazir Artur Rasi-zadə ətrafında cərəyan edir. Qocaman baş nazirin yeni hökumətdə yer almayacağı, parlamentin son iclasında sonuncu hesabatını verdiyi bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkidən sonra yeni hökumətin təsdiq olunması Azərbaycan qanunvericiliyinə və reallığına uyğun bir addımdır: “Prezident seçkisindən sonra baş nazir yenidən təqdim olunur. Mənə elə gəlir ki, 11 aprel seçkisindən sonra Azərbaycanda struktur islahatlarının aparılması daha intensiv bir mərhələyə daxil olacaq. Eyni zamanda, təbii ki, bunun məntiqinə uyğun olaraq, kadr dəyişiklikləri də aparılacaq. Bu, şübhəsizdir. Yeni nazirlərdən kimlərinsə olmayacağı kimi fikirlər səslənir. Nazirlərin işə təyin olunmaları, yaxud çıxarılması cənab prezidentin səlahiyyətlərindədir. Biz, sadəcə, bu və ya digər şəkildə fikirlərimizi bildirə bilərik. Görünən odur ki, ölkə başçısının komandası müəyyən istisnalar olmaqla, kifayət qədər yetkin və peşəkardır. Etimadı az-çox itirən, öz sahəsində durğunluq yaradan, cəmiyyətin sosial sifarişlərini lazımınca qiymətləndirməyən, dünyada gedən proseslərin çağırışlarına cavab verə bilməyən məmurlar hakimiyyətdən gedəcəklər. Necə ki, 2017-ci ilin sonunda vergilər naziri vəzifədən uzaqlaşdırıldı, yerinə islahatçı, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan Mikayıl Cabbarov gətirildi. Bu cür insanların bundan sonra da hakimiyyətin yüksək pilləsinə gətirilməsi istisna olunmur. Çünki bunlar proseslərin məntiqindən irəli gəlir.

Eyni zamanda, bu, kifayət qədər dinamik inkişaf edən, dəyişən dünyada gedən proseslərin çağırışlarına cavab verir. Yəni ölkədə siyasi və iqtisadi təhlükəsizliyin təmin olunması üçün hər şeydən əvvəl iqtisadi inkişafın təmin olunması, bunun dinamik xarakter daşıması, təkcə şəhərlərin deyil, regionların inkişafına diqqət yetirilməsi göz önünə gəlir. Bu baxımdan prezidentin həyata keçirmiş olduğu siyasət ən azından hər il ilin yekunlarına həsr olunmuş yığıncaqlarda prezidentin açılış və yekun nitqlərində bu məqamlar ciddi şəkildə önə çəkilir, proqram xarakterli konkret tapşırıqlar verilir. Prezident təkcə tapşırıqlarla kifayətlənmir, bunları sənədlər, sərəncam və fərmanlarda rəsmləşdirir. Ölkə daxilində əsas vacib olan amillərdən biri sabitliyin təmin olunması, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratiyanın inkişafı, hüquqi və siyasi islahatların durmadan davamlı olaraq davam etdirilməsidir. Növbəti illərdə də əminəm ki, ölkə rəhbəri bu siyasətini davam etdirəcək. Xarici siyasətdə çoxqütblü, şaxələnmiş siyasətə üstünlük verilir, ikitərəfli görüşlər möhkəmləndirilir. Azərbaycan dünyada götürdüyü öhdəliklərə çox sadiq olan, sözü ilə əməli bir olan ölkə imicini qazanıb. Azərbaycan milli maraqlarını təmin edərkən başqa ölkələrin bu maraqlarını tapdalamır. Cənab prezidentin xarici siyasətinin unikal tərəfi budur. Azərbaycan transmilli layihələrin ortaya gətirilməsində və onun müəllifi, təşkilatçısı kimi çıxış etməsində də ciddi uğurlara imza atıb. Bu da dünya miqyasında Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, mövqelərinin güclənməsinə mühüm töhfələr verir. Bunlar daxili siyasətdə də bu və ya digər şəkildə öz təsirini göstərir. Külli miqdarda valyutaların gəlməsi ölkə iqtisadiyyatının inkişafında öz töhfələrini verir. Bütövlükdə bu siyasətdə qarşıdan gələn prezident seçkilərində xalqın mütləq əksəriyyətinin böyük dəstəyi ilə bir daha prezident seçilən cənab İlham Əliyev tərəfindən davam etdiriləcək”.

Deputat Artur Rasi-zadənin vəzifəsi ilə vidalaşacağı ilə bağlı səslənən iddialara da münasibət bildirdi: “Artur müəllim çox dəyərli dövlət adamıdır. İdeyalara, prinsiplərə, Azərbaycanın müstəqilliyinə, ulu öndərimizin siyasi xəttinə və prezidentimizin həyata keçirdiyi bugünkü siyasətə çox sadiq bir insandır, təmənnasız dövlət adamıdır. Yüksək peşəkarlıqla hökumət üzvlərinin bütün fəaliyyətini koordinasiya edə bilir. Xüsusi olaraq, siyasi və iqtisadi sferada olan bizim hökumətin üzvləri, yəni nazirliklər, komitələr və buna bənzər ayrı-ayrı baş idarələr, digər qurumlar cənab Artur Rasi-zadə tərəfindən çox böyük müvəffəqiyyətlə idarə olunur, əlaqələndirilir, bütöv bir komanda halında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə özünün töhfəsini verir. Əslində bu hökumətin prezidentin tapşırıqlarının yerinə yetirilməsində Artur Rasi-zadə spiker rolunu oynayır. Yəni istiqamətləndirici, idarəedici, tənzimləyəciyi rol oynayır. Nə qədər ki, cənab Artur Rasi-zadəni ölkə prezidenti istəyəcəksə, bizim baş nazirimiz öz vəzifəsini icra edəcək. Çünki o, buna layiqdir. Qalan söhbətləri mən ayrı-ayrı şəxslərin düşüncələri və fantaziyalarının məhsulu kimi dəyərləndirirəm”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru