"Bu çıxış siyasi konyukturaya hesablanıb, Abxaziya türk imperiyalarının olub" - Bakıdan Putinə düzəliş...
Tarix: 12-07-2019, 09:12 | Çap et
 Rusiya lideri Vladimir Putin bu günlərdə jurnalistlərin suallarını cavablandırarkən tarixə ekskursiya edib və gürcüləri işğalçı adlandırıb. Kreml başçısı Abxaziya və Cənubi Osetiyanın hələ 18-ci əsrdə ayrıca müstəqil ölkələr olduğunu söyləyib. Onun sözlərinə görə, SSRİ qurulandan sonra Stalin bu əraziləri Gürcüstanın tərkibinə daxil edib.
Putin hesab edir ki, Sovet İttifaqının çöküşündən hər iki respublika yenidən müstəqilliyini bərpa edib, sadəcə, gürcülər “işğalçı” siyasət yürüdərək bu ərazilərə sahibləniblər. Dünya ictimaiyyəti isə Abxaziya və C.Osetiyanın Rusiya tərəfindən işğal edildiyini bildirir, bu ölkələrin müstəqilliyini tanımır. Yalnız Rusiya, Venesuela və Nikaraqua onların müstəqilliyini tanıyır.
2018-ci ildə isə Suriya onların sırasına qoşulub və Gürcüstandan ayrılan separatçı respublikaların müstəqilliyini dəstəkləyib.
Maraqlıdır ki, Putinin Abxaziya və C.Osetiya tarixi ilə bağlı düşüncələri Qarabağa da şamildirmi? Görəsən, Putin Qarabağ haqda, Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqları haqda nə düşünür?
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “Yeni Müsavat”a bildirdi ki, Putinin çıxışı siyasi konyukturaya hesablanıb. Onun fikrincə, Rusiya prezidenti yanlışlığa yol verir: “Abxaziyanın müstəqilliyindən danışmaq yersizdir. Çünki bu ərazilər imperiyaların tərkib hissəsi olub. Bu imperiyalar isə türk imperiyalarıdır. Osmanlı, Səfəvi, Nadir şah imperiyaları olub və bu torpaqlar onların nəzarətində olub”.
D.Əzimli Putindən Qarabağla bağlı oxşar açıqlamanı gözləmir: “Qarabağ Rusiya üçün ölüm-dirim məsələsidir. Azərbaycan, Qafqaz Kreml üçün həyati məsələdir. Əgər Rusiya Qafqazdan çıxarsa, bütün rıçaqlarını itirə bilər. Hətta Şərqi Avropanı tutsa belə, əvvəlki gücü, nüfuzu olmaz. Sadəcə, bu gün Rusiyanın iqtisadi vəziyyəti ağırdır və belə vaxtda Putin imperialist çıxışlarından əl çəkmir. O, bir yandan Gürcüstana iqtisadi blokada tətbiq olunmayacağını bəyan edir, bir tərəfdən isə onları belə sözlərlə cəzalandırır”.
Tarixçi bildirir ki, Abxaziya və Cənubi Osetiya özü Gürcüstana yaxınlaşacaq: “Dünya demokratiyaya doğru gedir. İnsanların yaşayış tərzi demokratik əsaslarla gedir.
Gürcüstan inkişaf etmiş demokratiyaya gedir. İnstitutlar işləyir, əhalinin azad yaşaması imkan verir ki, sərbəst iqtisadi siyasət yürüdülsün. Bu gedişat Abxaziya və Osetiyanı məcbur edəcək ki, Gürcüstana doğru getsinlər. Ona görə də münaqişə Gürcüstanın xeyrinə həll olunacaq. Eynilə Ukraynada da bu proses gedir".
Qeyd edək ki, Gürcüstanın şimal-qərbində yerləşən separatçı respublika 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Abxaziyanın və Cənubi Osetiyanın ərazilərinə Gürcüstan hökuməti tərəfindən nəzarət edilmir və onlar tərəfindən, həmçinin ABŞ prezidentinin administrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirilir. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın regionları olan Sameqrelo və Zemo-Svaneti ilə həmsərhəddir. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
|