Leyla Yunusun Elçibəyə ittihamları və... - Çox gecikmiş “ifşa”
Tarix: 20-07-2019, 09:30 | Çap et
 Hüquq müdafiəçisi Leyla Yunusun son videoçıxışına səbrlə qulaq asdım.
Çıxışın rusca olmasına heç bir iradım yoxdur. Zatən, L.Yunus özünü bu dildə daha yaxşı ifadə edir.
Onun səsləndirdiyi bir çox fikirlərin, xüsusilə də klan hakimiyyətinə dair dediklərinin cavabını da başqaları verməlidir.
Ancaq Leyla Yunusun milli-azadlıq hərəkatının lideri Əblüfəz Elçibəy barədə dedikləri, onu Naxçıvan-Ermənistan klanının gizli və köhnə üzvü sayması xeyli dərəcədə mübahisəlidir.
Xüsusilə də, köhnə hərəkatçılar, 1989-93-cü illər arasında AXC üzvü olmuş şəxslər bu ittihamların üstündən sakitcə keçə bilməzlər.
Bu, onsuz da gələcəyi mübhəm olan insanların öz şanlı keçmişləri ilə öyünmək, qürur duymaq imkanını belə əllərindən alır.
Elçibəy təxminən 50 il öncə bağrından qopduğu millətin təməl haqları, azadlığı, suverenliyi uğrunda mübarizəyə, antisovet fəaliyyətə başlayanda nə DTK əməkdaşı, nə də klan üzvü ola bilməzdi.
DTK o dövrdə, eləcə də ondan əvvəl və sonra antisovet ovqatlı heç kəsə təhəmmül etməz, cəzasını dərhal kəsər, ya da bəzi məşhur dissidentlərlə davrandığı kimi davranar, aparıb ölkənin sərhəd qapısından o tərəfə keçirərdi.
Elçibəy ölkə xaricində diplomatik fəaliyyətdə olduğu zaman, söz yox ki, DTK-nın əməkdaşları ilə təmasda olub, ancaq bu, bu idarənin qarşısında hər hansı bir daimi öhdəlik götürmək anlamına gəlmir.
Yəni SSRİ dönəmində Xarici İşlər Nazirliyinin strukturlarında çalışanların, eləcə də ölkə xaricində işləməyə gedənlərin hamısı ucdantutma DTK agenti ola bilməzdi. Bu, absurd olardı. O işə adamları həmişə seçərək cəlb ediblər.
Təəssüf ki, tək bizim ölkəmizdə deyil, keçmiş sosialistdüşərgəsinə daxil olan ölkələrdə, eləcə də SSRİ respublikalarında DTK ilə, XİN-lə uzaqdan-yaxından təması olan hər kəsə “agent” damğası vurulur və onda bir (lap olsun, iki, üç) halda hədəf düz vurulmuş olur, qalanında yanlış ittiham və şər-böhtan səciyyəsi daşıyır.
İkincisi, ötən əsrin 60-cı illərində ölkəmizdə klan hakimiyyəti bərqərar olunmamışdı. Bu iş sonradan 70-ci illərin axırında, səksəninci illərin əvvəlində təşəkkül tapmağa başladı.
Hətta onun rüşeymləri 70-ci illərdə qoyulsa belə, heç kəs antisovet fəaliyyətilə məşğul olan “etibarsız şəxs”i öz sıralarına daxil etməzdi. Çünki sözügedən klan “sovet-kommunist ideyaları uğrunda çarpışan əqidəli kommunistlər”in nomenklaturası üzrə formalaşdırılırdı. Sovet dövlətinə qarşı olan şəxs kimə lazım idi?
Elçibəyin dissident olduğu halda az cəza almasına və sonradan Əlyazmalar İnstitutunda işə düzəlməsinə gəlincə, 60-cı illər yumşalmasından sonra bizim ölkəmizdə də bir xeyli milli düşüncəli kadrlar vardı və onlar xalqı düşünən, Azərbaycan davası aparan şəxsləri bu və ya digər şəkildə qoruyurdular.
Elə olmasaydı, təkcə “Gülüstan” poemasındakı fikirlərə görə Bəxtiyar Vahabzadə, eləcə də Azərbaycan dilinin dövlət dili sttausu qazanması uğrunda çalışan, bu yolda öz yüksək dövlət vəzifəsindən götürülən yazıçı Mirzə İbrahimov, antosovet baxışlarına görə bir müddət həbsdə yatan yazıçı Gülhüseyn Hüseynoğlu kimi ziyalıları da məhv edərdilər.
L.Yunusun indi açıqladığı bəzi məqamlara gəlincə, kaş o, bunu Elçibəyin iqtidar komandasında təmsil olunanda (Müdafiə Nazirliyinin önəmli isimlərindən biri olduğu vaxt), yaxud da mərhum prezidentin sağlığında açıqlayaydı və onun bu ittihamlara cavab vermək imkanı olaydı.
Rəhmətə getmiş, özünü müdafiə etmək iqtidarında olmayan tarixi personaların ünvanına ittihamlar səsləndirmək çox asandır. Üstəlik, başqaları nə qədər müdafiə etsələr də, bu, ittiham olunan şəxsin cavabları qədər effekt verməyəcək.
Elçibəy Azərbaycanın tarixində mühüm rol oynamış və bütün yanlışlıqları, doğruları ilə birlikdə xalqın yaddaşında parlaq iz qoymuş şəxsiyyətdir.
O, hakimiyyətdə cəmi bir il olub, amma devrildiyi gündən keçən 26 ildə elə bir gün olmayıb ki, mediada, ictimaiyyət arasında adı çəkilməsin. Vəfatından keçən bu 19 ildə də o, bir gün olsun unudulmayıb.
Bəlkə də biz Elçibəy haqqında bir çox həqiqətləri bilmirik, amma əminəm ki, onun ən yaxın silahdaşları mərhum prezidentin barəsində çox şeyləri bilirlər. Onların içində geniş ictimaiyyətin bilməli olmadığı şeylər də var, şübhəsiz.
Ancaq tarixi şəxsiyyətləri “ifşa etmək”, ölkənin indiki durumuna görə onları baiskar elan etmək ənənəsinə də son qoyulmalıdır.
Unutmaq olmaz ki, hər bir siyasi xadim bu xalqın içindən çıxıb, bizdən biri olub. Onun yerində ölkənin ən kristal, ən təmiz, ən ideal şəxsi olsaydı da, mütləq səhvlər buraxacaqdı və mütləq həmin ideal şəxsiyyəti də ifşa etmək istəyənlər tapılacaqdı. Xalid KAZIMLI \\musavat.com\\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
|