Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                 

“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
Tarix: 12-10-2019, 09:03 | Çap et
“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
ADP sədri Sərdar Cəlaloğlu Azadlıq radiosuna verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

Onun müsahibəsində “Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, “Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?” kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

S.Cəlaloğlu “Mən niyə cəbhədə ölməliyəm sən yox? Qadınlar bunu fikirləşir? Norveçdə, İsraildə, İngiltərədə qadınları əsgər aparırlar. Bizdə ona görə aparmırlar ki, milli-dini dəyərlərə ziddir.

Qadın azadlığı Dubayda, Türkiyədə xalqı biabır etmək, “Torqovı”da ərəblərə xidmət etmək deyil. Qadının da kişi kimi sağlamlıq, təhsil, seçki hüququ var. Qadın ərinə tabe olmalıdır".

Onun bu fikirlərinə kəskin etirazlar olub, xüsusən ictimai fəal olan qadınlar, sosial şəbəkə aktivistləri S.Cəlaloğlunu tənqid ediblər, dediklərini birmənalı qarşılamayıblar.

Ona görə yenidən ADP sədrinin bu məsələlərə aydınlıq gətirməsini istədik. S.Cəlaloğlunun qadın azadlığı və qadəna zorakılıq mövzusunda “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, qadınlar bu müsahibənizə görə sizi tənqid edirlər. Əslində qadın azadlığı harada başlayır, harada bitir?

- Ümumiyyətlə, qadın azadlığı, qadınların hüququ barədə təsəvvürü olmayan adamlar danışırlar. Onların heç xəbəri yoxdur ki, dünyada çox güclü dörd kişi azadlığı hərəkatı var. Qadınlar isə 70-ci illərdə qalıblar, elə bilirlər ki, təkcə feminist hərəkatı var. Qadın azadlığından bəzən kişilərə qarşı istifadə olunur. Məsələn, qadın boşanır ki, kişi ona aliment ödəsin. Mən provokasion şəkildə məsələni qaldırdım ki, qadınlara bütün sahələrdə güzəşt verilib. Qadın hamilədirsə dövlət məzuniyyət verir, qadına ömürlük həbs cəzası verilə bilməz. Yəni, minlərlə belə güzəşt var.

Sadəcə, ailədə kişinin üstünlüyü var. Çünki biz müsəlmanıq, kişi evə baxmalıdır, arvadını qorumalıdır, çörək gətirməlidir.

Kişi deyir filankəslə danışma, yenə danışır, sosial şəbəkəyə girib başqa kişi ilə söhbət eləmə, yenə edir, bu, qadın azadlığı yox, özbaşınalığıdır.

Qadın azadlığını müdafiə edənlərin çoxu heç azadlığın nə olduğunu bilmirlər. Azərbaycan 1918-ci ildə qadına seçmək və seçilmək hüququ verib. Biz anamıza görə özümüzü öldürərik, amma atamıza görə öldürmərik. Biz bacı qeyrəti çəkərik. Bəs, bunlar qadına olan yüksək dəyər deyil?

Qadının işi uşaq tərbiyəsidir, kişi ilə birgə ailə təsərrüfatını idarə etməkdir. Kişi vətəni qorumağa gedirsə, qadın da evə oturub onun namusunu qorumalıdır.

Sadəcə, Azadlıq radiosuna müsahibədən bir çox fikirləri kəsiblər. Mən demişdim ki, qadın xəyanətinə görə boşanmalar artıb.

- Amma qadınların bu problemi aktuallaşdırmasına səbəb son günlər qadına zorakılığın, amansızcasına öldürülməsi faktlarının artmasıdır...

- Qadına zorakılığı heç kim müdafiə etmir. Mən bəyəm deyirəm ki, kişi qadına düz edib şiddət göstərir? Sadəcə, cəmiyyətdə uşağa da, qadına da zorakılıq artıb. Statistikaya baxsaq, kişinin kişiyə zorakılığı, cinayəti daha çoxdur. Cəmiyyətdə bir gərginlik var, aqressiyanın səbəbləri də çoxdur. Heç bir cinsi üstün tutmuram. Ancaq aqressiya artanda qadına da, kişiyə də, uşağa da qarşı artır.

Problemi tək qadına qarşı götürmək olmaz, cəmiyyətdə ümumi zorakılıq artıb. Biz bu məsələni qadın azadlığı problemi kimi yox, milli səviyyədə olan bəla olaraq qaldırmalıyıq.

Çünki qadına qarşı zorakılıqla bərabər intiharlar artıb, dözümsüzlük azalıb. Bunun səbəblərini araşdırmalıyıq.

- Feministlərin qadın azadlığı deyəndə əsas arqumenti 18 yaşa çatan qızın müstəqil olmasıdır. Hesab edirlər ki, intim həyatda, digər addımlarda sərbəst hərəkət etmək hüququ var...

- Heç birimiz milli əxlaqdan, milli dəyərlərdən azad ola bilmərik. Onların dediyi fərdi azadlıqdır. Sən küçəyə lüt çıxa bilərsən? Cəmiyyət sənə nə deyər? Azadlıqdır da, küçəyə də çılpaq çıx, denən ki, şəxsi azadlığımdır.

Və yaxud bulvarda oğlan qızla öpüşəndə polis xəbərdarlıq edir, çünki ictimai yerdir. Cəmiyyətin yazılmamış əxlaq qanunları var. Əxlaq özü də yazılmamış qanundur.

Bəli, hər kəs 18 yaşdan sonra azaddır. Amma sən milli əxlaqa ziyan verə bilməzsən. Məsələn, fahişəlik də insanın şəxsi seçimidir. İndi deyək ki, bu, qadın azadlığıdır? Axı fahişəliyin artması təkcə əxlaqsızlığın çoxalması deyil, həm də xəstəliyin artmasıdır.

İndi əxlaq polisi yaradılır, niyə yaradılır? Ona görə ki, bu məsələ əxlaq normalarını icra edə bilməyən adamlara aiddir. Qadın azadlığı adı ilə əxlaqsızlığı yaymaq yolverilməzdir. Beynəlxalq hüquqda da qadın azadlığı haqda konkret göstərilib. Dünyada və Azərbaycanda insan alverinə qarşı mübarizə aparılır, qadınlar həbs edilir. Onda qadın deyər ki, azadam, özüm bilərəm necə yaşayıram. Bütün bunlara göz yummaq olmaz.

Statistika Komitəsi 10 min ailənin boşandığını açıqlayır. Niyə 10 min ailə dağılmalıdır? Çoxu da qadının xəyanətinə görə dağılır.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Dünən, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Dünən, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Dünən, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Dünən, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Dünən, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Dünən, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Dünən, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Dünən, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Dünən, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Dünən, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Dünən, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Dünən, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Dünən, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Dünən, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Dünən, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru