Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                 

"Bunu çevriliş adlandırmaq olmazdı" - Partiya sədri
Tarix: 16-05-2020, 09:46 | Çap et
"Bunu çevriliş adlandırmaq olmazdı"
1992-cü ilin 15 mayında baş verən hadisələrdən 28 il ötdü. Həmin ilin 5-6 martında Azərbaycan Ali Sovetində gedən iki günlük gərginlik müzakirələrdən sonra o zaman prezident olan Ayaz Mütəllibov istefaya getmişdi. Onun may ayında hakimiyyətə qayıdış cəhdi xalqın ciddi müqaviməti ilə qarşılanmış və nəticədə sabiq prezident ölkəni tərk etməyə məcbur olmuşdu.

Hər ilin bu günləri 15 may hadisələri ətrafında yeni-yeni müzakirələr açılır. Əksəriyyət bunu xalq inqilabı kimi qəbul etsə də, həmin hadisələri hakimiyyət çevrilişi kimi qəbul edənlər də var. Mütəllibovun birdəfəlik gedişindən sonra iqtidara gələn Xalq Cəbhəsinin doğru addım atıb-atmadığı yönündə də ziddiyyətli fikirlərə rast gəlirik.

Mövqelərdən biri ondan ibarətdir ki, Mütəllibov Rusiyanın adamı idi və o hakimiyyətdə qalsaydı, ərazi itkiləri ilə üzləşməzdik. Bu polemikalarda inqilab yolu ilə hakimiyyətə gəlib, çevrilişlə iqtidardan uzaqlaşdırılan AXC hökumətinin tərəfində duranlar çoxluq təşkil edirlər. 15 may hadisələrinin Azərbaycana nələr verdiyi yönündə də çoxsaylı mövqelər mövcuddur.

Həmin hadisələrin canlı şahidlərindən biri, o zaman AXC Ali Məclisinin üzvü olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a 28 il öncəki hadisələrin dəyişkən məsələ olmadığını qeyd etdi: “Bu məsələ ilə bağlı kim nə fikir söyləyirsə söyləsin, bu, sabit bir məsələdir, yəni dəyişən deyil. Baş verən hadisə tarixin reallıqları idi. O dövrdə açıq şəkildə cəbhələşmə var idi. Söhbət ondan gedirdi ki, ya imperiyanın, ya da xalqın yanında durmalı idin. Ayaz Mütəllibov dinc yolla istefaya getmişdi və ona əməkdaşlıq təklif olunmuşdu. Lakin o bundan imtina etmişdi. Ciddi şəkildə imperiyanın göstərişi ilə geriyə qayıtdı. Həm də bir ultimatum ilə qayıtmışdı. O, imperiyanın ayaq səsləri kimi gəlirdi, imperiyanın istəklərini gətirirdi. Onun xətti xuntanı dəstəkləməkdən ibarət idi. Söhbət fərdə qarşı mübarizədən getmirdi. O vaxtları Əbülfəz Elçibəy hətta bildirirdi ki, Əbdürrəhman Vəzirovla belə birlikdə işləmək, əməkdaşlıq etmək lazımdır. Bütün milli qüvvələri, millətin resurslarını toplamaq lazım idi.

Kimin siyasi baxışından asılı olmayaraq, buna ehtiyac var idi. O dövrdə xeyli Kommunist Partiyasının üzvləri xalqla bir yerdə oldular. Hakimiyyətdə təmsil olunanlar xalqla birlikdə həmrəylik nümayiş etdirdilər. Kim xalqla birlikdə idisə, yüksək vəzifələr tutdular. Məsəl üçün, baş nazir vəzifəsini tutan Rəhim Hüseynov Xalq Cəbhəsinin üzvü deyildi, kommunist idi. Buna baxmayaraq, Elçibəy onu baş nazir postunda saxladı. Bu siyahını uzatmaq da mümkündür. O dövrdə təkliflər səsləndirilirdi ki, hamı bir yerdə olsun. Təklifi müsbət dəyərləndirənlər kifayət qədər çox idilər. Kimsə imperiya adından bura gəlmək, revanş etmək istəyirdisə, buna yol vermək olmazdı. Gəlmişdisə, ancaq əməkdaşlıq etməli idi. Milli azadlıq hərəkatı ilə qazanılan müstəqilliyi sən gəlib imperiyaya verə bilməzdin”.

F.Quliyev 15 mayı xalq inqilabı sayır: “Bunu çevriliş adlandırmaq olmazdı. Birbaşa inqilab idi. Bu proseslər təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verirdi. Bundan da xeyli əvvəl Şərqi Avropada baş vermişdi. SSRİ o yerlərdə də xalqların istəklərini əzmiş, orada dəyişikliklərə imkan verməmişdi. Ondan sonra Qazaxıstanda hadisələr baş vermişdi. İmperiyadan qopma prosesləri gedirdi. Yəni bu hakimiyyət davası deyildi. Mən Xalq Cəbhəsində partiyaya çevrilənə qədər qaldım. İstəyim ölkəmizin müstəqilliyi idi. O zaman yüz minlərlə insan bu cür düşünürdü. Azərbaycan əsl bir müstəqillik savaşı aparırdı. Heç kəs vəzifə barədə düşünmürdü. Bu baxımdan 15 may hadisələrini hakimiyyət çevrilişi yox, xalq inqilabı adlandırmaq ən doğrusudur. Xalq imperiyanın yenidən geri qayıtması təhlükəsinə qarşı birləşdi. Bir mərhələ başlamışdı, onu sona çatdırmaq lazım idi”.

Müsahibimiz tarixi hadisənin Azərbaycana nələr verdiyindən də söz açdı: “Burada xalqın, xalqa qarşı olanların mövqeyi aydın oldu. Bütün dünyaya o da aydın oldu ki, biz xalq olaraq müstəqil olmaq istəyirik. Başqa bir istəyin həyata keçməyəcəyi qətiləşdi. Xalqın məlum niyyətin qarşısında duracağı aydınlaşdı. Bundan sonra bütün seçimlərdə bu prioritet oldu. Doğrudur, sonrakı dövrlərdə hakimiyyət çevrilişi cəhdləri yaşandı. Xarici dövlətlər buradakı maşalarından istifadə etməyə çalışdılar. Amma müstəqilliyimiz möhkəmləndirildi”.

Partiya sədri 5-6 mart hadisələrində A.Mütəllibovun istefaya göndərilməsini də doğru sayır: “15 may hadisələrindən əvvəl Ayaz Mütəllibov yola salınmışdı. Ölkədə idi, normal yaşaması mümkün idi. Ağalarının istəyi ilə revanş götürmək cəhdinin qarşısı alındı. Biz bütün milli qüvvələrimizin bir yerdə olmasında maraqlı idik. Kim yanlış yola gedirdisə, qarşısı alınmalı idi. Hər zaman bu fikrimin üzərində dayanmışam ki, milli azadlıq hərəkatı başlamışdısa, hakimiyyətə milli düşüncə gəlməli idi. Köhnə imperiya düşüncəsi hakimiyyətdə qala bilməzdi. Onun daşıyıcıları hakimiyyətdən getməli idilər”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Bu gün, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru