Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                 

Eldəniz Quliyevin gedişi Cəmil Həsənlinin “xərclənməsi” ilə davam edir...
Tarix: 25-05-2020, 09:30 | Çap et
Eldəniz Quliyevin gedişi Cəmil Həsənlinin “xərclənməsi” ilə davam edir...
Milli Şuranın ilk yaradıcılarından Eldəniz Quliyev təşkilatdan istefa verdi. Buna qədər də gedişlər olmuşdu. O üzdən Milli Şura öz növbəsində, boşluqları doldurmağa çalışır. Hələlik alınmır. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov cəzasını çəkib azadlığa çıxdığı gündən, ona atılan “qarmaqlar” tutmadı və sair… Hələ MŞ-nın onlayn müşavirəsindən yayınlanan epizodlardan hiss olunurdu ki, hay-küylü istefalar olacaq. LGBT məsələsindən, Süleyman Çakırın efir vaxtından tutmuş, xalqa tullanmağı məsləhət görməyəcən hər şey onları buna aparırdı. Çox keçmədi. Eldəniz Vəliyevgetdi. Özü də qənaətbəxş olmayan fəaliyyətdən, razılaşmadığı mövzulardan, təşkilat liderinin bir çox məsələlərə loyallığından, partiyada sözəbaxmayan “uşaqların” çoxluğundan, rəhbərliyin bəzi hallarda onların qarşısında aciz qalmasından narazılıq bildirib getdi.

Zamanında və dəqiqliklə atılmış addım, düzgün verilmiş qərardır. Mahiyyətində nəhəng bir hikkə olan təşkilatdan ancaq və ancaq istefa vermək olardı. Çoxu indi görür, ancaq o hikkə illərdir var. Hələ AXCP, AXC olandan var idi, “YURD” adında. O qədər hikkəli başladılar ki, əvvəlcə AXCP boyda partiyanı qanadlara parçaladı. Sonra rəqibləri sıradan çıxarmaq mexanizmi işə salındı. Beləcə, Müsavat dalana dirəndi. AMİP-in varlığı ilə yoxluğu bəlli olmadı. Vəhdət biabırçı formada parçalandı və ADP süst düşdü, Rəsul Quliyevin himayəsinə keçdi, biabırçı olaylar yaşadı zaman-zaman və sair…

Bəlkə kimsə düşünər ki, bu qədərini ediblərsə, böyük gücdürlər. Qətiyyən! Ağıl yox, hikkə və emosia ilə davranışdan başqa heç nə yoxdur mahiyyətlərində. Ayrıca müxalif düşərgədə vahid, tək olmaq iddiasına düşmək, bir az xarakter, bir az da psixoloji göstəricidir. Yəni durumlarının yaxşı olmamasına işarətdir.

“Niyə MŞ-dan istefaya gedənlər olur?” sualına cavabın birinci hissəsi burada bitmiş sayıla bilər. Qaldı o ki, niyə az sayda qalan sanballı ziyalı, səviyyəli təbəqə MŞ-dən qopur? Bunun da cavabı bəllidir. Hikkəli “güc”, çevrədə olan hər kəsi idarə eləmək və hamının məhz onun dediyini eləməsindən yanadır. Sağlam beyinlər isə demokratik yanaşmanı, fikir mübadiləsini və geniş müzakirəni üstün tutur. Burada artıq nə tək və rəqibsiz liderlik iddiası, nə də vahid müxalif güc olmaq hikkəsi keçmir. Yəni mühit sənə dəqiq anladır ki, iddia etdiyin yerin adamı, persona olacaq sima deyilsən. Sadəcə vəziyyət elə gətirib ki, baş olmalı olmusan, vəssalam. Kimlərəsə bunu hiss etdirəndə nə yaranır? Yuxarıda qeyd edilən, idarə olunması mümkün olmayan gənclər mexanizmi işə salınır. Məsələn, Eldəniz Quliyevi yavaş-yavaş “idarəolunmazlar”, kimsənin ”xəbəri olmadan işləməyə başlayır, “təndiq”, daha dəqiqi, təhqir mexanizmi işə düşür…

Gələk vəziyyətin digər qismə, MŞ-də bir neçə sima var, onlar oyunun çirkli tərəfi olmaq arzusunda deyil. Eldəniz Quliyev həm də Milli Şuranın o yanı olanlardan idi. Çirkaba dibəcən bulaşmaq istəməyənlərdən. Gerçəkdən dövlət, millət, əqidə üçün çalışanlardan yəni. Özü də o tək deyil. MŞ və AXCP-nin zaman-zaman tərk etmiş bu üzdən haqqında elə cəbhəçilərin özü tərəfindən hədsiz aşağılayıcı ifadələr səsləndirilənlər xeylidir. İndi başlayan proses onu göstərir ki, professor Cəmil Həsənlinin də “xərclənməsi” məqamı yaxındır. Diqqət etsəniz, indi cəbhəçi “idarəolunmazlarla” birgə, onu da Eldəniz Quliyevlə üz-üzə qoyublar.

Düzü bu məqamda adamın ürəyindən keçir, durub Cəmil Həsənliyə zəng eləsin. Desin, sayın professor, hörmətli hoca, sizə ikidə bir satqın deyib ağaşılayırlar. Ya da istədikləri oyuna salıb, özlərinin trollarına söydürürlər. Siz o düşərgədə baş çıxaracaq qədər mənən korlanmış sima deyilsiniz. Siz dünya səviyyəli ali məktəblərdə mühazirələrinizlə tanınan birisiniz. Niyə bu ölkənin akademiki, az sayda, amma sanbalı ürək açan RAFİQ ƏLİYEVlərindən biri yox, cəmil həsənlisi, olmaqdan yanasınız?!. Yəni ən böyük ola biləcəyiniz yerdə, kiçik olmağı seçirsiniz, niyə?!. Niyə unudursunuz ki, əslində ziyalı kimi, dəyərlisiniz, amma sizi ucuzlaşdırırlar. İndiki halda sabiq əqidədaşınız Eldəniz Quliyevə qarşı məhz sizin istifadə olunmağınızı doğurdanmı hiss etməyəcək qədər sadəlöhvsünüz? Sizi ağsaqqal, ziyalı, böyük saymırlar, görmürsünüzmü? Ağsaqqal yaşınızda böyük olaraq sizi qorumaq əvəzinə, bu qədər aşırı təhqirə, kobudluğuna məruz qoyurlar, dəyərsizlədirib, ucuzlaşdırırlar. Sizcə bu yaxşıdırmı? Və ya bunun adı millət, dövlət uğrunda mübarizədirmi?! Dibinə bələd olduğunuz “qazanda” niyə dib yanığı olmağı seçirsiniz?! Xarıtladırıq:

Qulamhüseyn Əlibəyli kimi əqidəli adam, orada qalmadı, xəyanətlərini zamanında anladı, öz siyasi təşkilatını qurdu.

Asim Mollazadə kimi ziyalı uzaqlaşdı.

Fuad Mustafayev, Əli Mustafayev kimi sadiq dostlar, tamamilə gen durdu.

Qüdrət Həsənquliyev kimi sirdaş yolunu qətiyyətlə ayırdı.

Əli Məsimov abrına qısılıb, çəkildi.

Əliməmməd Nuriyev kimi ailə yaxını birdəfəlik əlaqələri kəsdi.

Fazil Müstafa birdəfəlik uzaqlaşdı.

Mirmahmud Fəttayev ilk gündən qəbul etməyən idi.

Doğurdanmı bilmirsiniz, “xırda xuliqanlıq” edən, hüquq-mühafizə orqanlarında qıcıq yaradan, saymamazlıq edən “idarəolunmaz” balacaların həbsi nə qədər böyük məqsədlə üçün atılmış addımdır? “AXCP üzvləri həbs edildi” başlığı ilə bəyanatların nəyə hesablandığından doğurdanmı xəbəriniz yoxdur?! Həbslərin statistikasına necə sevindiklərini heç görməmisinizmi gerçəkdən də?! Nə isə…

…Qayıdaq Eldəniz Quliyevə. Adam ziyalıdır, aydın düşünə bilən beyindir, ictimai xadimdir. Müxalif düşüncəli olması, adamlar haqqında gerçəkləri danmağa əsas vermir. Əksinə, sevindirici olardı ki, Azərbaycanda radikal, dağıdıcı, hikkəli, heyif müxalifəti yox, tənqidi yerində edə bilən, satılmamış, demokratik düşüncəli, gerçəkdən ölkəsinin marağına işləyən müxalifət olsun. Belə bir gücün mövcudluğu onların özlərindən çox, dövlətə, millətə, hətta hakimiyyətdə olan siyasi komandaya belə lazımdır. Niyə? Hər kəs özünü müxalif güzgüdə görsün, tarazlasın və dövlət, siyasi hakimiyyət komandasındakı vəziyyətə dair mütəmadi olaraq onu izləyən ağıllı beyinlərdə ciddi məlumatlar əldə eləsin. Bu çox mühim məqamdır.

Təəssüf, Milli Şura o gücə iddialı olsa da, o güc deyil. Heç kimi bəyənmir, məndən yoxdur deyir və məqamı düşdümü qarşısında olan hər kəsi təhqirə, hücuma məruz qoyur. Bir sözlə Eldəniz Quliyevin istefa səbəblərindən bəhs edən bəyanatında dediyi kimi…mərdi qova-qova… namərd olurlar!..

Nə deyək, olsun. Düzü situasiyalar həm də ondan ötəridir ki, hamı hər kəsi yaxşı tanısın. Necə ki, addım-addım Milli Şuranı da, şura üvzlərini də hər kəs tanıyır…
Jalə Mütəllimova
//konkret.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru