Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                 

“Bu narkoman gədə niyə 27 ildir susurdu?” - Rəhim Qazıyev
Tarix: 7-07-2020, 08:36 | Çap et
“Bu narkoman gədə niyə 27 ildir susurdu?”
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov “dirilməyə” başlayıb. Onun Meydan.TV-yə verdiyi son müsahibə ciddi qalmaqal yaradıb. Xalq arasında daha çox “vətən xaini” kimi tanınan, 1993-cü ilin 4 iyununda Gəncədə qiyam qaldıran eks nazir AXC iqtidarında yüksək vəzifələr tutan şəxslər barəsində sensasion ittihamlar irəli sürüb.

O, sabiq müdafiə naziri Rəhim Qazıyevin müəllim işləyərkən 50 manat təqaüd alan tələbələrinə rüşvət qarşılığında qiymət yazdığını və bu səbəbdən “Zaçot Rəhim” kimi tanındığını deyib. Bundan əlavə, o, 4 iyun qiyamı ərəfəsində artıq nazir olmayan Qazıyevlə birlikdə olan və sonralar yayılan fotosundan da danışıb. Keçmiş müdafiə nazirinin məşhurlaşmaq üçün onun yanında göründüyünü söyləyib. Qazıyevin Müdafiə Nazirliyini qurduğu yönündə dediklərinə S.Hüseynov belə cavab verib: “Başına dəysin onun qurduğu. Onun dilindən düz söz heç zaman çıxmayıb”.

Qiyamçı polkovnik AXC iqtidarına qarşı qiyam qaldırmadığını, əksinə, mərhum prezident Əbülfəz Elçibəy başda olmaqla, onun ətrafının ona qarşı qiyam qaldırdığını deyib.

S.Hüseynov Xalq Cəbhəsi iqtidarında Daxili Qoşunların komandanı olan Fəhmin Hacıyev barəsində də ittihamlar səsləndirib. O deyib ki, Fəhmin Hacıyev Gəncəni bombalamağı təklif edib. Hətta Gəncəyə qoşun yeridildiyini də deyir.

Onun AXC iqtidarında baş nazir postunu tutan Pənah Hüseyn haqqında söylədikləri çox ciddi ittihamlardır. Qiyamçı polkovnik 4 iyun qiyamında Prezident Qvardiyasının əsgərlərini P.Hüseynin güllələtdiyini deyib və eyni zamanda “atamı Pənah Hüseyn öldürtdürüb” kimi iddiada da bulunub.

Bundan əlavə, 1992-ci ilin iyulunda o zaman dövlət katibi işləyən P.Hüseynin sabiq xarici işlər naziri Tofiq Qasımovla Gəncədə onunla görüşdüklərini və o zaman sabiq baş nazirin ermənilərlə birtərəfli saziş imzaladıqlarını ona çatdırdığını qeyd edir. Guya o da buna etiraz edib.

S.Hüseynovun daha bir sensasion ittihamı var. O, baş nazir işləyərkən arxivlərə baxdığını və kimlərin rus agenti olduğunu bildiyini deyir. Bu yerdə Elçibəyin adını çəkir, P.Hüseynin “verbovka” olunduğunu bildirir.

Onun bu iddiaları ilə bağlı AXC iqtidarında təmsil olunanların, o cümlədən müsahibədə adı keçənlərin fikirlərini aldıq.

P.Hüseyn iyulun 7-də qəzetimizə bu barədə geniş bir müsahibə verəcəyini, hər şeyi orada deyəcəyini bildirdi.

R.Qazıyev isə ittihamlara olduqca sərt reaksiya verdi: “O gədənin tələbədən rüşvət almağımla bağlı dediklərini əsas götürüb mənə zəng etdiyinizə görə təəssüflənirəm. Rəhim Qazıyevin bu günə qədər bir nəfərdən rüşvət aldığını nə bilən var, nə də deyən. Bir düşünən yoxdurmu ki, bu şərəfsiz 27 ildir niyə susurdu? Onu danışdırırlar. Millətimin belə ağır koronavirusla mübarizə apardığı dönəmdə bu insan 78 yaşlı birisini niyə gündəm edir? Bu millət düşünməlidir ki, birdən-birə gündəm niyə dəyişdirilir? Hamı Rəhimin üzərinə gəlir. Niyə? Mən bu gün hansı gücün sahibiyəm? Qayınanasinin əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin. Tələbələrimdən kimsə bu günə kimi çıxıb deməyib ki, Rəhim müəllim bizdən rüşvət alıb. 11 ay nazir işləmişəm. Orduda çoxsaylı vəzifələrə, özü də yüksək vəzifələrə adamlar təyin etmişəm. Leytenant, polkovnik də daxil olmaqla, rütbələr vermişəm. 3800 ev elə təkcə Bakının özündə paylamışam. Bunlardan kimsə çıxıb deyibmi ki, Rəhim rüşvət qarşılığında bunları edib. 32 ildir hərəkatdayam. Bu narkoman gədə niyə 27 ildir susurdu? Bax belə suallar verilməlidir. Küçə gədəsinin azadlığa çıxarkən dedikləri kadrlarda hələ də qalır. Bilməyənlər internetdən baxsınlar. Qayınanasının əfvində yazılır ki, sizin mərdliyinizə, mərhəmətinizə, ləyaqətinizə sığınırıq, onu azad etsəniz, bir daha sizlərə xəyanət, namərdlik etməz. 27 ildir dalımca danışır. 11 ay nazir olduğum dönəmdə qeyrətli balaların zəhməti ilə nazirlik yaradılıb. 52 faiz torpaq azad olunub. Əgər bu adam zavod direktoru olanda hər işi görürdüsə, hamını əzib keçirdisə, hətta vertolyota hücum edirdisə, bəs baş nazir olanda güc strukturları ona həvalə olunmuşdu, niyə bir qələt eləmirdi? 6 rayon işğal olundu. Bu gədə susdu. Baş nazir oldu, sonradan arxadan bir təpik vurdular, dama basdılar. Buna deyiblər ki, danışmalısan, danışır. Zavod direktoru olanda hər şeyi dağıda-dağıda gedirdi. Heç kimi saymırdı. Bəs başqasının qarşısında niyə peşka olurdu? Rəhimə nifrətiniz olsa da, bu milləti sevirsinizsə, bu suallar ortaya qoyulmalıdır”.

F.Hacıyev isə Surət Hüseynov barədə bu gün də eyni mövqedə olduğunu bildirdi: “Həmin müsahibədə Surətin ağlı və kimliyi özü tərəfindən nümayiş etdirilib. Ağıllı adamlar üçün bütün böhtanlarına davranışları ilə özü cavab verib. Buna da dəfələrlə cavab vermişəm. 7 iyun tarixində Prezidentin yanındakı müşavirədə mənə söz verilib, çıxış etmişəm. Gəncədə olan hadisələri ilk dəfə olaraq mən qiyam adlandırmışam. Qiyamın güc tətbiq etməklə yatırılmasını təklif etmişəm. Bu işin mənə etibar edilməsini istəmişəm. Demişəm ki, əməliyyat zamanı lazım gələrsə Gəncədə həmin hərbi hissənin ətrafındakı mülkü əhalini köçürməklə aviasiyadan istifadə edilə bilər. Bunlar lazımlı hissəni kəsib Gəncəni bombalamaq kimi təqdim edirlər. İclasda onu da demişəm ki, biz qiyamı yatırmasaq, dövlət çevrilişi baş verəcək. Nəticədə bir neçə rayon işğal olunacaq, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcək. Onu da demişəm ki, biz indi az itkilərlə qiyamı yatırmasaq, sonralar daha çox itkilər verəcəyik. Çox təəssüflər olsun ki, mənim proqnozlarım özünü doğrultdu. Mənim dövlətçilik əqidəmə görə dövlətə qarşı silah qaldıran məhv edilməlidir. Dəfni də xainlər qəbiristanlığında olmalıdır. O qədər mənəviyyatsızlaşdırılmışıq ki, surətlər, rəhimlər, nemətlər, arazlar meydanda at oynadırlar”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov ittihamlara geniş cavab verdi: “Yaramaz adamlar yaramaz fikirlər səsləndirərlər. Surət Hüseynov vətənə xəyanətdə ittiham olub, həbsxana həyatı yaşamış bir şəxsdir. Təəssüflər olsun ki, indiki hakimiyyət onu 4 iyunda törətdiyi cinayətə görə deyil, 1994-cü ilin oktyabrında Gəncədə hakimiyyəti yenidən ələ keçirmək üçün qaldırdığı qiyama görə həbs etdi. Belə şəxslər əfv edilməli deyillər. O, 27 ildən sonra bu məsələlərə qanmamazlıq, yaxud bilərəkdən yanaşırsa, bu da ayrı bir problemdir. Onun bu ilin əvvəllərindən ortaya atılması çox incə mətləblərdən xəbər verir. Danışıqları, Əbülfəz Elçibəyə edilən hücumlar başqa bir mövzudur. Surət Hüseynov bağlı olduğu mərkəzlərdən idarə olunur. Aldığı təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Bu səviyyəsiz adamın dediklərində bir-birini təkzib edən fikirlər var. Adam Qarabağda ərazilərin azad edilməsini adına çıxır. Faktiki olaraq, Azərbaycan dövlətini bu proseslərdə görmür. Əgər Rusiya və Ermənistana qarşı təkbaşına dayanıb müharibəni udacaq gücdə idinsə, o zaman 15 ay baş nazir oldun, bütün güc strukturlarının Milli Məclisdəki iclasda sənə veriləcəyi bildirilmişdi, niyə dediklərini etmədin? İşğal olunan beş rayonun məsuliyyəti Surətin boynundadır. Onun cinayətlərindən biri də odur ki, o vaxt Xalq Cəbhəsi batalyonları adı ilə 33 batalyonun ləğv olunmasında birbaşa iştirak edib. Ağdamda onun dəstələrinin hansı oyunlardan çıxdığı, əhali arasında yaratdıqları çaxnaşma barədə materiallar və məlumatlar var. O deyir ki, baş nazir olduğu dönəmdə 9 gün güc nazirliklərinə nəzarət edib. Adama sual verərlər ki, əgər belə idisə, sənə agent dediyin şəxslərin materialları haradan verilib? Digər tərəfdən, Elçibəy və digərləri haqqında səndə məlumatlar var idisə, niyə 27 il gözlədin? Demək, sənə təlimat verən mərkəzlər indi danışmağını istəyirlər. Laçın dəhlizinin bağlanması ilə bağlı guya mərhum Əliyar Əliyevlə danışıqları haqqında dedikləri gopdur. Onun dəstələri qarət və digər əməllərlə məşğul olublar. O, hələ bir izahat versin ki, 1993-cü ilin yanvarında qoşunların Ağdərə istiqamətindən çıxarılması əmrini nə üçün verib. Məhz bu xəyanət nəticəsində xeyli ərazilər ermənilərin əlinə keçdi. Surət Hüseynov buna şərait yaratdı. O, guya 52 hərbi birlik yaratdığı və bunun nəticəsində Dağlıq Qarabağda ərazilər azad etdiklərini deyir. Əvvəla, onu demək lazımdır ki, o zaman pis-yaxşı hakimiyyət orqanları fəaliyyət göstərirdi. Yaqub Məmmədov Ali Sovetin sədri idi və prezident səlahiyyətlərini icra edirdi. Müdafiə Nazirliyi var idi. Onun dediyi kimi, o zaman yaratdığı hərbi birlik də əslində cinayət əməlidir. Qanunlara zidd olaraq yaradılmışdı. Əgər rəsmi fəaliyyət göstərən Müdafiə Nazirliyi varsa, nə üçün hərbi birlik, qanunsuz silahlı qruplaşma formalaşdırılmalı idi? Surət Hüseynov özü haqqında yüksək fikirdədir. Şerbakla əlaqələrindən niyə danışmır? Hələ narkotranzit məsələlərindən danışmırıq. Gələcəkdə bununla bağlı da izahatlar verilər. Onun Elçibəy haqqında dedikləri tərbiyəsizlikdir. Müsahibədəki danışığı tam bölücülük nümunəsi idi. Jurnalist Natiq Cavadlıya bir neçə dəfə irad bildirir və deyir ki, sən qarabağlısan, qarabağlıların ağsaqqalının sözünü kəsirsən. Onun özü heç qarabağlı deyil. Hansı meyar və ölçülərinə görə özünü qarabağlıların ağsaqqalı hesab edirsən? O bilməlidir ki, Gəncədə Prezident Qvardiyasının əsgərlərinin güllələnməsi və öldürülməsi cinayəti birbaşa onun boynundadır. Surət Hüseynov bu və ya digər cinayətlərinə görə nə zamansa bir daha mühakimə olunacaq. Hələ qanmır ki, qaldırdığı qiyamla xalqımıza, dövlətimizə hansı zərbələri vurdu. Bu gün ölkəmiz onun yaratdığı problemlərin həllində çox böyük sıxıntılar yaşayır”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru