"Ermənistan müdafiə naziri Qarabağa ayaq basan kimi məhv edilməlidir"
Tarix: 21-07-2020, 09:02 | Çap et
 Moderator.az Ermənistan-Azərbaycan dövlət sərədində baş verən döyüşlərlə əaqədar konfliktoloq Elxan Mehdiyevdin fikirlərini öyrənib:
- Elxan bəy, Siz General Həşimovun öldürülməsinin hansı nəticələrə gətirəcəyini düşünürsüz?
- General Polad Həşimov Azərbaycan ərazisində vurulub. Bu qətldir! Bu beynəlxalq terrordur. Buna “assasination act” deyirlər. Əksinə, Azərbaycan Müdafiə Nazirliyinin və ya onun ekspertlərinin “General döyüşdə qəhrəmancasına həlak olub”, “Generalın savaşda həlak olması normal haldır” və ya “əsgərlə birlikdə ön cəbhədə savaşıb” kimi məsələnin mahiyyətini başa düşməyərək verdikləri savadsız bəyanatlar və şərhlər erməniləri məsuliyyətdən azad etməkdən başqa bir şey deyildir. Burada nə Stalinqrad döyüşü idi, nə də Berlinin alınması döyüşü ki, general da həlak olsun. General döyüşdə yox, Azərbaycan ərazisində yerdəyişməsi zamanı izlənib və nöqtə atəşı ilə qətl edilib. Bu beynəlxalq terrordur və bunu bu cür sənədləşdirib Azərbaycan hərəkətə keçməlidir. Ermənilər bu işin məsuliyyətini yaxşı bilirlər, ona görə də fikir vermisinizsə, heç bir rəsmi dairəsi bu haqda nə danışmır və nə də açıq şəkildə sevincini ifadə etmir. Çünki, onlar bunu necə və nə cür planladıqlarını və həyata keçirdiklərini özləri bilir və onlar üçün əsas hədəf vurulmuşdur. Onlar bu haqda danışmamaqla, Azərbaycanın da generalın qətl edilməsi ilə bağlı bəyənatlarından məmnundurlar, çünki yuxarıda deyilən “qəhrəmancasına döyüşdə həlak olub” bəyənatları, təkrar deyim ki, onları hər hansı bir məsuliyyətdən azad edir. Əgər Azərbaycan generalı Azərbaycan ərazisində qətl edilirsə, o zaman erməni generalları və ya Ermənistanın müdafiə naziri Azərbaycan ərazisinə -işğal edilmiş ərazilərə gəlirsə niyə həmən saat hədəf olmamalıdır? Görək onların Azərbaycan torpaqlarında nə işi var? Ona görə də, indiki dönəmdə ,Azərbaycan ordusunun bütün izləmə və radioelektronik sistemləri Ermənistan Müdafiə naziri David Tonoyanın Dağlıq Qarabağa gəlməsini izləməli və onu yerindəcə məhv etməlidir. Bu indiki Müdafiə Nazirliyi rəhbərliyinin minimum işi olmalıdır. Bəlkə bu addımla onlar General Polad Həşimovun ölümündə öz cavabdehliklərinin böyük bir hissəsini də yuya bilərlər. MN-nin bu cəsarətinə sona qədər əmin deyiləm, amma bu Azərbaycan milləti, ordusu və dövləti üçün şərəf məsələsidir. Bunu nəyin bahasına olursa olsun etməlidir. Kəşfiyyat sistemlərinin və ilk növbədə Azərbaycan MN-i kəşfiyyat və izləmə strukturlarının 1 nömrəli işi, həbsdən qaçan silahlı qatilin yaxalanması operativliyi ilə, Tonoyanın Azərbaycan ərazisində məhv edilməsi olmalıdır. Bunun üçün Azərbaycanın əlində müasir texnologiya və vasitələr kifayət qədər vardır. Ermənilər general Həşimovu öldürməklə bu davanı başqa müstəviyə, artıq Azərbaycan ərazisində qətllərə çevirmişlər. O zaman Azərbaycan əlində olan bütün imkan və bacarıqlardan istifadə edərək düşmənə heç olmasa cavab verməlidir.. Məsələ bu cür konkret və aydın qoyulmalıdır. Bu addımlar eynilə DQ-dakı yerli hökümətin prezidentinə və oradakı hərbi komandanlar sayılan şəxslərə də tətbiq edilməlidir. Bu cür addımlar atılmasa Azərbaycan uzun müddətə aclz duruma düşəcək. Heç olmasa bu millət, bu ölkə tarixdə bir dəfə bir mövqe ortaya qoymalıdır. Bu günə qədər Azərbaycan güc strukturları hər hansı bir erməni müharibə cinayətgarına qarşı və qətliamlar törətmiş hər hansı bir erməni terrorçusuna qarşı bir dənə də olsun əməliyyat keçirə bilməmişdir. Bu cəzasızlıq mühitinin yaradılmasına səbəb olmuşdur. Ermənilərin sərbəst olaraq işğal edilmiş ərazilərdə tamamilə arxayın və cəsarətlə hərəkət etmələrinin səbəbi elə bu cəzasızlıqdır. Generalın öldürülməsi Azərbaycan müstəqillik tarixinə və onun hərb tarixinə yazıla biləcək qara ləkə kimi qala bilər. Azərbaycan güc strukturları buna imkan verməməlidir. Bu cür hallarla üzləşən Türkiyə, Rusiya, İsrail ,ABŞ kimi özünə hörmət edən dövlətlərin addımları göz qabağındadır. Mən şəxsən, generalın qətl edilməsinin qisası olaraq Azərbaycan ordusunun Ermənistanın 3-cü korpusunun komanda qərargahinı və onun komandanını məhv edəcəyini gözləyirdim. Amma bu baş vermədi. Amma bunun daha yüksək səviyyədə baş verməsi üçün daha münbit yer var və o da Qarabağdır. Onu da deyim ki, əgər biz erməni generalını öldürsəydik, ermənilərin bizim korpusun qərargahını dağıdacağı an məsələsi olacaqdı. İndi söz Azərbaycanındır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
|