Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                 

Minsk Qrupu Ermənistanı sülh müqaviləsi bağlamağa qoymur - FAKT BUDUR!
Tarix: 17-07-2021, 10:26 | Çap et
Minsk Qrupu Ermənistanı sülh müqaviləsi bağlamağa qoymur
Cənubi Qafqaz, regionu əldən vermək istəməyən güclərin maraqları üzündən gərgin olaraq qalır. Strateji istisadi layihələrə ev sahibliyi edən Azərbaycan xüsusilə hədəfdədir. Üstəlik, ABŞ, Fransa və Rusiya Türkiyənin Cənubi Qafqazda onlara qalib gəlməsini həzm edə bilmirlər. Səfirlərin Şuşa səfərindən imtinası bu üçlüyün Azərbaycan və Türkiyə əməkdaşlığına qarşı birgə addım atdığını və Qarabağda münaqişə ocağını alovlandırmaqla özlərinin regiondakı hakimliyini qorumağa çalışdığını ortaya qoyur. Artıq erməni silahlılarının Naxçıvanda, Tovuzda, Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə silahlı təxribatlar yaratması düyilənlərin sübutu olaraq ortadadır. Azərbaycan bu prosesdən ziyanlı çıxmamaq üçün hansı təxirəsalınmaz addımlar atmalıdır. Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən politoloq Rauf Məmmədov ABŞ, Rusiya, Fransanın Türkiyə və Azərbaycana qarşı birgə addım atmasının görünməyən tərəflərindən danışıb.

-Rauf müəllim, məlum olduğu kimi Rusiya, Fransa və ABŞ səfirləri Şuşaya səfərdən imtina etdilər və üstəlik bu barədə heç bir açıqlama vermək məcburiyyətində olmadıqlarını da açıqladılar. Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin Şuşaya səfərdən imtinasının kökündə əslində hansı siyasi niyyət dayanır?

-Hər üç ölkənin səfirlərinin Şuşaya səfər etməməsi, bi çox mətləbləri ortaya qoyur. Birincisi, səfirlər təmsil etdikləri dövlətin rəsmi mövqeyini ifadə edirlər. Bu danılmazdır. İkincisi, hər üç səfirin bu dəvətə eyni vaxtda eyni şəkildə münasibət göstərmələri belə bir ehtimal irəli sürməyə imkan verir ki, onlar bu məsələni öz aralarında müzakirə edib ümumi qərar verməyi düşünmüşlər. Çünki bu ölkələr ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 ildir Qarabağ məsələsində ortaq mövqedən çıxış etmişlər. Bu gün də onların belə davranmasında təəcüblü bir şey yoxdur. Xüsusilə, Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupuna qarşı məlum sərt etirazı və onlara ehtiyacın artıq olmadığını vurğulaması, görünür, bu təşkilatı dərindən sarsıtmışdır. Buna görə, bu bir cavab reaksiyası kimi də dəyərləndirilə bilər. Bu, həm də Azərbaycana verilən bir mesaj ola bilər ki, sülh müqaviləsinin bağlanması Türkiyənin deyil, ATƏT-in Minsk Qrupunun çərçivəsində mümkün ola bilər. Əks təqdirdə, Ermənistan sülh müqaviləsini bağlamayacaqdır. Yəni, hər üç dövlət bölgədə Türkiyənin güclənməsinə qarşı bir araya gəlirlər.

-Bəs Rusiyanın 10 noyabr sazişi nə demək idi? Rusiyanın ABŞ və Fransa ilə eyni mövqedən çıxış etməsi, bu sazişə zidd deyilmi?

- Düşünürəm ki, xeyr. Çünki 10 noyabr sazişi də Rusiya-ABŞ-Fransanın ortaq qərarı ola bilərdi. Çünki bu ölkələrdən heç biri nə qədər cəhd etsələr də, İkinci Qarabağ Müharibəsinin qarşısını ala bilmirdilər. 9-10 noyabrda baş verən hadisələr, müharibəni dayandırması, hər üç ölkənin ortaq planı ola bilərdi. Çünki Daqlıq Qarabağın tamamilə Azərbaycanın əlinə keçməsi, Rusiya-ABŞ-Fransanın Azərbaycana təsir mexanizmlərini itirməsi və Cənubi Qafqazdan onların təcrid olunması demək idi. Şuşanın alınması, onların məğlubiyyəti idi. Onlar, Suriya, Liviya, Aralıq Dənizində olduğu kimi, Cənubi Qafqazda da Türkiyəyə uduzdular. İndi Dağlıq Qarabağ kartından, həmçinin, Ermənistan və Gürcüstan kartından istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışacaqlar. İlk növbədə Azərbaycan ilə Türkiyənin arasını vurmaq üçün 5-ci kolonun xidmətlərindən istifadə edəcəklər. Azərbaycanda Rusiyanın və ABŞ-ın 5-ci kolonları (fetöçülər) əməkdaşlıq edirlər. Son dövrdə onlar maskalarını dəyişərək pantürkçü görkəmində ortaya çıxmağa çalışırlar ki, gedən proseslərin içinə daxil olaraq, onları içindən məhv etsinlər. Türkiyədə də eyni proseslər cərəyan edir. Məqsəd, Azərbaycan və Türkiyədə yeni siyasi güclərin hakimiyyətə gətirilməsi ola bilər. Onlar, bu plan ilə öz məqsədlərinə catacaqlarını düşünürlər. Paşinyanın seçkilərdə qələbə qazanmasına Rusiyanın neytral yanaşması da, onun ABŞ və Fransa ilə əməkdaşlıq əlaqələrindən irəli gəlirdi.

Rusiya-ABŞ-Fransa əməkdaşlıq formatı gizli və açıq şəkildə də olsa mövcuddur. Rusiyaya qarşı qərbdən heç bir təzyiq yoxdur. Əksinə, neftin qiymətlərinin qalxması, onun imkanlarını daha da genişləndirir. Yaxud, “bir kəmər-bir yol” layihəsinin məhdudlaşması, Çinin zəiflədilməsi, Türkiyənin bölgəsəl bir gücdən qlobal gücə çevrilməsinin qarşısının alınması ABŞ və Rusiyanın bir araya gəlməsinə şərait yaradır. Fransanın da Türkiyə məsələsində maraqları onlarla uzlaşır. Buna görə də, biz bu üçlü formata real baxmalı və tədbirli olmalıyıq. Düşünürəm ki, Azərbaycan-Türkiyə təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərdə tutan Şuşa bəyannaməsi ilə strateji planlarını müəyyənləşdirdilər. Ancaq, Cənubi Qafqaz hələ uzun müddət qlobal maraqların toqquşduğu bir bölgə olaraq qalacaqdır. Azərbaycanın güclü regional bir güc olmaqdan və Türkiyə, Pakistan ilə maksimum yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru