Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                 

“Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...” - Deputatdan ETİRAZ
Tarix: 3-08-2021, 10:08 | Çap et
“Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...”
Son günlər vaksinasiya prosesi ilə bağlı bir-birinə zidd standartlar formalaşıb. Dünyanın bir hissəsində vaksin olunmamaq üçün etirazlar baş qaldırdığı halda, bir qisim ölkələrdə peyvəndləmənin daha da intensiv aparılması üçün stimullaşdırıcı aksiyalar həyata keçirilir.

Qeyd etmək yerinə düşər ki, hazırda Fransada koronavirus infeksiyasına qarşı məcburi peyvənd tədbirlərinin genişləndirilməsinə qarşı aksiyalar keçirilir. “Le Figaro” qəzeti yazır ki, ölkə daxilində keçirilən mitinqlərdə 204 min 90 nəfər iştirak edib. Təkcə Parisdə 14 mindən çox etirazçı çıxıb. Nəşr zorakılıq dərəcəsinin artmasına da diqqət çəkib. Etirazçılar gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

Yalnız Fransada deyil, İsveçrənin Luzern şəhərində də eyni vaxtda iki etiraz aksiyası keçirilib. Aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib. Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.

ABŞ və Britaniyada isə vaksin olunan gənclərə maddi hədiyyələr edilir. ABŞ-da vaksin olunanlara 100 dollar verilir, Britaniyada isə gənclərə vaksin olunmaları halında restoranlarda endirim, pulsuz pitsa təklif edilir. Gənclər vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər. Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır.

Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.

Rusiyanın “Skolkovo” Elm və Texnologiya İnstitutunun professoru Dmitri Kulish isə bildirib ki, insanları vaksinləməyə cəlb etmək lazımdır: “Rusiyada, bildiyiniz kimi, bir çox yerlərdə peyvənd olunmaq istəyən insanlara artıq müxtəlif yollarla dəstək verilir. Bir yerdə mükafatlar verirlər, bir yerdə daha yaxşı iş şəraiti ilə təmin edirlər - bu tamamilə qanunidir və haqlı olaraq aparılır. Buna baxmayaraq, peyvənd əleyhinə fikirlər hələ də var. Ruslardan utanıram, çünki bu hissləri nümayiş etdirirlər. Təəssüf ki, kollektiv məsuliyyət qaydalarına görə rusların ən azı yarısı peyvənd olunana qədər hamımız maska taxacağıq”.

Yeri gəlmişkən, smartfonlar, düyməli telefonlar, televizorlar, ağıllı saatlar, məişət texnikası satan Rusiya şirkəti BQ, əhali üçün peyvənd proqramını dəstəklədiyini açıqlayıb. BQ rəsmi olaraq COVİD-19 əleyhinə peyvənd edilən rusların BQ məhsullarına 40% -dək endirim etdiyini deyib. Bir peyvənd sertifikatınız varsa, “StopCovid” promo kodunu daxil edə və endirimləri əldə edə bilərsiniz.

Bəs görəsən, bu metodları Azərbaycanda da tətbiq etmək olarmı? Gənclər arasında vaksinləşməni genişləndirmək üçün Azərbaycanın təklifləri nə ola bilər?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bizdə də mümkündür, amma bunu qətiyyən etmək olmaz. 10 nəfərə verəcəklər, yüz nəfərin də adını siyahıya yazıb pulunu götürəcəklər. Büdcədən əlavə pullar xərclənəcək. Belə məsələlər bizdə, ümumiyyətlə, korrupsiya alətinə çevrilir. Bu cür məsələlərdə hər hansı prosedur həyata keçirilməsi cəmiyyətdə narazılıq yarada bilər. Vaksinasiya prosesinə necə başlamışıqsa, elə də davam etməliyik. İnsanlar bir-birilərinə başa salmalıdırlar ki, bunun vurulması vacibdir. Bundan sonra gedişatda olacaq məsələlərə baxarıq”.

Deputat, “vaksin olunmamaq üçün həkimlərə pul verənlər də az deyil, bəs bunlarla nə etməli” sualına da cavab verib: “Azərbaycanlıları harasa göndərəsən, başqa bir rəhbər gətirsən, deyəsən ki, yeni qaydalarla hərəkət et. Sirr deyil ki, minlərlə insan Dağıstandan pulunu verib, diplom gətizdirdi. Bu gün həqiqi təhsil alanlar kənarda qalıb, təhsil almayanlar vəzifə başındadır. Yoxlamısız ki, vəzifədə olan xeyli insanların böyük əksəriyyətinin diplomu saxtadır?! Araşdırılsa, heç biri qrup yoldaşını tapa bilməz. Bir nəfər göstərsin ki, bu qrup yoldaşımdır. Universitetdə 5 il oxumusansa, heç olmasa 50 nəfər qrup yoldaşın olmalıdır. Yəni bu kimi məsələlərin yanında vaksinasiya xırda məsələdir. Bizim özümüzlə bağlı olan ciddi bir problemli məsələdir. Hesab edirəm ki, bir sıra məsələlərə üzdən yanaşmağa məcburuq. Mədəni məsələlərə yanaşmada həqiqətən böyük problemlərimiz var. Cəmiyyətin sosial dirəniş motivasiyası çox aşağı səviyyədədir. Belə məsələlərdə də narazılıq özünü büruzə verir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru