Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                 

Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovdan görünməmiş hərəkət - İDDİA
Tarix: 4-04-2017, 12:19 | Çap et
Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovdan görünməmiş hərəkət
Ötən şənbə günü Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı binanın sakinləri - Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyeva Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları yenidən “Təzadlar”a zəng edərək Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovun yaşadıqları 14 mərtəbəli binanın hasarını məhkəmə qərarı olmadan ağır texnika ilə dağıtmasına etiraz əlaməti olaraq Prezident Administrasiyasına yürüş etdiklərini bildirdilər:

“Cavanşir Yusifov heç bir rəsmi sənəd olmadan neçə vaxtdır ki, bizi buradan köçürtmək istəyir. Məqsədi bizə məlumdur... Bizə deyə bilmir ki, bu bina niyə sökülməlidir? İndi belə fundamental binanın tikilməsi on milyon manatlara başa gəlir. Niyə sökürlər? Və niyə sökülməlidir? Rəsmi səbəb və ya qərar olmadığından bizə aydın olur ki, Cavanşir Yusifov və onunla həmməqsəd olan Yasamal RİH başçısı İbrahim Məmmədov bu binanı otel etmək üçün ələ keçirmək istəyirlər... Biz maliyyə naziri Samir Şərifova da müraciət etmişik ki, tabeliyində olan “KRU” rəisi Cavanşir Yusifovun hərəkətinə qiymət versin. Əks halda, burada xoşagəlməz hal baş versə, məsiliyyəti o daşıyır... Biz özümüzü yandırarıq, amma bu cürə qanunsuz və özbaşına hərəkətə yol verə bilmərik. Bu ölkə dərəbəylərin vətəni deyil ki, at oynadalar. Allahdan, Prezidentdən qorxsunlar!”.

Cavanşir Yusifov binaya belə hücum çəkib, hasarı dağıtdırıb...

Biz dərhal hadisə yerində olduq... Həqiqətən də biabırçı vəziyyət, özbaşınalıq idi... Binanın mühafizə divarı, “reşotka”lar ağır texnikanın gücü ilə sındırılıb dağıdılmışdı... Məhkəmə qətnaməsi, müvafiq icra orqanının qərarı olmadan belə özbaşına hərəkətin bir adı var: vandalizm!
***
Xatırladırıq ki, “Təzadlar” hələ bir müddət əvvəl bu barədə geniş və hərtərəfli araşdırma aparmışdı, yazı dərc olunmuşdu. Aşağıda həmin yazını yaddaşları təzələmək və baş verənlərin mahiyyətini bir daha izahlamaq üçün təkrar təqdim edirik:
Maliyyə Nazirliyinin xidmət rəisi Cavanşir Yusifov heç bir rəsmi qərar olmadan “Sovetski”də 14 mərtəbəli binanı sökmək adı altında vətəndaşlara 40 milyon manat kompensasiya vədi ilə ələ keçirmək istəyir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Baş Nazirin müavini cənab Abid Şərifova!
Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvandakı binanın sakinləri-Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyevə Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları tərəfindən
ŞİKAYƏT
Möhtərəm cənab Prezident!
Hörmətli cənablar!
...Tarixin çətin sınağı qarşısında qalan bir xalqın taleyinin ən çətin və ağır dönəmində nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda məhz Ulu Öndərimiz Heydər Əliyev cənablarının böyük və güclü siyasəti nəticəsində Azərbaycanımız tarixin ağır sınağından qurtuldu. Ulu Öndər H.Əliyevin böyük siyasi iradəsi nəticəsində dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər olundu. Ölkəmizdə nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı, bütün bunlar yalnız və yalnız Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin bəhrəsidir.
Möhtərəm Prezident, bu gün Siz həmin yolu layiqlə davam etdirirsiniz. Bilirik ki, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq Siz xalqın sosial rifahının daha da yüksəlməsi və inkişafı üçün daim çalışırsınız.
Cənab Prezident, rəsmi çıxışlarınızda, imzaladığınız mötəbər sənədlərdə dönə-dönə dövlət məmurlarına vətəndaşlarla münasibətlərinə diqqət göstərmələrini tapşırırsınız.
Təssüflər olsun ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov yaşadığımız Ç.Mustafayev-43 ünvanında yerləşən 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək niyyətini həyata keçirməyə çalışır, vətəndaşların mənzil toxunulmazlığı hüququnu pozur, sakinlər arasında narazılıqlar yaradırlar. Onu da bildiririk ki, 2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunan həmin yaşayış binası bir girişli olmaqla, bir səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil vardır. Əksər sakinlər mənzillərini təmir etməklə həmin binada yeni mənzillərində yaşayırlar.
Onu da diqqətinizə çatdırırıq ki, Azərbaycan Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 saylı “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində bizim binanın ətrafında 734 yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Alan orqan qərarın icrasını həyata keçirmiş, alınmaya məruz qalmış obyektlərin sahiblərini müəyyən etmiş, qeyd olunan torpağın alınması barədə təklifini nəzarət orqanına vermişdir. Nəzarət orqanın torpağın alınması haqqında qərarı verildikdən sonra isə 730 yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyətçilərinə müəyyən edilmiş kompensasya ödənilmişdir. Bundan sonra həmin torpaq üzərində olan tikililər sökülmüşdür. Diqqəti çəkən budur ki, bizim yaşadığımız Ç.Mustafayev-43 saylı, 15 mərtəbəli bina məlum qərarda qeyd olunan 730 obyekt siyahısında olmamışdır və binanın dövlət ehtiyacları üçün alınıb sökülməsinə dair əlavə qərar da indiyədək verilməmişdir. Yuxarıda qeyd etdiyimiz dövlət məmurları isə vəzifəsindən sui-istifadə etməklə müvafiq qərar olmadan həmin binanın sakinlərinə əsassız, hüquqi əsası olmayan bildirişlər verir, bizi elektrik və qaz, su xətlərinin kəsilməsi ilə hədələyirlər və binanın biz sakinlərinə təzyiqlər edirlər. Biz inanmırıq ki, dünya iqtisadiyyatının indiki böhranlı bir vaxtında 0,25 ha torpaq sahəsinə görə Azərbaycanın Dövlət büdcəsindən 30-40 milyon manat pul ayrılaraq hansısa məmurun şəxsi maraqlarına xərclənsin. Belə ki, 49 mənzilli binanın mənzillərinin sahiblərinə vəd olunan kompensasiya məbləği bu qədər təşkil edir. Hansı ki, Bakı şəhəri, Yasamal rayonu Ç.Mustafayev-43 saylı bina yeni tikilmişdir, müasir tələblərə cavab verdiyindən, dövlət orqanlarının, o cümlədən FHN-nin müsbət rəyi ilə istismara qəbul edilmişdir. Sakinlər tərəfindən demək olar bütün mənzillər təmir edilmişdir, su, qaz və elektrik enerjisi, lift və s. ilə təmin edilmiş, mənzillərin çoxunda yaşayış vardır, digər mənzillər də yaşayış şəraitinə tam hazır vəziyyətə gətirilməkdədir. Buna görə də binamızın sökülməsi kimi qanunsuz iddiaları ortaya qoyanların məqsədlərini əsassız sayır və bu cür söhbətləri yayanlara qəti etiraz edirik.
Cənab Prezident!
Hörmətli Abid müəllim!
Sizin qayğınıza və diqqətinizə sığınaraq xahiş edirik, biz sadə vətəndaşlara arxa durun, lazımi kömək edin, bizi dövlət məmurlarının təzyiqindən xilas edin, həmçinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qanunsuz hərəkətlərinin dayandırılmasına göstəriş verəsiniz.
Bakı şəhəri,
15 fevral 2017-ci il

Maliyyə Nazirliyinin xidmət rəisi “yoxa çıxıb”?

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun dövlət ehtiyacı adı altında yuxarıda qeyd olunan hazır yaşayış binasına sahiblənmək arzusu burada yaşayan sakinləri bərk qəzəbləndirib. Yuxarıda qeyd olunduğu kimi, bu gün “Təzadlar”da olan sakinlər qəzəblə danışdılar... Biz məsələyə aydınlıq gətirilməsi üçün 3 gündür Cavanşir Yusifovun mövqeyini öyrənməyə çalışırq, amma... Yəni, üç gün ərzində biz əks tərəf kimi Cavanşir Yusiofovla əlaqə saxlaya bilmirik. Onun 404 - 46 - 99 saylı iş telefonuna zəng edirik, kommutator vasitəsilə (daxili nömrə 416) zəngimizə C.Yusifovun katibəsi Arzu xanım cavab verdi. Arzu xanımla iki gün daldabal danışsaq da verdiyimiz mobil nömrəyə Cavanşir müəllimdən heç bir zəng gəlmədi. Sonrakı zənglərimizin birində Arzu xanım bildirdi : “Cavanşir müəllim deyir ki, lazım olsa, zəng edərəm, məndən nə istəyirlər???”.
Deməli, bu boyda həngamədən sonra yenə də Cavanşir müəllim üçün danışmaq, KİV sorğusuna cavab vermək lazım gəlməyib.
Belə olan sürətdə nazirliyin digər şöbələri ilə əlaqə saxlayıb Cavanşir müəllimi soraqladıq ki, bəlkə iş yoldaşları onu tapa bildilər... Əvvəlcə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevi aradıq. 404 - 47 - 87 saylı telefona cavab verən Ləman xanım bildirdi ki, Mais müəllim iclasdadır. Əlaqə telefonumuzu verib xahiş etdik ki, iclasdan sonra bizimlə əlaqə saxlasın. Ancaq Mais müllimin iclası deyəsən iki gündür qurtarmaq bilmir...

Bəlkə Maliyyə Nazirliyində, ümumiyyətlə, Cavanşir Yusifov adlı işçi yoxdur?

Nazirliyin Nəzarət şöbəsindən Namaz müəllim yerində olmadı... Dərdimizi kiməsə demək üçün nazirlikdə axtarışlarımızı davam etdirdik. Bu dəfə Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyə Ağdamskayanın 404 - 46 - 36 saylı telefonuna zəng etdik... İnsafən, xanım rəis zəngimizə mehriban cavab verdi... Çox mədəni sürətdə Rumiyə xanım bildirdi ki, bu və ya digər suallarımız onun funksiyasına daxil deyil, amma kömək etmək üçün çalışacaq. Yəni Cavanşir müəllimi bizimlə calaşdırmağa cəhd edəcək. Bu məqsədlə mobil telefon nömrəmizi götürdü.
Sonra Nazirliyin maliyyə - inzibati şöbəsinin müdiri Eldar Mahmudova zəng etdik, onun 404 - 47 - 48 saylı telefonda bizimlə çox səmimi söhbəti oldu. Hiss olunurdu ki, nazirliyin mənafeyini düşünən insandır. Hərçənd bu mövzunun ona aid olmadığını hər ikimiz bilirdik.

Eldar Mahmudov: “...Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil...”

Sadəcə əlimiz çatan, ünümüz yetən ünvanlarda Cavanşir Yusifovu soraqlayırdıq. Eldar Mahmudov bizimlə söhbətində bildirdi ki, Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil. E. Mahmudovun “Niyə qəbula gəlib sözünüzü Cavanşir müəllimə demirsiniz” - sualına belə cavab verdik ki, hörmətli Eldar müəllim, hansısa məmurla mövqe öyrənmək üçün görüşmək istəyəndə jurnalist haqqında başqa fikirə düşürlər, “Görəsən nə istəyir, məqsədi nədir” və sair kimi şübhələr... Bu səbəbdən sorğumuzu “KİV haqqında” qanuna uyğun olaraq telefonla şifahi vermək istəyirik. Təbii ki, aidiyyəti olmadığından biz Eldar Mahmudovla geniş müzakirə açmaq niyyətində deyildik. Xahişimiz və istəyimiz o idi ki, C.Yusifovun özünü və ya kordinantlarını tapmaqda bizə kömək etsin. Eldar müəllim də əlaqə telefonlarımı götürüb C.Yusifovu tapacağına söz verdi.
Nəhayət, maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin 404 - 47 - 46 saylı telefonuna zəng etdik. Cavab verən Fatimə xanım bildirdi ki, bizi İlqar müəllimlə calaşdıra bilməyəcək. Çünki... Və bu səbəbdən də, bizi nazirliyin mətbuat xidmətinə yönləndirdi. Yəni dairə bağlandı və C.Yusifovla danışmaq şərəfinə nail ola bilmədik...
İnanırıq ki, gec - tez Cavanşir Yusifov tapılacaq və hörmətli Prezident cənab İlham Əliyevin imzaladığı və bu yaxınlarda əlavə və dəyişikliklərlə təkmilləşdirdiyi “KİV haqqında” Qanuna uyğun olaraq, bizim suallarımıza cavab verməklə, yaranmış problemə aydınlıq gətirəcək. Əks halda, biz qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyik. Yəni, Cavanşir Yusifovla məhkəmədə sorğularımıza cavab axtarmalı olacağıq...
\\tezadlar.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru