Bakcell inklüziv idmanı təşviq edir
Tarix: 30-04-2018, 16:57 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” (100FM) ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində önəmli rol oynayan inklüziv idmandan söz açılacaq.
Qeyd edək ki, bu il sentyabrın 24-dən 28-nə kimi Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumu keçiriləcək. Əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və dəyərin nümayişi olacaq bu Forum 30 ölkədən 300-ə yaxın gənc və orta yaş nümayəndəsini bir araya gətirəcək. Həmçinin, bu yaxınlarda Azərbaycan Xüsusi Olimpiya Təşkilatı və BMT-nin Əhali Fondu arasında Bakı-Abşeron yarımadası ərazisində inklüziv qız idmanını inkişaf etdirmək üçün saziş imzalanıb.
Beləliklə, bu həftə ASAN Radionun qonaqları - BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fərhad Hacıyev və Azərbaycan Xüsusi Olimpiya Təşkilatının milli direktoru Şahin Əliyev yuxarıda qeyd olunan tədbir və sazişin mahiyyəti və məqsədləri, habelə inklüziv idman sahəsində həyata keçirilən fəaliyyətlər və onların dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əhəmiyyətini müzakirə edəcəklər.
DİA.AZ xəbər verir ki, veriliş “ASAN Radio”da (100FM) 30 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 2 may (saat 11:05-də) və 4 may (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Xatırladaq ki, “Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Dayanıqlı İnkişaf məqsədləri yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Bakcell şirkəti uşaqlar, o cümlədən də əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Dəstəklənən layihələrin biri Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən etibarən həyata keçirilən “TOPs Proqramı – Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ model layihəsi olub. Bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləmək idi. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanmışdır. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanıb. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçirilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
| • Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54 |
|
|
|
| • "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
| • Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
|