Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                 

Öz başınızın çarəsinə baxın: “Xaricdə dövlətdən pul umanlara aciz kimi baxırlar” - HƏQİQƏTƏN DƏ...
Tarix: 22-04-2022, 15:30 | Çap et
Öz başınızın çarəsinə baxın: “Xaricdə dövlətdən pul umanlara aciz kimi baxırlar”
Pandemiyanın gətirdiyi işsizlik probleminin öz həllini tapdığı haqda fikir söyləmək hələ də çətindir. İnsanlar pandemiyanın bitişinə doğru işsizlik probleminin öz həllini tapacağını, maddi rifahlarının yüksələcəyini gözlədiyi halda, tamamilə başqa bir situasiya ilə üz-üzə qalıblar. Pis-yaxşı işi olan da, olmayan da vəziyyətin çətinliyindən gileylənir. Çünki maaşlar əvvəlki kimi qalsa da, bazardakı qiymətlər, az qala, hər gün üzüyuxarı istiqamətdə yenilənir.

Bu halda isə insanları düşündürən bir sual var: Bəs maaşlar nə zaman artırılacaq və ya artırılmış maaşla bazar qiymətlərinə ayaq uydurmaq yaxın zamanda mümkün olacaqmı? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya şərhində iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, inflyasiya bu templə davam edərsə, hökumət də bir daha maaşların artırılmasını nəzərdən keçirməlidir: “2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bəzi məhsullarda 100 faizə qədər artım baş verib. Doğrudur, bu ilin əvvəlindən dövlət sektorunda çalışanların maaşlarında 20-40 faiz, bəzilərində hətta 100 faiz artım oldu. Lakin bu, yetərli deyil, çünki real inflyasiya həddi çoxdur. Hətta deyərdim ki, müəyyən qida zəncirləri, sektorlar üzrə inflyasiya 40-50 faiz aralığındadır”.

“Bütün dünyada son 40 ilin ən yüksək inflyasiya prosesləri gedir. Mübaliğəsiz demək mümkündür ki, hazırda dünyada iqtisadi, siyasi, ərzaq böhranı yaşanır. Pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi bir sıra ərzaq və neft məhsullarının, texnologiyaların qiymətinin artımına təsirsiz ötüşmədi. Təbii ki, bu da dünyada inflyasiya proseslərinin daha da alovlanmasına gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.

O, bizim ölkənin də dünya iqtisadiyyatının bir parçası olduğunu xatırladıb: “İdxaldan asılı ölkə olduğumuz üçün bizdə də həmin inflyasiyanın təsirləri özünü göstərir. İnsanların gəlirləri dəyərsizləşdirilir. Müşahidələr onu göstəririr ki, özəl sektor postpandemiya dövründən yeni-yeni çıxmaq üzrə olduğu üçün onlarda maaşların artması nəzərəçarpacaq qədər deyil. Həmçinin qeyd edim ki, bunun üçün özəl sektorda rəqabətlilik imkanları artırılmalıdır ki, burada çalışan insanların maaşının artırılmasına da yenidən baxılsın. Hər bir halda hesab edirəm ki, bu inflyasiya özəl sektorda çalışan insanların da maaşlarının artırılmasını qaçılmaz edir. Bu, qaçılmazdır”.

Bu halda maaşların artırılmasının çıxış yolu olub-olmadığına qaldıqda, mütəxəssis bunu çıxış yolu hesab etmir: “İnflyasiya artıqca maaşların da artırılması kimi bir iqtisadi düstur yoxdur. Lakin hazırkı vəziyyət qeyri-standart situasiyadır. Buna görə də inflyasiyanın bu dərəcədə artması maaşlara da yenidən baxılmasını gündəmə gətirir. Onu da qeyd edim ki, maaşların artırılması inflyasiyanın cilovlanması üçün çıxış yolu deyil. Maaşlar artdıqca inflyasiya da arta bilər. Bu, iqtisadi qanunauyğunluqdur. Yəni o demək deyil ki, maaşların artırılması çıxış yoludur. Maaşların artırılmasının özü də inflyasiya yarada bilər”.

Kərimlinin fikrincə, çıxış yolu yerli istehsalı gücləndirmək, sahibkarlığın inkişafını daha da stimullaşdırmaq, müəyyən təşviqedici addımlarla kiçik və orta sahibkarlığa dəstək olmaqdır: “Həmçinin mikro və orta sahibkarlıq, kənd təsərrüfatı ilə məşğul olanlarla kompleks tədbirlər həyata keçirmək lazımdır ki, insanların rifahı yaxşılaşsın. Biz insanların daha çox dəyər yaratmasına çalışmalıyıq. Məşğulluq fəaliyyətlərini artırmalıyıq. Bankların depozitinə baxdığımızda, ötən il ilə müqayisədə depozitlərin 2-3 faizə qədər artdığını müşahidə edirik. Əhalinin əmanətləri 2021-ci il ilə müqayisədə 12.3 faiz artıb. Lakin ümumi baxdığımızda bizim ölkənin böyük problemlərindən biri insanların əlavə gəlir mənbələrinin az olmasıdır. İnsanların maaşdan əlavə gəlir əldə etməsi üçün imkanlar məhduddur. Xaricdə insanlar passiv gəlirlərdən istifadə edirlər. Hansısa formada müəyyən əməliyyatlarla gəlir əldə etmək imkanları olur. Bizdə ancaq banklar depozit verir və ya daşınmaz əmlakın icarəsi ilə müəyyən gəlir əldə etmək imkanı var”.

“Bu gün hazırkı vəziyyətdən ən çox əziyyət çəkən təqaüd alanlardır. Hesab edirəm ki, dövlət pensiyalara yenidən baxmalıdır. İnflyasiya çox böyük templə davam edir və təqaüdçülər bundan daha çox əziyyət çəkirlər. Dövlət onlara daha çox diqqət ayırmalıdır”, - deyə müsahibimiz vurğulayıb.

Əlavə edib ki, ölkədə çalışanların 40 faizi dövlət, 60 faizi özəl sektorun payına düşür: “İndiki halda insanlar diqqətlərini dövlətdən çox öz güclərinə yönəltməlidirlər ki, daha çox gəlir əldə etmək imkanları yaransın. Çünki bu inflyasiya bir müddət davam edəcək. Özəl sektor da hələ tam bərpa olunmayıb. Son ilin göstəriciləri onu deməyə əsas verir ki, büdcədə əlavə gəlirlər əmələ gəlir. Bu ilin birinci rübündə bir milyard manatdan yuxarı əlavə vəsait yaranıb. Amma dövlət də ancaq dövlət sektorunda çalışanların maaşını qaldıra bilər. Özəl sektorda çalışanların isə fəaliyyəti genişlənməli, gəlirləri olmalıdır ki, maaşları qalxa bilsin”.

“Cəmiyyət qəbul etməlidir ki, artıq bazar münasibətlərinin hökm sürdüyü dünyada yaşayırıq. Burada da insanlar daha çox öz güclərinə güvənməli, öz talelərini özləri həll etməlidirlər. Amerikada, Avropada dövlətdən nəsə gözləyən insanlara aciz kimi baxırlar ki, özü nəsə qazana bilmir. Daim axtarışda olmaq lazımdır. Hər kəsin öz taleyini öz əlinə almağının vaxtı çatıb. Müharibənin nə vaxt bitəcəyi bəlli deyil. Bahalaşma da davam edəcək. Düşünürəm ki, müharibə bir qədər də davam edəcəyi halda, bu bahalaşma il sonuna qədər davam edəcək. Həyat rifahımızı daha yaxşı istiqamətə yönəltmək üçün cəmiyyətin hər bir üzvü hərəkətə keçməlidir”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru