Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                 

Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu - Deputatın namizəd qızı...
Tarix: 16-08-2024, 12:27 | Çap et
Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu
Avqustun 9-da təbliğat-təşviqat kampaniyasının başlamasından sonra 4 il ortada görünməyən bəzi namizədlər yenidən görünməyə başlayıb. Onlardan bəziləri deputat kürsüsündə bundan sonra da kök salmaq istəsə də, bəziləri öz yerini gənclərə verməklə özlərinin “səxavətli” addım atmış olduğunu bir növ xalqa göstərməyə çalışırlar.

Əlbəttə ki, xalqın gözü tərəzidir və bu millət 30 illik müstəqillik tariximizdə Milli Məclisdə bir kəlmə də olsun danışmayan, onların dərdlərinə çarə tapmayan deputatları çox yaxşı tanıyır. Elə onların övladlarını da…
Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı marafonda bu gün Milli Məclisin qocaman deputatı sayılan Fəzail Ağamalı və onun qızı Günay Ağamalı barədə araşdırmanı təqdim edəcək.

29 illik parlament təcrübəsi olan Ana Vətən Partiyasının sədri 6 çağırış parlamentdə təmsil olunduqdan sonra nədənsə, özünə “dayan” deməyi bacarıb. Lakin maraqlısı budur ki, cənab Ağamalı dayansa da, formal olaraq bundan sonra da deputatlıq fəaliyyətini davam etdirəcək. 77 yaşlı sabiq parlamentari bu dəfə mandatını qızını hədiyyə vermək niyyətinə düşüb. Fəzail bəy parlamentə olan “eşqindən” vaz keçməyərək, bu dəfə qızının deputat eləmək niyyətindədir.

Bundan əlavə, Fəzail Ağamalının ölkədə “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevlə yanaşı da adı dəfələrlə hallanıb. Hətta onların adlarını bərabər yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini isə xatırlatmağa dəyər:

“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək. Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”,– deyə cənab Ağamalı bir zamanlar söyləyib.

Xülasə, onun siyasi karyerası, deputatlıq dövrü və gilasın qiymət ilə səsləndirdiyi sensassional fikirlərə toxunub oxucularımızı yormaq istəmirik. Necə deyərlər, keçənə güzəşt… Bizim üçün bu gün maraqlı olan şəxs Fəzail müəllimin öz yerini qızına vermək istəməsidir. Bəli, Günay Ağamalı mediada bir o qədər də tanınan şəxs olmayıb. Əsasən, atasının partiyasında vəzifə tutan, arabir saytlarda açıqlamaları ilə çıxış edən Günay xanım bu dəfə atasının “şotuna” kartlarını açıq oynayaraq, Milli Məclisin deputat kreslosunun əzəmətini də dadmaq istəyir.

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı ixtisasca psixoloqdur. O, eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.

Dövri mətbuatda gedən məlumatlara görə, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən, ümumi sahəsi isə 617,24 kv.m obyekt xanım Ağamalıya aiddir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir.

Xanım Ağamalını mediada “məşhur” edən hadisə isə rəhbərlik etdiyi bağçada verən və ölkədə ajiotaj yaradan hadisələr olub. Bununla bağlı mediada gedən yazını olduğu kimi təqdim edirik:

“Qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” bağçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.

Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası F. Ağamalının mövqeyini də qınamış və bağça müdirini isə özbaşınalığa görə ittiham etmişdi:

Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu

“Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır”.

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, xanım Ağamalı dəxli olmadığı halda, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Beləliklə, Günay Ağamalının müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olmasının səbəbi gün işığı kimi üzə çıxır. Halbuki, Salyan və digər rayon sakinləri onu heç tanımırlar və daha layiqli namizədə səs verəcəklərini bildiriblər.

Qısacası, baş verənlər mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Onları başa salmaq lazımdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.

Mövzunu davam etdirəcəyik…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru