Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                 

"Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Tarix: 10-01-2025, 09:27 | Çap et
 "Döyülə-döyülə buralara gəlib çıxmışıq"
Azərbaycan tanınmış ictimai-siyasi xadimi, Xalq şairi, müstəqilliyin ilk illərində Vətəndaş Həmrəyliyi Partiyasını yaradan və hazırda da ona rəhbərlik edən, Milli Məclisin I, II, III, IV və VI çağırış deputatı olmuş Sabir Rüstəmxanlı Modern.az saytına geniş müsahibə verib. Müsahibə əsnasında o, ictimai-siyasi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı və gəncliyindən, eyni zamanda, özünün və həyat yoldaşının Milli Məclisdəki fəaliyyətindən, bundan sonrakı planlarından danışıb. Müsahibəni təqdim edirik.

- Sabir müəllim, istərdik ədəbiyyatımızın hazırkı vəziyyətinə toxunaq. Ədəbiyyatımızın dünəni, bu günü və sabahını necə qiymətləndirərdiniz?

- Ədəbiyyatımıza həmişə böyük ümidlə baxıram. Bu sahənin potensialı böyükdür. Çünki millətimiz istedadlı millətdir. Nə vaxtsa bu suyun quruyacağı, bu yolun bitəcəyi kimi qorxu yoxdur. Yol bir yerdə bitəndə, başqa yerdə başlayır. Yeni nəsil arasında da kifayət qədər savadlı gənclər var. Rast gəldiklərimi böyük həvəslə oxuyuram. Bəzən mənə öz kitablarını gətirirlər, görürəm ki, istedadlı gənclərimiz çoxdur. Ədəbiyyatın bütün dövrlərində atalar-oğullar mübahisəsi olub. Həmişə oğullar ataları bəyənməyib, atalar oğullarından narazı qalıb. İndi də bu... Bir də görürsən cavanlar çıxır ortaya - heç nə oxumadan, araşdırmadan bu əsər necə yazılıb, hansı vaxtda yazılıb, nəyə görə yazılıb kimi, suallar verir.

Amma ümumiyyətlə, ədəbiyyatımız normal yerdədir. Dünya tarixində həmişə bir sıra fikirlər olub: Sənət sənət üçündür. Mən isə ədəbiyyata həmişə ictimai iş kimi baxmışam. Ədəbiyyat xalqın həyatının bir parçasıdır. Hər şeyi görən, dəyərləndirən, bəzən hökm, bəzən cəza verən hakimdir. Oxucuya gəldikdə isə biz çətin yol gəlmişik. Təkcə müstəqillik deyil, eyni zamanda müharibənin içində olmuşuq. Torpaqlarımızı müdafiə edə-edə bir sıra mənəvi dəyərlərimizi diriltməyə çalışmışıq. Latın qrafikasına keçmişik, əlifba islahatı aparmışıq. Latın qrafikasına keçid Azərbaycan ədəbiyyatında boşluq da yaratdı. Müəyyən nəsil var ki, həm kiril, həm də latın qrafikasında olan kitabları oxuya bilir. İndi çap olunan kitabların da sayı azdır. Kitablar ancaq Bakı mühitində çox az sayda tirajlanır. Belə mühitdə oxucudan gileylənmək düzgün deyil. Gərək oxucuya kitab verəsən ki, onu görsün, tanısın, bilsin. Mən vaxtı ikən fantastik sayda kitabları fantastik tirajla çap olunan müəlliflərdən biriyəm. Təkcə “Ömür” kitabı 250 min tirajla çap olunmuşdu. İndi 500 tirajla kitab çap olunur. Məsələn “Seçilmiş əsərlər”imi buraxıram, indi 12-ci cildi çıxır. Mən onun 300-nü saxlamışam kitabxanalara, məktəblərə, dostlara verməyə. 200-ü isə nəşriyyatdadır və inanıram ki, heç o da satılmayıb. Ona görə də deyək ki, bütün yazdıqlarımız oxunur, elə şey yoxdur. Bir də görürsən hansısa gənc müəllif mənə yazır ki, sizi yazar kimi tanımıram və qəbul da etmirəm. Çox yaxşı. Soruşuram ki, bəs mənim bir kitabımı oxumusan? Deyir oxumuşam, sonra da sosial mediada mənə üç bəndlik şeir göndərir. Baxıram ki, o şeir heç mənim deyil. Mənə bu cür qiymət verən belə nəsil də var. Bir-iki şeirlə, heç nə oxumadan, bilmədən...

- Siz həm də uzun müddət siyasətlə məşğul olmusunuz...

- ...Mən birliyin, həmrəyliyin tərəfdarıyam. Yaratdığım siyasi təşkilatın da adı Vətəndaş Həmrəyliyi Partiyasıdır. Biz sağdan-soldan, aşağıdan-yuxarıdan, hakimiyyət, müxalifət tərəfindən döyülə-döyülə buralara gəlmişik. Mənim yazdığım yazıları heç bir radikal partiyanın rəhbəri yazmırdı, Milli Məclisdəki çıxışlarımı da heç kim etmirdi. Bunları deyə-deyə mən vətəndaş həmrəyliyinin yanında olmuşam. 90-cı illərdə Azərbaycan siyasi leksikonunda bu söz yox idi, indi isə ən əsas terminə çevrilib...

- Bu qədər idealist olub siyasi fəaliyyət göstərmək sizi yormadı?

- Mən özüm də dedim ki, siyasət hiyləgərlik istəyir, amma düz yolla da siyasətlə məşğul olmaq olar. Hesab edirəm ki, əksinə, siyasətçilər bir az şair olsalar, dünyanın işi düzələr. Gərək görünən şeyin arxasını görməyi, həyatın məntiqini düşünməyi bacarasan. Siyasət adamları seçkidən-seçkiyə yada salır. Mən xalq adamıyam, mənim siyasətim də bir xalq adamının siyasətidir. Gördüyüm işlərin hamısı bu millətin mənafeyinə və gələcəyinə, onun qorunmasına xidmət edir. Bacardığım budur. Bəlkə alınıb, bəlkə də alınmayıb.

- Uzun müddət Azərbaycanın ictimai həyatında aktiv iştirak etmisiniz. Azərbaycana rəhbərlik edən bütün şəxslərlə əlaqəniz olub. Sizdən bu rəhbərləri bir neçə cümlə ilə xarakterizə etməyinizi istərdik.

- Xalq Hərakatı çox güclü idi. İlk Prezident Ayaz Mütəllibov bunu görürdü və o cür təzyiq altında işləyə bilməzdi. Ona görə də Xalq Cəbhəsi ilə körpü yaratmaq istəyirdi. Məni çağırıb dedi ki, istəyirəm sən Mətbuat Komitəsinin sədri olasan. O vaxt da mən mətbuat sahəsində işləyirdim. Dedim əgər məni o vəzifəyə gətirməklə “Azərbaycan” qəzetindəki səsimi boğmaq istəyirsinizsə, olmayacaq, qəzet çıxacaq. O da dedi ki, araya körpü salmaq istəyir. Əlavə etdi ki, məni və bir neçə ziyalını bu komitəyə dəvət edir. Mütəllibov iqtisadiyyatı yaxşı bilirdi. Başqa vaxt olsaydı, bəlkə də yaxşı işləyə bilərdi. Amma o, Qarbaçov əsiri idi.

Heydər Əliyev isə dünya miqyaslı siyasətçi idi. Bunu inkar etmək olmaz. Bir neçə xarici ölkə səfərində onu müşayiət etdim. Çində olarkən 30 nəfərlə salona daxil olduq. Heydər Əliyev orada çıxış edib bildirdi: “Mən çox sevinirəm ki, köhnə dostum Den Syaopinin qızı da burada iştirak edir”. Den Syaopin müasir Çinin ən qabaqcıl islahatçılarından idi. Onun bütün xarici səfərləri zamanı Baş nazirlərlə, eyni zamanda digər liderlərlə münasibəti göz qabağında idi. Heydər Əliyev Naxçıvana gedəndə Milli Məclisdə ilk çıxışlarının birində dedi ki, siz görmürsünüz ki, SSRİ dağılır, Moskva artıq əvvəlki gücündə deyil? Digərlərindən fərqli olaraq Heydər Əliyev uzaqgörən siyasətçi idi.

Elçibəy isə çox idealist idi. Türkçü idi, Azərbaycanın bütövlüyünü, millətin rahat, demokratik sistemdə yaşamasını istəyirdi. Amma bunu hansı yolla etmək olardı, bilmirdi. Qeydlərimdə də göstərmişəm. 1990-cı ilin mart ayının 2-3-ündə Xalq Cəbhəsində plenum var idi. Orada radikallar ilə demokratlar arasında mübahisə yarandı. Elçibəyin və digər dostlarımızın cəsarətli və ciddi mövqe tutmamalarının nəticəsi kimi başımıza faciələr gəldi. Elçibəy başqa bir dövrdə çox gözəl dövlət başçısı ola bilərdi. Amma müharibə şəraitində, müstəqilliyin ilk illərində, o qədər problemin içində beynəlxalq münasibətləri qoruya və yaxşı komanda toplaya bilmədi. Xalq Cəbhəsinin idarə heyətindəki adamları tanıyırdım, onların yarısının bu işə aidiyyatı yox idi. Haradan gəlib dolmuşdular bir yerə, bilmirəm. O adamların əksəriyyəti Elçibəy dövründə Prezident Administrasiyasına toplaşdılar. Bir yığıncağımız oldu, dedim ki, bəzi işlər düz getmir. Həmin adamlar dedi ki, sən problem yaradırsan, bəyi narahat edirsən. Narahat olmayacaqdısa, bu ölkə necə xilas olacaqdı? Mən o vaxtdan bu haqda yazırdım. Heç kimdən heç nəyi gizlətmirdim. “Elçibəy xəstəliyi” adlı yazım da var. “Elçibəy xəstəliyi” nə idi? Vətən sevgisi, millətini xilas etmək arzusu, amma o cahillərin içində heç cür bunları reallaşdıra bilməzdi. Bu gün həmin insanlar özünə “Elçibəyçi” deyirlər. Nə ediblər həmin insanlar Elçibəyə görə? Onu çürütdülər, həyatına son qoydular.

İlham Əliyevə gəldikdə, o, bir qəhrəmandır. Birmənalı şəkildə. Onun rəhbərliyi dövründə də mən lazım olan tənqidlərimi Milli Məclisdə bildirir, yazılarımı yazırdım. Bu gün ölkədə ciddi problemlər var. İlham Əliyev təqaüdlərin artırılması ilə bağlı sərəncamlar verir. Elə bil məmurlar bu anı gözləyir. Ağzından bu söz çıxan kimi qiymətlər təxminən 10 faiz artır. Ətrafındakı bəzi adamlarda dövlət sevgisi yoxdur, problemlər yaradan adamlar var. Amma bu cür coğrafi mühitdə yerləşən Azərbaycanı idarə etmək son dərəcə çətindir. Çevrəmizə baxın - Rusiya, İran, Ermənistan, Avropanın təzyiqi və sair. Bu gün Qarabağın işğaldan azad edilməsi, rayonlarda quruculuq işləri, ordumuzun müasir silahlarla təmin olunması, bir sözlə, ölkədəki islahatlar İlham Əliyevin adı ilə bağlıdır. Bunlar onun siyasi biliyindən, dünya siyasətini bilməyindən irəli gəlir. Milli Məclisdə çıxışım zamanı da bildirmişdim ki, mən İlham Əliyevi bir qəhrəman hesab edirəm. Narazılıqlar ola bilər. Gündəlik problemlərlə qarşılaşa bilərik. Amma o Prezident kimi, Ali Baş Komandan kimi önəmli adamdır.

- Xalq hərəkatının fəal iştirakçılarından biri olmusunuz. Bəs bu gün hərəkat vaxtı yaxınlıq etdiyiniz insanlarla dostluq münasibətiniz qalırmı, yoxsa siyasi düşüncələrinizə görə ayrılmısınız?

- Bəziləri ilə əlaqələrimiz var, bəzilərinin isə mövqeyləri mənə aydın deyil.. Hamısı yaşlanıb, yorulub. Nemət Pənahlı ilə hərdən zəngləşirik, Pənah Hüseynovla əlaqələrimiz var, Firudun Cəlilov mənim ziyalı dostumdur. O biriləri ilə də salamlaşırıq, amma elə şeylər olur ki, adam inciyir. Məsələn, İsa Qəmbərin hərəkətləri məni heyrətləndirdi. Biz hələ hərəkatdan əvvəl uzun müddət dost olmuşuq. Amma seçkidə kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi. Ona Müsavat Partiyasında mətbuat konfransı üçün yer verdi. Mən elə şey etməzdim. Onu müdafiə edərdim, ailəsini də, özünü də tanıyıram. Heç vaxt digər alternativlərə yer verməzdim. Bu mənim prinsiplərimə uyğun gəlməzdi. Görünür bunlar həddindən artıq demokratdır. İncimişəm və bu incikliyi gizlətmirəm. Ola bilsin haradasa səhv etmişəm, gəlib dostcasına, yoldaşcasına demək olar ki, belə olmaz, elə olar. Amma bunlar erməni tərəfdarlarına salonlarını açdılar. Müsavat Azərbaycan tarixində önəmli partiya idi. Orada Rəsulzadə var idi.

- 61 saylı Nefçala seçki dairəsi hər parlament seçkilərində ciddi aktivlik göstərən dairələrdəndir. 2020-ci ildə sizin Kamran Əsədovla mübarizəniz, eyni zamanda, Tənzil xanımın Vəfa Nağı ilə mandat uğrunda mübarizəsi ciddi müzakirələrə səbəb oldu. Bu dairəni seçmək səbəbinizi və gördüyünüz işlər haqqında danışmağınızı istəyərdik.

- Azərbaycanda əksər deputatlar doğulduqları bölgədən deyil, başqa rayondan namizədliklərini irəli sürürlər. Məndən əvvəl orada Arif Rəhimzadə uzun illər deputat olmuşdu. Nefçalanı da mən yaxşı tanıyıram, oranın ziyalıları olub, rəssamlıq məktəbi olub. Rəssam Altay Hacıyev var idi, lap əvvəldən onun haqqında yazılar yazmışdım. Orada mənim dostlarım olub. Bilmirdim ki, Nefçala bu qədər dəyişilib. Rayonları gözdən keçirdim, Yardımlıdan namizədliyini irəli sürən başqa biri var idi, onunla üz-üzə gəlmək istəmədim. Arif Rəhimzadə də bu dairədən ayrılmışdı. Baxdım ki, boş rayonlardan biri Nefçaladır, ora getdim. 4 ildə Nefçalada çox böyük işlər gördüm. Kürün daşan vaxtı 300 metrlik bənd tikdirdik. Nefçalaya su, kəndlərinə yol, 40 km-ə yaxın Şorsulu-Xəzər kənd yolu çəkdirdim. Nefçalalılar demişdi ki, kim bu yolu çəkdirsə, bizim həmişəlik deputatımız olacaq. Bütün şəhid ailələrinə davamlı baş çəkirdik. Amma reklam etmirdim, görünür, mənim köməkçilərim də bunu bacarmırdı. Yardımlar göndərirdik, icra başçıları ailələr öz adlarından təqdim edirdilər.
Neftçalada elə bir şəhid parkı saldım ki, respublikanın heç yerində beləsi yoxdur. Hər halda, Tənzilə xanımın orada seçilməyində mənim Nefçalada gördüyüm işlərin çox ciddi təsiri oldu. Mən düşündüm ki, bu işləri görmüşəmsə, başqa yerə getməkdənsə, orada qalmaq lazımdır. Nefçala insanları məni tanıyırdı, işlərimi görürdü. Sonda bəzi adamlar çıxır ortaya ki, deputat niyə bizim yerlimiz olmasın, kənardan niyə gəlməlidirlər? Bunu təbliğ etmək üçün böyük vəsait xərcləyirlər, arxasında xaricdən müəyyən qurumlar dayanır. Bunların hamısından istifadə etdilər. Amma olanlara baxmayaraq, Tənzilə xanımın yığdığı səs 2 qat artıq idi.

- Siz yalnız Milli Məclisin V və VII çağırışında deputat olmamısınız. Seçkilərdə iştirak etməməyinizin səbəbi nə olub?

- Bəli, V çağırışa da getmədim. Onda da istəyirdim ki, Tənzilə xanım deputat seçilsin. Sumqayıtdan namizədliyini verdi, amma qeydiyyat məsələsində problem yarandı. Onda artıq mən də qərarımı vermişdim ki, seçkiyə getməyəcəm. Bu gün də desələr ki, imkan var, təzədən seçkiyə get, bir yer boşalıb gələ bilərsən, xanımının orada olmağı problem yaratmır və sair, yenə getmərəm. Mən ömrümün Milli Məclis dövrünü yaşadım və peşman da deyiləm. Kompüterimdə Milli Məclisin arxivindən götürdüyüm təxminən 60 epizod var. Heç biri mətbuatda getməyib, amma hər biri xalqı narahat edən məsələlərlə bağlı olub. O dövrü yaşadım, sözümü dedim. Milli Məclis mənim üçün keçilmiş mərhələdir. Düzünü desəm, Vətəndaş Həmrəyliyi Partiyası olmasa, siyasətdən də uzaqlaşmaq istəyərəm. Mən əslində bir partiya adamı deyiləm, mən xalq adamıyam. Özümü hansısa partiyaya aid hesab etmirəm. Görürəm ki, cəmiyyət o partiyada olduğuma görə mənə soyuq yanaşır, bəziləri ona görə yaxınlaşmır, başqa cür düşünürlər. Yaşımın elə vaxtıdır ki, gərək mən partiyalardan da yuxarıda dayanım.

- Tənzilə xanımı yaratdığınız partiyaya rəhbər gətirməyi düşünürsünüzmü?

- Partiya rəhbəri özü yetişir. Bu mənim gördüyüm iş deyil. O, partiyanın sədr müavinidir, bu bəs deyilmi?

- Həyat yoldaşınızın Milli Məclisdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Nefçaladakı fəaliyyəti məndən daha yaxşıdır. Məncə, qısa müddətdə gördüyü işlərdən camaat da razıdır.

- Onu bu baxımdan qısqanırsınızmı?

- Yox. Əksinə sevinirəm.

- Sabir Rüstəmxanlının vəsiyyəti nədir?

- Buna hazırlaşırsınız? (Gülür) Ölümü çağırmaq lazım deyil. Bu yaxınlarda xəstələnəndə yazdığım vəsiyyət var idi. Bu gün də onu yazardım. Heç bilmirəm onu hara qoydum. Mənim atam kənddə yaşamış kişi idi. Nəvəsini çağırmışdı yanına, vəsiyyət etmişdi. Deyirdi ki, vəsiyyət insanı öldürməz, yüngüllükdür, yazıram ki, yüngül olasınız.
“Mənim heç kimə borcum yoxdur, mənə borcu olanlar var ki, ananız bilir. İstər verərlər, istər verməzlər, halal xoşları olsun. Məni yerdən götürəndə kənardan adam çağırmayın, hər şeyi özünüz edin. Mənim ehsanımda ancaq öz çörəyimiz, suyumuz, malımız olsun. Haram qarışmasın ora”, - atam belə vəsiyyət etmişdi. 75 yaşda bir insanın vəsiyyəti belə rahat idi.

Mənim də vəsiyyətim təxminən belə olacaq. Mal bölgüsü problemim yoxdur. Adam var ölür, uşaqları onun pulu üstündə bir-birlərini qırırlar. Məndə belə şey olmaz. Kitablarımı, yarımçıq qalan əsərlərimi kiməsə vəsiyyət etmək ağılsızlıq olardı. Əgər xalq ona sahib çıxacaqsa, çıxacaq. Çıxmayacaqsa, itib getsin. İstəyərəm ki, məzarım doğulduğum kənddə, ata-anamın məzarı ilə yanaşı, sakit, dağların arasında olsun. Kiminsə yadına düşərsə, yada salar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru