Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                 

Qocalar Evində BİABIRÇI MƏNZƏRƏ - İTTİHAM VAR!
Tarix: 7-04-2022, 09:38 | Çap et
Qocalar Evində BİABIRÇI MƏNZƏRƏ
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. Hər il olduğu kimi, bu il də Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatını ziyarət edən hakimiyyət mənsubları, ictimaiyyət nümayəndələri gəlişigözəl sözlər danışacaqlar. Deyəcəklər ki, burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir, yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb. Qeyd edəcəklər ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Əllərində gətirdikləri sovqatları qocalara paylayacaqlar. Sonra da çıxıb gedəcəklər, bu görüşlərin təfərrüatları isə mətbuatda yayılacaq.

Və... konsert elə bununla da bitəcək. “Şahzadə” qonaqlar mürəxxəs olandan dərhal sonra isə qocalar, əlillər “Göyçək Fatmanın ögey anası” ilə - pansionun əzazil direktoru Samirə Mehdiyeva ilə başbaşa qalacaqlar. İllər yorğunu, əldən-ayaqdan, taqətdən düşmüş, bəziləri isə yaxınları tərəfindən atılmış bu insanlar sağlam, cavan və enerjili, amma tamahının, nəfsinin qulu olan, humanizm, insanpərvərlik nə olduğunu bilməyən direktorun terroruna məruz qalmaqda davam edəcəklər. Pensiya kartları əllərindən alınacaq, ərzaq və dərman paylarından kəsiləcək. Direktor ara-sıra əsarətə etirazını bildirən zavallıların səsini müxtəlif çirkinn üsullarla elə yerindəcə boğacaq – kimini intihar həddinə gətirib çıxaracaq, kimini dəlixanaya göndərtdirəcək. Barəsində yazılan tənqidi məqalələrin, edilən şikayətlərin də faydası olmayacaq. Çünki Samirənin “yuxarıda” Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov kimi havadarı var.

Razılaşın ki, kənardan bu vəziyyət olduqca pis, utancverici görünür: Nefti-qazı ilə zəngin, öz gücü ilə müharibəni udan Azərbaycan dövləti beş-on nəfər ahıl vətəndaşının qayğılsına qala, onlara diqqət göstərə bilmir.

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına direktorun pansionda yürütdüyü terror siyasətinə dair yeni məlumatlar daxil olub: “Xanlar dayı bir neçə il nbundan əvvələ qədər cəmiyyətdə hörməti və nüfuzu olan fərasətli bir ağsaqqal kimi tanınırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu – Sumqayıt şəhərində məşhur “Karvan” ticarət mərkəzinin həndəvərində yerləşən restoranın sahibi idi. Sonradan müxtəlif obyektiv və subyektiv səbəblərdən adamın işləri yaxşı getmədi, sonunda müflis oldu. Tale onu ahıl yaşında Qocalar Evinə ürcah elədi. Dövlətin sosial siyasətindən yararlanmağı da bəlkə də pansionun sakinlərinin çoxundan daha artıq dərəcədə haqq etmişdi. Çünki vaxtilə sahibkar kimi dövlətin büdcəsinə orta statistik Azərbaycan vətəndaşından qat-qat çox vergi, sosial sığorta haqqı ödəmişdi. Təsəvvür edin ki, ağlı başında olan belə bir adamı Samirə Mehdiyeva dəlixanaya göndərmişdir. Ondan başqa bu yaxında haqsızlığa məruz qalan Eldar adlı başqa bir ahıl sakinin də aqibəti narkoloji xəstəxanalıq olmuşdur. Zavallının pensiya kartını da Samirə özündə saxlayıb, vermir. Əl-həzər edən Eldar kişinin harayına yetişən yoxdur”.

Məlumatı verən mənbə həmçinin bildirir ki, ömrünün son bir neçə ilini Samirə ilə mübarizədə keçirmiş, amma göndərilmiş olduğu psixiatriya xəstəxanasından öz əzmi, iradəsi və mətbuatın dəstəyi ilə qurtulub yenidən pansiona dönməyi bacarmış, adı sadiq oxucularımıza yaxşı bəlli olan Hüseynağa Nuriyevin də səhhət durumu ağırdır: “Hüseynağa kişinin öd kisəsi, qaraciyəri şişib. Danışırmış ki, Samirə ona yanlış dərman verib, zəhərləməyə çalışıb. Zavallının başı o qədər çəkib ki, direktordan şübhələnməyə özünü tam əsaslı hesab edir. Ona cərrahi əməliyyat olunmağı təklif ediblər. İmtina edib. İnamsızlığını ifadə edərək qorxduğunu deyib: “Siz mənim düşmənimsiz, aparırsız məni öldürməyə””.

Məlumata görə, Samirə Mehdiyeva daha ahıl yaşlıların və daha çox etiraz səsi çıxanların yaşadıqları 5-ci mərtəbənin sakinlərini təmir adı ilə dağıdıb digər mərtəbələrə. Bir sözlə, “parçala və hökm sür” prinsipinə uyğun olaraq onların birliyini, bira araya gəlmək imkanlarını pozub: “Kartlarını da əllərindən alıb. Aylıq pensiya ödənişlərinin vaxtı çatanda bankomatdan çıxartdırıb mənimsəyir. Hərəsinə bir kilo qənd, bir kiçik qutu çay və pampers alıb, qalanını mənimsəyir. Soruşana deyir ki, qocaların pullarını yığıb ehtiyata saxlayır. Adama deyərlər, sənin nə ixtiyarın var axı. Sən bəyəm dövlətdən daha etibarlı qoruyucusan ki? Səndə qalınca, öz pensiya hesablarında qalsa pis olar bəyəm?”

Təqdim olunan informasiyalar arasında Samirəyə nifrəti artıran biri də dünyasını dəyişən pansion sakinlərinin dəfni ilə bağlıdır: “Dövlətin onlara verdiyi 600 manat dəfn pulunu Samirə özünə götürür, məzarlarına qoyulası baş daşlarını isə qranit sexlərindən almır, “otxod” materialdan qurdurur. Dəfnə aid müsəlman ayinləri gözləənilmir, çox vaxt mollaya, mürdəşirə xərc çəkilmir. Bu azlıq edirmiş kimi, Samirə dəfnləri təşkil etmək üçün işçilərindən də köməklik umur”.

Samirə Mehdiyevanın kadr siyasəti də onun terrora, korrupsiyaya əsaslanan idarəçiliyi ilə səsləşir. Belə ki, o, artıq dəfələrlə yazdığımız kimi kollektivin stajlı, özündən əvvəl işləyən üzvlərini kənarlaşdırır, özünə sərf eləyən adamları vəzifəyə gətitir. Qeyd olunur ki, təzə işə götürdüyü şəxslər arasında qoluzorlu kimi xidmət göstərən cavan oğlan da vardır. İşdən çıxardığı adamların isə çoxu elə pansionun yerləşdiyi Bilgəh qəsəbəsində yaşayanlardır. Halbuki, məhz elələrinin vəzifədə qalması daha məqsədəuyğun hesab edilməlidir ki, məsafə baxımından həm davamiyyət intizamına riayət etmək, həm də fors-major hallarda, bayram və istirahət günlərində də rəhbərliyin çağırışına tez özlərini yetirmək imkanına malikdirlər. Əslində isə direktor rəvac verdiyi qanunsuzluqlar barədə məlumatların mətbuata məhz köhnə işçilər tərəfindən sızdırılmasından şübhələnir. Düşünür ki, köhnə komandanı yeniləyib özü bildiyi kimi müti kollektiv formalaşdırsa, “nerdə o səki bayramlar” deyib köhnə xoş günlərin xiffətini çəkən qocalarla tədricən üzülüşsə, öz işləri “yağ kimi” gedər.
//deryaz.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru