Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu – Quzu qurda tapşırılacaq
Tarix: 23-04-2022, 09:58 | Çap et
 Xəbər verdiyimiz kimi, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi polkovnik-leytenantı Şəmsi Mirzəliyev, həmçinin bölmənin Elçin və Şahmar adlı əməliyyatçıları tərəfindən işgəncələrə məruz qalan Ordubad rayon Gilançay kənd sakini İmran Nağıyev bir neçə gün öncə geri qayıdıb. DİA.AZ xəbər verir ki, Ovqat.com-un Naxçıvan MR DİN-dəki mənbələrdən əldə etdiyi məlumata görə, İmran Nağıyev geri qayıtdıqdan sonra Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tərəfindən qəbul edilib. Görüş zamanı İ.Nağıyev ona verilmiş işgəncələr barədə nazir Rəşad İsmayılovu məlumatlandırıb və nazirdən həmin polis əməkdaşlarının cəzalandırılmasını tələb edib. Nazir İ.Nağıyevin bu tələbinin yerinə yetiriləcəyinə söz verib. Qeyd edək ki, Naxçıvandakı polis zülmündən Ermənistan dağlarına çəkilən İmran kişi MR DİN yetkililəri ilə əlaqəyə keçərək, ona işgəncə verən polis əməkdaşlarının cəzalandırılması və özünün toxunulmazlığı şərtilə geri qayıtmışdı. Naxçıvan MR DİN-in kulislərində gedən söhbətlərə görə, rəhbərliyin İmran kişiyə verdiyi sözün elə “Naxçıvanvari” tərzdə yerinə yetirilməsi planlaşdırılır. Belə ki, nazir Rəşad İsmayılovun cəza tədbirində 1-ci Polis Bölməsinin rəisi Şəmsi Mirzəliyevin cəzalandırılması ümumiyyətlə nəzərdə tutulmayıb. Ağır işgəncələrlə İmran kişini cəlai-vətən edən digər polis əməkdaşların isə yaxın günlərdə ya Ordubad RPŞ-yə, ya da Şərur RPİ-yə təyin olunacaqları gözlənilir. Halbuki, Elçin və Şahmar adlı polis əməkdaşları çox böyük intizam pozuntusuna yol vermişdilər və onların polis orqanlarında saxlanılması Muxtar Respublika DİN-in işgəncə metodlarından əl çəkmə istəmədiyindən xəbər verir.
 İmran Nağıyev at üstündə Digər tərəfdən, həmin əməkdaşların Ordubad Rayon Polis İdarəsinə transfer olunması quzunu qurda tapşırmaqdan başqa bir şey deyil. Nədən ki, polis işgəncəsinə məruz qalan İmran kişi Ordubadın Gilançay kəndindəndir və bu təyinatdan sonra faktiki onun taleyi işgəncəçi polislərdən asılı olacaq. İnformasiya mənbəyimiz sözügedən polis əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi məsələsinin uzanmasının səbəbini isə onların hansı vəzifəyə təyin ediləcəklərinə dair dəqiq qərar verilməməsi ilə əlaqələndirib. Bildirildiyinə görə, Naxçıvan rəhbərliyi əslində Muxtar Respublika DİN-in “yazılmamış qanunlarını” icra etdiyi üçün onları cəzalandırmaq istəmir. Sadəcə hadisənin ictimailəşməsi və paytaxtın Muxtar Respublika rəhbərliyini danlaması (ki, Naxçıvanın “yanacağı” danlaqdır) “xanlıq” üsul-idarəsini öz “yazılmamış qaydaları”nın xilafına addım atmağa məcbur edib. Amma həmin polislərin İmran kişidən qisas almaq üçün Ordubada təyinatının media orqanlarında necə reaksiya doğuracağı və paytaxtın yenidən öz danlaq silahını işə salıb-salmayacağı aydın deyil. Odur ki, MR DİN bu təyinata cəza görüntüsü vermək niyyətindədir. Bunun üçün planlaşdırılan ilk addım kimi işgəncəçi polislərin vəzifə yetkilərini əməliyyatçılıqdan sahə inspektorluğuna endirmək nəzərdə tutulub. Digər bir addım isə hadisənin yaddan çıxmasını gözləmək, polisləri Ordubada təyin edilməsi ola bilər. Bu da baş tutmasa, onların Şərur rayonuna sahə inspektoru vəzifəsinə təyin olunacaqları gözlənilir.
MR DİN-dəki mənbələrdən aldığımız digər məlumata görə, polis orqanlarında yenidən Azərbaycan Polis Akademiyasının məzunlarının sıxışdırılma prosesinə start verilib. Məqsəd onların “könüllü” şəkildə işdən çıxmasını təmin etməkdir. Mənbəmiz bu siyasətin məqsədini yaxınlarda tədris ilinin bitməsi ilə əlaqələndirib: “Məlum olduğu kimi, Naxçıvan Polis Məktəbi hər il 30 məzun verir. Olduqca aşağı balla bu məktəbə girən abituriyentlər məzun olduqdan sonra işlə təmin edilməlidirlər. Naxçıvan hakimiyyəti isə bu problemi Azərbaycan Polis Akademiyasını bitirən polislərin onlarla əvəz olunması ilə həll edir. Beləcə, həm paytaxtın “agenti” kimi baxdıqları savadlı kadrlardan xilas olurlar, həm də bütün qanunsuz əmrləri yerinə yetirən yerli kadrlarla öz rejimlərini möhkəmləndirirlər”. Doğrudan da Naxçıvan DİN-də maraqlı hadisələr cərəyan edir. Əgər Naxçıvan Polis Məktəbinin məzunlarına iş yeri yaratmaq lazımdırsa, niyə ciddi intizam pozuntusuna yol verən əməkdaşlar yox, savadlı kadrlar işdən uzaqlaşdırılır? Yəqin ki, bu sual paytaxt Bakını da düşündürəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
|