Şəmkirdə qalmaqal: Minə yaxın obyekt buldozerin ağzına verilə bilər - Köhnə başçıdan qalan problem böyüyür
Tarix: 24-01-2015, 10:57 | Çap et
 Məsələdən xəbəri olmayan oxucularımız üçün bildirək ki, bələdiyyə sədri Müseyib Vəliyev rayonun sabiq rəhbəri Nazim Veysovla birgə müxtəlif qanunsuz işlərə imza atıb ki, bu gün həmin əməllərin ciddi fəsadı özünü açıq şəkildə göstərməkdədir. "Müseyib Vəliyev bu vaxta kimi dəhşətli qanun pozuntularına imza atıb. Belə ki, o Nazim Veysovun rayona rəhbərlik etdiyi vaxtlarda onunla əlbir olaraq yol qırağında 3000-dən çox obyekt yerini satıb. Deyilənə görə, bunun üçün 4 min manatdan yığılıb. Satılan obyekt yerlərinin əsas hissəsi isə Şəmkir-Gədəbəy "kraz" yolunun kənarında yerləşir.
Rayonun icra başçısı dəyişəndən sonra sözügedən ərazidə yerləşən ticarət obyektlərinin gələcək taleyi sual altına düşüb. Çünki icra başçısı Alimpaşa Məmmədov adamlarına köhnə başçının dövründə tikilən obyektlərin sökülməsi barədə tapşırıq verib. Bu xəbəri eşidən sahibkarlar çıxılmaz vəziyyətdə qalıb. Nazim Veysovla Müseyib Vəliyevin pullarını yığan isə bələdiyyə sədrinin tanışı İsrail kişi, həmçinin bələdiyyə rəhbərinin "Fizi" ləqəbi ilə tanınan qardaşı olub. Yığım işini bu iki nəfər həyata keçirib. Ortalıqda gəzən söz-söhbətlərə görə, məsələdən xəbər tutan başçı Alimpaşa Məmmədov Müseyib Vəliyevi yanına çağıraraq ona deyib ki, get qardaşın "Fizi"yə de yığdığı pulları gətirib qaytarsın. Həmin pulların kimə və necə qaytarılacağı isə bilinmir. Deyilənə görə, köhnə icra hakimi və bələdiyyə sədri obyekt tikintisi üçün satdıqları torpaq sahələrinin qarşılığında ümumilikdə 2 milyon manata yaxın qazanc əldə ediblər. Məsələnin ciddiləşməsi isə pul yığımında ittiham olunan İsrail kişi və "Fizi"ni təşvişə salıb. Buna dözə bilməyən İsrail kişinin ürəyi partlayıb ölüb. Dünyasını dəyişən İsrail kişi bir növ məsuliyyətdən canını qurtarmış oldu. İndi yerdə qalıb "Fizi". Alimpaşa Məmmədov Müseyib Vəliyevə həmin pullar gətirib qaytarılmasa, obyektlərin hamısının buldozerin qabağına veriləcəyini bildirib. Bu səbəbdən bələdiyyə sədrinin başı dərddədir". Rayondakı etibarlı mənbələrdən əldə etdiyimiz ən son məlumatlara görə, Müseyib Vəliyev icra başçısı Alimpaşa Məmmədovun göstərişini yerinə yetirmək istəmir. Mənbəmiz vurğulayır ki, bələdiyyə sədri və keçmiş icra hakimi satdıqları yerin müqabilində sahibkarlardan yığdıqları pulları çoxdan xərcləyiblər: "Mənim bildiyim qədərilə Müseyib müəllim yenidən bələdiyyə üzvlüyünə seçilib. Hələ bu azmış kimi, o yenidən bələdiyyə sədri postuna iddia edir. Sədr vəzifəsi uğrunda isə daha bir neçə namizəd mübarizə aparır. Başçı yığılan pulların qaytarılması üçün Müseyib Vəliyevə təxminən 1 aya yaxın vaxt qoymuşdu. Artıq həmin vaxt bitmək üzrədir. Əgər qoyulan vaxta qədər pullar qaytarılmasa, həm onun özünün, həm də bu işdə birbaşa "əməyi" olan qardaşı "Fizi"nin başı ağrıyacaq. Düzdür, yerli özünüidarə orqanları icra hakimiyyətlərinə tabe deyil. Lakin nəzərə alsaq ki, Alimpaşa Məmmədov Şəmkirə yeni icra başçısı təyin edilib, onun yuxarılar qarşısında qaldıracağı məsələlərə biganə münasibət göstərilməyəcək. Bu isə o deməkdir ki, Müseyib Vəliyevin gələcək karyerası ipdən asılıdır. Onun indiyə kimi törətdiyi qanunsuzluqlar araşdırılsa, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıla bilər. Bütün bunlara baxmayaraq, adıçəkilən məmur özündən razı və arxayın hərəkətləri ilə diqqət cəlb edir. Hətta bu yaxınlarda rayonun mərkəzində yerləşən çayxanalardan birində Müseyib Vəliyev icra başçısının arxasınca danışıb. "Mənim də arxamda kimlərsə dayanıb. Heç kimdən qorxmuram, çəkinmirəm. Heç kimə də pul verən deyiləm. Bu iş Nazim müəlllimin vaxtında olub bitib", deyə əsəbiləşib". Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, Müseyib Vəliyev vəzifə səlahiyyətlərini aşaraq Şəmkirin kənd bələdiyyələrinin işinə müdaxilə edir: "O vəzifədə təmsil olunduğu illər ərzində rayonun ayrı-ayrı kəndlərində qanunsuz torpaq satışı həyata keçirib. Bu barədə rayonda dəfələrlə söz-söhbət yayılıb. Keçmiş icra başçısı ilə münasibətləri yaxşı olan bələdiyyə sədri bundan özünə sərf formada istifadə edirdi. İndi də köhnə əməllərindən əl çəkmir. Bu gedişlə Alimpaşa Məmmədov onun bu vaxta kimi törətdiyi qanunazidd işlərin araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcək".DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
|