Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

“Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar” - Əməkdar artist
Tarix: 20-08-2021, 09:47 | Çap et
“Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar”
Əməkdar artist Elza Seyidcahan ədalətsizliklə üzləşdiyini deyir.

Müğənni-bəstəkar Meydan TV-yə açıqlamasında qızı Gülşən Əlisatovaya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz mənimsənildiyini bildirib.

“Anam Seyidcahan Əhmədovanın Əlibəy Hüseynzadə 75 ünvanında tikilisi vardı. Onu da deyim ki, anam oranı “Dekabank”a obyekt girov qoyub, pul götürüb almışdı. Sonra anam orada qutab bişirib, sataraq, borcu bağladı. Əvvəllər oranı kafe kimi işlədirdi. Sonra obyekti sənədləşmə yolu ilə qızım Gülşənə bağışladı. Biz oranı icarəyə vermək qərarına gəldik. Hadisə 2015-ci ildə baş verib. Mən Türkiyədə olanda, İsif Azayev oğlu Faiq Azayevlə birgə anamdan açarı icarə adı ilə alıblar. Qızım mənə zəng etdi ki, ana, bunlar düz-əməlli adama oxşamır. Nənəmdən açarı alıb, obyektə giriblər, çox kobud davranırlar. Mən də Bakıya qayıdan kimi obyektə getdim ki, bu adamlara həmin yeri icarə vermək istəmədiyimizi bildirim və açarları geri alım. Ora çatanda başqa mənzərə ilə rastlaşdım. İcazəmiz olmadan obyektimizdəki əşyaları atıblar, qapı və pəncərələri söküblər. Xəbərdarlıq etmədən orada təmir işlərinə başlayıblar. Söhbət zamanı gördüm ki, bunlar qarşılarındakı adama hörmət etmir, baxmırlar ki, incəsənət adamıdır, sənətkardır. Obyekti boşaltmaq üçün əvvəl bizdən 15-20 min manat təmir pulu tələb edirdilər. Dedim ki, icazəmiz olmadan əşyalarımızı atmısınız, siz də bizə borclusunuz. Sonra təklif etdim ki, obyekti təhvil verin. Buranı icarəyə verib, təmir xərcini qaytaraq. Mübahisə düşdü, anamın, hamilə qızımın halı pisləşdi. Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Uzun sözün qısası, çox mübarizə apardıq, onları obyektdən çıxara bilmədik. Axırda bir dəfə qapının açarlarını dəyişmək istədim. Faiq Azayev gəldi, açarı dəyişən fəhləni təpiklə vurdu, sonra da döyməyə başladı. Mənə də dedi ki, başının gülləsi çatmır. Dəfələrlə polisə müraciət etsək də, gördük ki, bunlara heç nə kar etmir. Sonradan məcburən məhkəməyə müraciət etdim. Məhkəmələr isə düz beş ilə yaxındır ki, bizi süründürür, işləri altını-üstünə çeviriblər. Anam bu obyekti dişi-dırnağı ilə tikib-quranda bu adamlar haradaydı? Obyektimizi mənimsəyiblər, üstəlik, beş ilə yaxındır ayı üç min manata icarəyə veriblər. Faiq Azayevin qardaşı Fərid Azayev həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı idi. Hazırda hər iki qardaş və ataları İsif Azayev həbsdədir. Azayevlər həbsdə olduqları halda 2016-cı ildən mənim obyektimə həbs qoyublar Bu, necə olan işdir? Axı, belə haqsızlıq olmaz”.

2018-ci ildə Faiq və Fərid Azayev qardaşları Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə həbs olunublar. Məhkəmənin qərarı ilə Fərid Azayev 10 il 6 ay, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs olunub. Ona və oğullarına CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə yeni ittiham elan edilib:

“Onların şəriki var, Rüstəm Kərimzadə. Bu adam obyektimizdə təhsil adı ilə çirkin əməllərə əl atmışdı. “Elite Academy” adlı təhsil şirkəti açmışdı. Daha sonra da onlarla adamın pulunu xaricdə təhsil adı ilə mənimsəmişdi. Sonradan o, da həbs olundu. İndi həmin bu Rüstəm Kərimzadə mənə hədə-qorxu gəlir ki, obyekt bizimdir”.

Elza Seyidcahan deyir ki, məsələ ilə bağlı 2020-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Birinci instansiya məhkəməsində hakim Natəvan Tağıyeva qeyri-yaşayış sahəsinin boşaladılaraq, Gülşən Əhmədovaya təhvil verilməsinə dair qətnamə çıxarıb. Lakin qarşı tərəf Nərimanov Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinə müraciət edib:

“Çox təəssüf edirəm ki, belə ədalətsiz qərar çıxarılıb. Məhkəmə - dövlətin, Vətənin, ordunun, xalqın xidmətində olan, Prezidentin sərəncamı ilə Əməkdar artist adını daşıyan sənətçiyə qarşı haqlı qərar vermək əvəzinə, dələduzluğa görə həbs olunanlara haqq qazandırıb. Bununla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Həmçinin Konstitusiya Məhkəməsinə və Baş Prokurorluğa da müraciətlərim olub. Nəsimi Rayon Prokurorluğunda da cinayət işi qaldırılıb. Azayevlər beş ilə yaxındır mənə icarə haqqı ödəməyiblər. Üstəlik, obyektimdən onları çıxara bilmirdim. Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb ki, mən onlara 58 min 797 manat təmir pulu ödədikdən sonra obyekti boşaldacaqlar. İcazəm və razılığım olmadan orada təmir aparılıb, üstəlik, mənə aid mülkiyyətə görə icarə haqqı ödənilməyib. Arif Məlikov, Qara Qarayev məktəbinin davamçısı bəzi hakimlərin ədalətsiz qərarları ucbatından belə əzab-əziyyətə, haqsızlığa məruz qalıb”.

Sənətçi qeyri-yaşayış obyektini hüquqi yolla geri qaytardıqdan sonra orada musiqi kursları açmağı planlaşdırır:

“Bəstəkarlar İttifaqının üzvüyəm, təqaüd almıram. Hətta dövlətdən bir ev də almamışam. Öz obyektimizdə yaradıcılığımı davam etdirmək, xalqıma, dövlətimə xidmət etmək, burada şəhid, qazi övladlarına dərs keçmək istəyirəm. Mənə imkan vermirlər. Artıq neçə aydır ki, piano çalmıram, əllərim qalxmır. Onlar mənim yaradıcılıq ruhumu öldürüblər. Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar. Məhkəmə qərarları təkrar araşdırlısın, bəlkə elə anlaşılmazlıq olub”.

Elza Seyidcahanın vəkili İlhamə Həsənova Meydan TV-yə açıqlamasında bildirib ki, cavabdeh şəxslər Gülşən Əlisatovaya aid qeyri-yaşayış sahəsinə sahibin razılığı olmadan girərək, obyektən istifadəyə başlayıblar. Üstəlik, mülkiyyətçinin icazəsi olmadan orada təmir işləri aparıblar:

“Qarşı tərəf obyekti zəbt edəndən sonra Elza xanımın qızı məkanın boşaldılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Biz həmin müraciətləri də sənəd şəklində məhkəməyə təqdim etmişdik. Nərimanov Rayon Məhkəməsində Natəvan Tağıyeva qətnamə çıxardı ki, doğrudan da, vətəndaşın burada mülkiyyət hüquqları var. Qeyri-yaşayış sahəsi boşaldılaraq, Gülşən Əhmədovaya təhvil verilməlidir. Bakı Apelyasiya Məhkəməsi isə qətnamə çıxardı ki, qarşı tərəfin təmirə çəkdiyi xərc 58 min 797 manat dəyərində ödənildikdən sonra obyekt boşaldılmalıdır. Biz bunu qanunsuz hesab edirik. Birincisi, Gülşən xanımın mülkiyyətində olan həmin məkan təmirli və yaxşı vəziyyətdə idi. İkincisi, Mülki Məcəllənin, qanunvericiliyin də tələbi bundan ibarətdir ki, mülkiyyətçinin razılığı olmadan, kimsə daşınmaz əmlakda təmir işləri aparırsa, onun pulu ödənilmir. Mən də Gülşən xanımın vəkili kimi məhkəmədə bu iddianı qaldırdım ki, bizim mülkiyyətimizdə olan yaşayış sahəsi boşaldılaraq, təhvil verilsin. Məhkəmə bilirdi ki, mülkiyyətçinin razılığı olmadan, sahə zəbt olunub, bununla bağlı polisdə araşdırmalar gedir. Çıxarılan qətnaməni qanunsuz hesab etdiyimiz üçün Ali Məhkəməyə şikayət verdik, lakin təmin olunmadı. Son olaraq, qətnamə çıxarıldı ki, 58 min 797 manat ödənilməlidir.

Belə olan halda biz yenidən məhkəmədə iddia qaldırdıq ki, beş ilə yaxındır həmin sahə qarşı tərəfin istifadəsində olub. Obyekti icarəyə verib, oradan faydalanıblar. Hətta mətbuatda belə bir qalmqallı məsələ də çıxmışdı ki, “Elite Academy”dən tələbələr müraciət edirlər ki, aldadılıblar. Həmin dələduzluq hadisəsi haqqında danışdığımız obyekt sahəsində baş vermişdi. Hazırda qarşı tərəf bu və digər məsələlərlə bağlı məhkum olunub. İddia qaldırdıq ki, bunlar məkandan istifadə edirlər, heç olmasa, Gülşən xanıma dəymiş ziyan ödənilsin. Çünki vətəndaş beş ilə yaxındır ki, əmlakından məhrum olub. Yuxarı instansiya məhkəməsi bu qərarı da ləğv etdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru