
"A+CO" QSC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İntizar Həsənli şirkətdə İnsan Resursları departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Məlumata görə, İ.Həsənli 2024-cü ilin may ayından "A+CO" QSC-də çalışır. O, əvvəlcə şirkətdə İnsan Resursları üzrə aparıcı əməliyyat mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.
Bundan əvvəl, 2021-ci ilin avqustundan 2024-cü ilin mayınadək "A+CO" QSC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışıb.
İntizar Həsənlinin bundan əvvəlki iş təcrübəsi də insan resursları sahəsi ilə bağlı olub. O, 2020-ci ilin iyulundan 2021-ci ilin mayınadək "Polymart" MMC-də İnsan Resursları üzrə mütəxəssis işləyib.
Həsənli əmək fəaliyyətinə isə "Optik Tikinti və Montaj" MMC-də başlayıb. O, 2019-cu ilin iyunundan 2020-ci ilin yanvarınadək burada İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışıb.
Qeyd edək ki, A+CO QSC spirtli içki istehsalçısıdır. Şirkət 1997 – ci ildə nar şirəsi xammalının istehsalı və satışı ilə fəaliyyətə başlayıb. 2006 - cı ildən A+CO MMC adı ilə spirtli məhsulların istehsalına dair lisenziya alıb.























