"İndiki durumda insanların stressdən psixologiyaları pozulub"
Tarix: 20-08-2021, 10:55 | Çap et
 “Məhərrəmlik ayında toya dəvət almamışam. Amma aşuraya qədər toy edənlər var. Vallah toy, düyün bizim işimizdir. Dəvət olanda efirə də çıxıb oxuyuruq. Amma aşura gününü həmişə gözləmişik, sonrakı günlər efirlərdə olmuşuq. Biz sənət adamıyıq, xalqa xidmət edirik”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Xanəndə daha sonra ailələrin boşanma məsələsinə də toxunub və heç kimi qınamaq istəmədiyini bildirib:
“Ailə məsələləri o qədər şaxəlidir ki, bu məsələyə fikrimi bildirməyə çətinlik çəkirəm. Hər ailənin özünə görə problemi olur. Bunun o qədər səbəbləri var ki, nəsə desəm də məni qınaya bilərlər. Ümumiyyətlə, insanların yaşadığı həyat tərzində bir şey məni düşündürür ki, onları qınamaq lazım deyil. Qınayanda nələrsə çox vaxt insanın öz başına gəlir. Hər kəsin öz problemləri var”.
Müğənni qadınlarımızın cəmiyyətdə şiddət görməsi məsələsindən də danışıb və bunun əleyhinə olduğunu deyib:
“Ona görə sosial şəbəkələri izləmirəm. Heç bir səhifəm yoxdur. Səhhətimlə bağlı bundan uzaq dururam. Amma bəzən istər-istəməz izləyici kimi maraqlananda da bunlar mənə çox pis təsir edir. Deyirsən ki, İlahi, bu nə durumdur, filmdirmi ki, baxırsan. Həyatda insanları buna nə məcbur edir? Qınamaq istəmirəm, amma istəmərəm bu hadisələr olsun. Qadını döyməzlər, o incə məxluqdur. Həyat yoldaşım da belə şeylərin əleyhinədir. Bunu onun xarakterində görürəm. Hamının ailəsində söz-söhbəti ola bilər, hamının problemi var. İndiki durumda insanların stressdən psixologiyaları pozulub”.
G.Məmmədova ilk tələbəsi xanəndə Tuqay İsmayılovun ölümündən təəssüfləndiyini bildirib:
“Tuqayın ölüm xəbəri məni çox üzdü. O, mənim ilk tələbəm olub, bu gün ölüm xəbərini eşidib şoka düşmüşəm. Nəriman Mingəçevirli ilə də bir məclisdə idik. Sağlam adam idi, amma o da dünyasını dəyişdi. Tuqay çox şirin, gözəl oxuyurdu. Bir ay öncə məclisdə olduq, ikimiz duet də oxuduq. Yəni o qədər mehriban, şirin uşaqdır ki, dedi “müəllimə, mən sizin ilk tələbəniz olmuşam”. Mənim universitetdə ilk tələbələrim Tuqayla Ruslan olub. Tuqay şirin, təmizqəlbli bir insan idi. Özü kollecdə artıq dərs deyirdi. Otuz dörd yaşı nə idi ki, çox pis oldum. Hər gün bu xəbərləri eşidəndə adama pis təsir edir. Bunlar insanları yorub, əsəblərini korlayıb, ailəyə də bu təsir edir. Kişi pandemiyaya görə qazanıb evə pul gətirməyəndə söz-söhbət yaranır, qadın da evdə çörək istəyir. Bir il yarım bu stressi biz də yaşadıq. Adam istəyir ki, övladını xoşbəxt etsin, etməyəndə ürəyi sıxılır axı”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11 |
|
|
|
| • Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08 |
|
|
|
| • Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36 |
|
|
|
| • Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21 |
|
|
|
| • ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17 |
|
|
|
| • “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16 |
|
|
|
| • Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12 |
|
|
|
| • Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10 |
|
|
|
| • Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07 |
|
|
|
| • Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05 |
|
|
|
| • Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01 |
|
|
|
| • "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55 |
|
|
|
| • Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46 |
|
|
|
| • Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21 |
|
|
|
| • "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15 |
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
|