Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

“Necə olur ki, saatlarla toyların keçirilməsinə icazə verilir, amma...” - ETİRAZ
Tarix: 25-08-2021, 08:26 | Çap et
“Necə olur ki, saatlarla toyların keçirilməsinə icazə verilir, amma...”
Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb. Bu qərara etiraz edən teatr nümayəndələri COVİD pasportu ilə bir çox müəssisələrə giriş bərpa olunduğu halda, teatrlara belə imkan yaradılmamasını qınayıblar və bu barədə xeyli sərt reaksiyalar var.

Məsələn, Xalq artisti Naibə Allahverdiyeva bildirib ki, teatrların açılmaması aktyorlara psixoloji cəhətdən çox pis təsir edib. O qeyd edib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qadağalar aradan qaldırılmalıdır: “Həqiqətən çox istəyirəm ki, bu sahədə də məhdudiyyətlər aradan götürülsün. Necə ki restoranların, şadlıq evlərinin fəaliyyətinə müəyyən say məhdudiyyəti ilə icazə verilir, o cümlədən də bunu teatrlara da tətbiq etmək olar. Müəyyən məsafə gözləməklə, maska ilə vətəndaşlar gəlib tamaşalara baxa bilərlər . Mədəniyyətimiz geri qalmamalı, inkişaf etməlidir.

Bir şey dayanıbsa, ona yenidən başlamaq çox çətin olur. Görün, nə qədər tamaşalarımız var. Onlar hamısı yenidən qurulmalıdır. Hamısı unudulur. Aktyor da idmançı kimidir, bir ay məşq etməsə hər şeyi, daxili plastikasını unudur. Çox istəyirəm ki, teatrlar açılsın. Bunun həsrətindəyəm. Mən bu sənətsiz yaşaya bilmirəm”.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nicat Kazımov isə digər iaşə obyektlərinin, ticarət mərkəzlərinin heç də teatr və kinoteatrdan az təhlükəli olmadığını qeyd edib: “Yəni doğrudanmı xəstəliyi yalnız teatrlar yayır? Nə futbol, nə ticarət mərkəzləri, nə metro teatr qədər təhlükəli deyil? Əslində brifinq keçirənlərin millət üçün teatrın nə qədər lazımlı olmasından xəbərləri yoxdur. Bəsdir bizi səhnədən məhrum etdiniz! Teatrları açın!”

Əməkdar artist Sənubər İsgəndərli isə “Əgər COVİD-19 pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?”, - deyə öz etirazını bildirib.

Tanınmış aktyor Elcan Rəsulov isə mədəniyyət və kinoteatr salonlarının yavaş-yavaş məzara uzandığını qeyd edib:

“Nə qədər inkişaf etdirməyə çalışsalar da, onsuz dünya kinosuna çatmağa hələ çox var idi. Amma son il yarımda demək olar ki, heç o çalışmaq da yoxdur. Öyrətmək olmasın, məsələn, bütün teatr aktyorları vaksin pasportu ilə işə gələ bilər. Elə kinoteatr işçiləri də həmçinin. Hələ teatr və kino salonuna vaksin pasportu olan tamaşaçılar da girə bilər. Baxmayaraq ki, pasportları var, lap bir sıradan bir də əyləşə bilərlər. Stadiondakı kimi... Onsuz da ”mall"a qədər girib restoranda oturan, mağazaya girən adam kinoteatra da girməyə risk edəcək. Beləliklə, yavaş-yavaş bu sahədə çalışan adamlar da öz işinin başına dönəcəklər. Bu isə minlərlə işçi deməkdir. Bu sahə tək aktyorlardan və aktrisalardan ibarət deyil. Adını saymaqla bitməyən saysız iş növləri var. Əziz Operativ Qərargah və onun rəhbər nümayəndələri, bu sahənin ən sonuncu işçisi kimi yazıb sizdən xahiş edirəm ki, bu yazılanları nəzərə alıb, bu sahədə də hansısa yumşalmalara gedilməsi barədə tapşırıqlar verəsiniz".

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən həm teatrlar, həm də kinoteatrlar bağlanıb. Müəyyən zamanlarda ən müxtəlif sahələrin fəaliyyətinə icazə verilsə də, hələlik bu sahənin fəaliyyətinin yenidən hansı vaxtda bərpa olunacağı sual altındadır. Qeyd edək ki, adətən hər il sentyabrın 15-dən etibarən teatrlar yeni mövsüm açılış edirdi. Lakin görünəni budur ki, teatrçılar və tamaşaçıları bilinməyən müddətə qədər yenə də teatr üzünə həsrət qalacaq.

Əlbəttə ki, hər bir tamaşa və ya film toy qədər uzun və qarışıq əhvalda ola bilməz. Cəmi iki -iki saat yarım davam edən kino və teatrlara bu qədər davam edən qadağanın səbəbi nə ola bilər? Aktyorlar vaksinasiya olunubsa, tamaşaçılar da vaksinasiya sənədi ilə içəri buraxılısa, nə olar?

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərarı Operativ Qərargah verə bilər: “Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

Xalq artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı “Yeni Müsavat”a açıqlamasında teatr və kinoteatrların açılması ilə bağlı etiraz edən həmkarlarının fikri ilə razılaşmadığını dedi: “Doğrudur, vaksinləşmə prosesi çoxdan başlayıb, artıq xeyli sayda insan vaksin olunub. Lakin bir neçə incəsənət xadimi tanıyıram ki, vaksinin iki dozasını almasına baxmayaraq, bir müddət sonra virusa yoluxaraq, dünyasını dəyişib. Yəni pandemiya açılmamış sirdir. Vaksin prosesi getsə belə, bəla sovuşmur. Ona görə də hesab etmirəm ki, bu tezliklə kütləvi tədbirlər, kinoteatr və teatrlar açılsın. Bildiyiniz kimi, insanlarımızın israrı ilə az tərkiblə toyların keçirilməsinə icazə verildi, amma müşahidə etdik ki, bundan sonra yoluxmaların sayı xeyli artdı. Buna görə də düşünürəm ki, bir qədər də gözləmək, dözmək daha ağlasığandır. Çünki şəxsən mən özümü riskə ata bilmərəm. Bir neçə gün əvvəl mən də virus keçirdim və gördüm ki, necə bəlalı bir xəstəlik imiş. Bilmirəm də ki, bu xəstəlik canımdan tam çıxıbmı və yaxud gələcəkdə hansı fəsadlar yarada bilər? Beləliklə, bir başa qeyd edirəm ki, bir qədər də gözləmək lazımdır. Bəzən deyirlər ki, teatrların uzun müddət bağlı qalması aktyor və aktrisaların istedadına, yaradıcılığına mənfi təsir edir, onlar aktyorluq plastikasını itirirlər. Məgər istedad 10-15 gündə formalaşır ki, il yarıma sıradan çıxsın?”

Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov isə hələ də kinoteatr və teatrların açılmamasını məntiqsiz hesab etdiyini bildirdi: “Bu qədər dolayı, qarışıq sistem ola bilməz. Hər şeyi planlı surətdə etmək lazımdır. Əgər hansısa sahəyə imkan verilirsə ki, fəaliyyət göstərsin və yaxud güzəştə gedirlər, bunu bütün sahələrə şamil etmək lazımdır. Necə olur ki, saatlarla toyların keçirilməsinə icazə verilir, amma 100 nəfərlik zalları olan teatr və yaxud kinoteatrların fəaliyyətinə icazə verilmir? Beləliklə, nə TƏBİB-in, nə də Operativ Qərargahın siyasətini anlaya bilmirəm. İl yarımdan çoxdur ki, teatrlar fəaliyyət göstərmir. Aktyor və aktrisalar yalnız teatrda yetişir, istedadlar orada üzə çıxır. Bu günə qədər dahi sənətkarlarımız yalnız səhnə vasitəsilə tanınıb, öz istedadlarını orada nümayiş etdiriblər. Bəs indiki nəsil öz yaradıcılığını, istedadını harada göstərsin?”
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru