Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

"Mənə mane olanlar çox olub"
Tarix: 30-08-2021, 08:43 | Çap et
"Mənə mane olanlar çox olub"
Əməkdar artist Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb.

- Hicran xanım, siz daha çox teatr və televiziya tamaşalarındakı obrazlarınızla tanınırsınız. O dövrdə istehsal olunan filmlərdə nədənsə sizi heç görmürük. Elə bir rol olubmu ki, sizi sınayıblar amma çəkməyiblər?

- 1970-1980-ci illərdə kinostudiyanın ən yaxşı vaxtları idi. Çox yaxşı təkliflər alırdıq filmlərə. Bəzən olub ki, hətta məni təbrik ediblər ki, filmə təsdiq olunmusan, amma sonradan çəkməyiblər. Kiçik rollarım olub ki, çəkilmişəm, çox da təriflənmişəm. Cəfər Cabbarlı haqda bir film çəkilirdi, onun əsərlərinin qəhrəmanlarından hər kəs bir obrazı oynayırdı. Mən də oynamışdım və çox bəyənilmişdim. Əynimdəki kostyum rejissoru qane etmədiyinə görə filmdən məni kəsib çıxarmışdılar. Buna oxşar hadisələr çox olub. Mənə mane olanlar da çox olub. Hətta bir dəfə mənə dedilər ki, “Özbəkfilmdən” gəlib, mənim şəklimi görüb deyiblər ki, bu aktrisa bizə lazımdır. Qəsdən nömrəmi verməyiblər. Halbuki kinoaktyor şöbəsində bizim bütün ev, iş nömrələrimiz də, hətta ünvanlarımız da olur. Türkiyədən də iki dəfə təklif almışam, bəzi hadisələrə görə gedə bilməmişəm.

- Səhv etmirəmsə, bir filmin də sınaq çəkilişində atdan yıxılıb, belinizi sındırmısınız.

- Atdan filmdə yox, filmə hazırlıq mərhələsində yıxıldım. Bununla belə sonra filmə də çəkmədilər məni, başqa aktrisanı çəkdilər. O da ümumiyyətlə at minə bilmirdi, atdan qorxurdu. Mən isə atı yaxşı çapırdım. Həmin filmə çəkilməməyimin səbəbi atdan yıxılmağım olmayıb.

- Ümumiyyətlə, sizə bu haqsızlıqları edən insanlarla sonradan münasibətləriniz necə oldu?

- İş ondadır ki, həmin rejissorların heç birinin üzünə vurmadım. Amma mənimlə rastlaşan kimi özləri sözə başlayırdılar. Biri dedi ki, səninlə daha yaxşı alınardı, amma səhv etdim, səhvimi də indi başa düşürəm. Digəri də deyirdi ki, gec-tez mən səni çəkəcəyəm. Bu sözü deyən rejissor isə artıq rəhmətə gedib. Hətta bir rejissor mənə demişdi ki, sən baş qəhrəmanı oynayan aktrisadan da gözəl düşmüşdün deyə səni çəkə bilməzdim. Bu sözü rejissor mənə deyəndə gülümsəyib dedim ki, baş qəhrəmanı ordan-burdan niyə axtarırdınız?! Elə məni çəkərdiniz də.

- O vaxt yəni baş qəhrəmandan gözəl görünən aktrisaları filmdə digər obrazlara çəkmirdilər?

- Yəqin ki, diqqəti özümə çəkirdim. Bəzən elə teatrda da görürsən ki, kiçik rol ilə səhnəyə çıxıb görünməyim çoxlarına pis təsir edir. Demirəm ki, “mən gözələm”! Bu sözü heç vaxt mən demirəm. Yəqin ki, oyun tərzimlə diqqəti cəlb edirəm özümə.

- Yıxılmağınızın fəsadlarını yaşayırsınız?

- Atdan yıxılmağım 80-ci illərdə olub. O vaxtı bir ay xəstəxanada bel fəqərəmdə sınıq olduğuna görə yatdım. Həkimlər deyirdilər ki, sınıq elə yerdədir ki, gibs qoya bilmirik. Bir neçə həkim də dedi ki, yaşlanandan sonra bu özünü hələ göstərəcək. Bu saat mənim belimdə bu ağrı hələ də var.

- Bəzi hallarda bu sizə peşmanlıq yaradır?

- Bəzən həddindən artıq haqsızlıqlarla rastlaşanda onda peşmanlıq yaranır məndə, amma sonradan keçir. Haqsızlıqlar hər zaman var. Bu bizim öz seçdiyimiz taleyimizdir. Bəlkə bizi elə yaşadan da öz sənətimizdir.

- Həqiqətən də Hicran xanım, əvəzsiz sənətkarsınız. Dəfələrlə özüm şahidi olmuşam ki, 2 saat tamaşanı izləyib yorulmuşam, bitməsinə 15 dəqiqə qalmış epizodla səhnəyə çıxmısınız, hamı ayaqüstə alqışlayıb sizi. Demək ki, hər zaman baş qəhrəman oynamaqla deyil.

- Mən hər zaman bu sözü deyirəm. Bəzən deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Bu sözü deyən aktyorlarımızın heç biri nədənsə kiçik rol oynamaq istəmir. Aktyorun böyüyü-kiçiyi var. Böyük rol tamaşa, film boyu istər-istəməz göz qabağında olur və ətrafı oynayır. Amma hünərin var 5-8 dəqiqə içərisində kiçik rolu elə oynayasan ki, yadda qalasan.

- Bunu da hər insan bacarmır axı.

- Elə bacarmayanlardır da adamın yolunu kəsənlər, əl-ayağına dolaşanlar.

- Bir də fikir vermişəm müasir dövrdə böyük rol oynayan sənətkarlar roldan daha çox bər-bəzəyə, geyimlərə üstünlük verirlər.

- Geyimlə istəyirlər özlərini yadda saxlasınlar, amma geyimlə deyil. Bir paltarla da bütöv tamaşanı oynamaq olub, yadda qalıb, alqışlana bilərsən. “Boy çiçəyi” tamaşasında 3-4 yerdə alqışlanıram, cəmi bir kuplet mahnı oxuyuram, özü də səs də yazdırmamışam, canlı şəkildə.

- Hicran xanım, Yuğ teatrının yaradıcılarından, ilk aktrisalarından biri də siz olmusunuz. Amma heç bir dəfə də adınız o teatrda, yaxud o teatrın sənətçiləri sırasında çəkilməyib.

- Çünki orada işləyənlər axı bizimlə çalışmayıblar. Biz “Yuğ” adını alana qədər canımızı qoyub çıxdıq. Allah Vaqif İbrahimoğluna rəhmət etsin! Bizim elə vaxtlarımız olub ki, oradan heç maaş da almamışıq, amma biz çalışıb-vuruşub teatrı yaratmışıq.

- Hətta tamaşa qabağı Fəxrəddin Manafovla bir tryuk zamanı yıxılmısız da.

- Tərəf müqabilim daim Fəxrəddin Manafov idi. “Heydərbabaya saРґam” tamaşasında o Dəli Domrulu oynayırdı, mən də Burla xatunu. Orada mənim salto hərəkətim var idi. Tamaşa qabağı məqşq edirdik. Fəxrəddin geyinirdi, bizim bir əməkdaşımız var idi, dedi ki, neçə il idmanla məşğul olmuşam, sən özünü at, mən səni tutaram. Mən atılanda o məni tutmadı, yıxıldım beynim tərpəndi. Bu hadisə də tamaşadan 5-10 dəqiqə öncə baş verdi. Amma beynim tərpənsə də həmin günü tamaşanı oynadım. Çünki həmin tamaşaya o vaxtı Mərkəzi Komitədən gəlib baxmalı idilər. Ona görə mən canımı fəda etdim. Uzun müddət çox baş ağrılar çəkdim. Yadıma gəlir ki, həmin gecə mən evə güc-bəla ilə gedib çıxmışdım.

- Hicran xanım, hazırda teatr qapalıdır. Bəzi sənətçilər gileylənirlər ki, teatrlar qapalıdır, sənətsiz qalmışıq. Siz necə düşünürsünüz?

- Hərə özünə cavabdehdir! Əlbəttə ki, teatrsız çətindir, amma tələb olunan aktyor-aktrisa istəyir teatrda, istəyirsə televiziyada dəvət alıb işləyəcək.

- Yaxşıya yaxşı deyə bilirik?

- Sizcə?

- Məncə yox!

- Mən həmişə dilimin bəlasına düşmüşəm. Mənim düşmənim belə olsa, o yaxşı oynayırsa hər yerdə tərəfini tutub, deyəcəm ki, yaxşı oynayır, lap gedib təbrik də edəcəyəm. Amma pis pisdir də. Əvvəllər dözüb otururdum, amma indi durub çıxıb gedirəm. Vaxtımı sərf etmək istəmirəm.

- Hicran xanım, çox incik danışırsınız. Bu inciklik həmkarlarınızdandır yoxsa hələ də əziyyət çəkib, haqq etdiyiniz dəyəri görməməyinizə görədir?

- Hər ikisinə görə. Bu suala cavab vermək istəmirəm, hər şey vaxtında gözəldir. Canımı sənətə fəda etdim, elə indi də canımla əlləşirəm.

- Ulu öndər Heydər Əliyevin də çox sevdiyi, dəstəklədiyi sənətkar olmusunuz.

- Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O sənətə, sənətkara böyük qiymət verirdi. Ulu öndərimizin sayəsində mən ağır xəstəliyə qalib gəlib, həyatda qaldım. Ulu öndər iki tamaşama baxmışdı və hər iki tamaşasa da ilk alqışlanan mən olmuşdum. Heç vaxt bunları danışmırdım ki, həmkarlarım inciyər. Artıq deyirəm, hamı çıxır yalan-doğru özünü tərifləyir. Qoy mən də olanı deyim.

- Sizcə vaxtında nəyi düzgün etmədiniz?

- Haqqımı tələb etmədim. Düşündüm ki, mən işimlə məşğulam, özləri görür, gec-tez haqq yerini tapacaq. Gec olsun, güc olsun. Düşünmədim ki... Bizim rəhmətlik truppa müdiri Qüdrət əmi ömrünü teatra həsr etmişdi. Amma nə baş verdi? İşdən çıxartdılar, əmrini verəndən sonra onu teatra buraxmadılar. Halbuki bu insan teatrla nəfəs alırdı. Bundan sonra o rəhmətə getdi. O məni çağırıb demişdi ki, qızım xəbərin var ki, kassadan gəlib sənin adına bilet alırlar? Nə qədər zənglər vururlar ki, Hicran nə vaxt oynayır, ayın neçəsi?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru