"Çəkildiyimiz serialdan 2 aydır pulumuzu ala bilmirik" - QALMAQAL
Tarix: 2-09-2021, 13:12 | Çap et
 “2 ay əvvəl Əminə Babayeva adlı şəxsdən bizə serialda çəkilmək üçün təklif gəldi. Biz də böyük ümid və sevinclə bu işə qol qoyduq. Çünki 2 ildir ki, heç bir yerdə çəkilmirdik. Bütün bu əziyyətlərə baxmayaraq çəkildiyimiz serialdan 2 aydır pulumuzu ala bilmirik. Gözlədi ki, hamı sussun, yaddan çıxsın və heç kim haqqını tələb etməsin. Gördü ki, yox, aktyorların heç biri susmur. İyun ayının sonundan çəkilişlərdəyik, iyul və avqust ayını çəkilişlərdə olmuşuq, bir qara qəpiyin yiyəsi deyilik. Öncə dedi ki, serialın adı “Anlaşma” olacaq, daha sonra dedi ki, həmin adda serial olduğuna görə adını dəyişib “Sözləşmə” edəcəyik. Murad İsmayıl və Ülviyyə Xəlilbəyli baş rollardadır, mən isə ana obrazındayam. Hamımız gecə-gündüz sərasər çəkilişlərdə olmuşuq, qan-tərə batıb istidə güc-bəla ilə çəkilmişik, indi rejissor nə bizim, nə ev yiyəsinin pulunu verir, nə də texnikaların”. Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktrisası Xatirə Süleymanova deyib. Sənətçi daha sonra əlavə edib ki, Əminə Babayeva adlı şəxs onların pulunu verməmək üçün min bir bəhanə gətirib. “Danışdığı yalanlardan, fırıldaqlardan artıq bezib-usanmışıq. Qadın olasan, bu qədər yalan danışasan? Dediyinə görə 6 seriyanı Atv kanalına satıb, bizə çek yollayıb ki, baxın balansımda 15 min manat pul var. Deyir ki, sentyabrın 13-də ilk efir günüdür. Təbii ki, biz onun bu yalanına inanmadıq, hətta ondan tələb etdik ki, göstər sənədləri, müqavilələri bizə, amma göstərmədi. Deyirəm ay kişinin qızı, Atv rəhbərliyi hamısı məzuniyyətdədir, nə vaxt səni qəbul etdi? Sonra dedi ki, mən bu 15 min manatı 5 min, 5 min 3 nəfərin kartına atmalıyam ki, dövlət məndən nə vergi, nə də sosiala pul çıxsın. İndi də deyir ki, pulu çıxara bilmirəm, Beynəlxalq bank pulumu vermir, Yapı Kredi Bank pulu vermir. İndi də atıb bankların üstünə. Dedik ki, Beynəlxalq bankın hansı şöbəsindəsən, de gələk ora. Söhbəti fırlatdı ki, serialda çəkilən aktyorun kartına vurmuşam pulu. Həmin aktyor da and-aman etdi ki, vallah mənim kartıma pul köçürülməyib. Daha sonra yenə dedi ki, bankdan pulu çıxaranda kimsə məni itələyib, əlimdən pulu alaraq qaçıb. Guya bu polisdədir, 28-ci polis bölməsində. Hətta dedi ki, polisin adı Amin Nəciblidir. Uşaqlar zəng edirlər həmin şəxs götürür, deyir ki, Əminə xanım həqiqətən o məsələ ilə bağlı buradadır. Bir sözlə Əminə bizim başımıza itin oyununu açır, polisin, telekanalın adından istifadə edir. Onun bizim başımıza açdığı bu oyun əsl serial ssenarisidir. 15 min manatı qoyub cibinə, özü də yoxa çıxıb. Dünən də birinə deyib ki, Xırdalanın kruqunda gözlə, birinə deyib ki, Yasamalda, digərinə də deyib ki, Varovskidə gözlə pulu gətirib gəlirəm. Səhər saat 11-dən gecə saat 11-12-yə qədər hamını küçələrdə süründürüb. Gecə saat 2-də xəbər gəlib ki, guya bunu kimsə tutub döyüb, pulunu əlindən alıb. Anası da deyir ki, Əminə evdən qızılları da götürüb, qaçıb, sonra dedi ki, “Respublikanski”-də yatır. Deyirdi ki, məndən pul istəməyin, nə edəcəksiz, öldürəcəksiz məni? Kim məndən pul istəsə özümü öldürüb, siyahı yazıb qoyacağam ki, bu insanlar məndən pul istəyirdi deyə özümü öldürdüm. Serialın birinci günündən də deyirdi ki, iş alınmasa özümü öldürəcəm. Deyirdik ki, yekə qızsan, biz bura gəlməmişik ki, kimsə özünü öldürsün, bu nə danışıqdır? Biz heç nə yox, öz haqqımızı, əziyyətimizin bəhrəsini istəyirik. Bir də istərdik ki, bu məsələ araşdırılsın, çünki kifayət qədər nüfuzlu şirkət və qurumların adından istifadə edir”, - deyə aktrisa bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11 |
|
|
|
| • Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08 |
|
|
|
| • Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36 |
|
|
|
| • Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21 |
|
|
|
| • ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17 |
|
|
|
| • “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16 |
|
|
|
| • Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12 |
|
|
|
| • Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10 |
|
|
|
| • Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07 |
|
|
|
| • Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05 |
|
|
|
| • Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01 |
|
|
|
| • "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55 |
|
|
|
| • Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46 |
|
|
|
| • Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21 |
|
|
|
| • "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15 |
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
|