Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                 

Mikoyanın Qəhrəman seçimi və ya babasının teleqramına diqqət - VİDEO
Tarix: 6-09-2021, 11:39 | Çap et
Mikoyanın Qəhrəman seçimi və ya babasının teleqramına diqqət
Sentyabrın 3-də Rusiyanın “Birinci Kanal”ının efirində “Qolos 60+” şousunun dördüncü mövsümü başladı. Bu şouda ilk dəqiqələrdən öz mahnıları ilə münsif üzvü, məşhur bəstəkar, kinorejissor və prodüser Stas Naminin diqqətini çəkən, 73 yaşlı bakılı Tünzalə Qəhrəman iştirak edir.

"Məni sizin şən, pozitiv bir qadın olmağınız cəlb etdi. Məni sizin hansı notlarda oxumağınız narahat etmirdi. Əsas məsələ not yox, oxuduğunuz mahnıdan zövq almaqdır ki, bu da sizdə var. Siz oxuduğunuzdan zövq alırdınız və bu da çox simpatik görünürdü", - deyə öz seçimini şərh edərkən Namin bildirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, 1969-cu il “Bakı Payızı” müsabiqəsinin qalibi Tünzalə Qəhrəman ilk dinləmələrdən sonra kanala verdiyi müsahibədə “Qolos 60+” (Səs 60+) şousunda iştirak etmək niyyətini qohumlarına bildirmədiyini və onların necə reaksiya verəcəyini bilmədiyini söylədi. Layihəni qazanmaqda qərarlı olduğunu da dilə gətirdi.
Qeyd edək ki, Tünzalə Qəhrəman “Autumn Leaves” mahnısını ifa edib. Mahnının orjinal versiyası (Les feuilles mortes) macar bəstəkarı Josef Kosma tərəfindən Jak Preverin sözlərinə bəstələnib. Musiqisi Roland Petitin 1945-ci il “Randevu” filmindən götürülüb. Yv Montan bu mahnını "Gecənin qapısı" filmində oxuyub.

Mahnı bir növ caz standartına çevrildi, Frenk Sinatra, Edit Piaf, Serj Gensbur, Maylz Devis, Cerri Lee Lyuis, Patrisia Kaas, Bob Dilan kimi bir çox musiqiçilər tərəfindən səsləndirildi.

Azərbaycandan olanlar da daxil olmaqla "Səs 60+" layihəsinin tamaşaçıları Tünzaləyə azarkeşlik edə və əla vokal qabiliyyətinə malik olduğu üçün şounun qalibi olacağına ümid edə bilərlər. Həm də ümid edək ki, Naminin komandasında iştirak etməsi onun üçün heç bir mənfi nəticəyə çevrilməyəcək və qərəzlə üzləşməyəcək.

Fakt budur ki, Naminin əsl adı Anastas Mikoyandır. 1923-1976-cı illərdə SSRİ-də tanınmış siyasi xadim olan ata babası Anastas İvanoviç Mikoyanın (1895-1978) adını tam olaraq ona veriblər.

44 günlük Vətən müharibəmiz zamanı Namin özü Ermənistanın "Haykakan Jamanak" qəzetinə verdiyi müsahibədə Ermənistana və Qarabağ separatçılarına dəstəyini açıq şəkildə ifadə etmişdi. Demişdi ki, hərbi əməliyyatı dayandırmağın yeganə yolu Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış kvazi-dövlətin "müstəqilliyinin" tanınmasıdır.

"Çoxları başa düşür ki, bu, Ermənistanla Azərbaycan arasındakı qarşıdurma deyil, Artsaxdakı mülki şəxslərə xəyanətkar bir hücumdur və onların uzun müddətdir yaşadıqları əraziləri ələ keçirmək məqsədi daşıyır", - o, müsahibəsində demişdi.

Bundan əlavə, Namin “Facebook” səhifəsində Qarabağın Ermənistan ərazisi olduğuna dair "arqumentləri" də göstərib. Aralarında dostları olan azərbaycanlılara qarşı bəzi reveranslar edən Namin, buna baxmayaraq, qarşıdurmanın mahiyyətini təhrif edərək, Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqda Azərbaycan hakimiyyətini günahlandırır. O, 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan zorla qovulmasını, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin qırılmasını, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğalını qeyd etmir. Və Azərbaycan əleyhinə təbliğat üçün yaradılmış feyk nəşrə - “Free Azerbaijan”a istinad edir, guya Azərbaycan müxalifəti adından yayılmış dezinformasiyanı həqiqət kimi təqdim edir.

Qəribədir ki, Qarabağın kimə məxsusluğu barədə Stas Naminin səsələndirdiyi bütün "arqumentlər" arasında onun 22 may 1919-cu ildə babası və tam adaşı Anastas Mikoyanın Vladimir Leninə göndərdiyi teleqramı göstərmir. Bu teleqramda Mikoyan Qarabağın hər zaman Azərbaycanın bir hissəsi olduğunu və hətta bölgənin o vaxtkı erməni əhalisinin bu reallığı tanıdığını qeyd edir.

“Ermənistan hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Amma qarabağlılar üçün bu, Bakıda həyat mənbəyini itirmək və heç vaxt heç bir şeylə əlaqəsi olmadığı Yerevanla əlaqə yaratmaq demək olardı. V qurultayda erməni kəndliləri Sovet Azərbaycanı tanımaq və ona bağlı qalmaq qərarına gəldilər”, - deyə sözügedən teleqramda bildirilir.

Tünzalə Qəhrəmanı seçərək, Stas Namin qərəzdən uzaq olduğunu, lakin onilliklər boyu bütün erməni nəsillərinin zehnini zəhərləyən erməni təbliğatının zəhərindən tam azad olmadığını göstərdi. Ermənilərin beyinləri bu zəhərin nəticələrindən nə qədər tez təmizlənsələr, Azərbaycan və Ermənistan xalqları arasında bir o qədər tez sülh və əmin-amanlıq hökm sürəcək. Bunu Naminin babası teleqramında göstərib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru