Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Əslində özləri adımı yazıb fəxri ad üçün, mükafat üçün göndərməli idilər"
Tarix: 23-09-2021, 08:51 | Çap et
"Əslində özləri adımı yazıb fəxri ad üçün, mükafat üçün göndərməli idilər"
Bu gün tanınmış sənətkar, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Məsumə Babayevanın 70 illik yubileyidir. Sənətkar doğum günündə Moderator.az-ın suallarını cavablandırıb.

- Məsumə xanım, öncə sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. O illərdə teatrda yubiley doğum günləriniz təntənəli şəkildə qeyd olunub. Sonuncu dəfə nə vaxt doğum gününüz teatrda keçirilib?

- Xeyr, son illərdə xüsusi tamaşa ilə doğum günüm qeyd olunmayıb. Sonuncu dəfə 50 illik yubileyimi keçirmişəm, daha sonra isə heç bir doğum günümü qeyd etmədim. Çünki ailəmin başına böyük bir hadisə gəldi, nəvəm qəzada dünyasını dəyişdi. O hadisədən sonra mənə heç nə maraqlı deyildi. 65 illik yubileyimdə teatrın o vaxtkı direktoru mənə dedi ki, sən artıq yubandın. Əslində özləri adımı yazıb fəxri ad üçün, mükafat üçün göndərməli idilər. Başqa sənətçilər fəxri adlar da, mükafatlar da aldılar, amma mənə çatanda dedilər ki, gecikmisən!

- Siz həqiqətən də teatrın ağır günlərində repertuar yükünü çiyinlərinizdə daşımısınız. Nə vaxtsa teatrdan belə bir münasibət gözləyirdiniz?

- Bütün repertuar çiynimdə idi. Həm uşaq, həm oğlan, həm ana, həm də cavan qız rolları oynamışam. O dövrdə rollar başımdan daşırdı, bu tamaşadan çıxıb o birinə gedirdim. Sonralar 10 il teatr bağlı oldu, orda-burda işlədik, qastrollara getdik. Amma buna baxmayaraq, teatrı yaşatdıq. 1978-ci ildə adım fəxri ad üçün siyahıya gedəndə hamısı mənə mane oldu. Teatrda tanınmış aktyorların fəxri adı yox idi, məni gözümçıxdıya saldılar ki, 4-5 ildir işləyirsən, fəxri ad istəyirsən?! Amma daha sonra onlar fəxri ad aldılar, mən elə yerimdə saydım! Onu da deyim ki, mən həm də Akademik Milli Dram Teatrında çalışmışam. Bu sənət ocağında Leyla Bədirbəyli, Hökümə Qurbanova kimi sənətkarlarla tərəf müqabili olmuşam. Hər zaman teatrın o vaxtkı direktoru Əliheydər Ələkbərova rəhmət oxuyuram, çünki o məni bir aktrisa kimi teatra götürüb.

- Səhv etmirəmsə, o vaxt teatrınızın binasının təmirə bağlanması da sizin ulu öndər Heydər Əliyevlə görüşünüzdən sonra baş tutub. İstərdim bu dialoqun tarixçəsini bizimlə bölüşəsiniz.

- Mən 1978-ci ildə partiya üzvü idim, bizi seçkiyə qatılmaq üçün aktyorlar evinə çağırmışdılar. Ulu öndər Heydər Əliyev də orada idi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının bünövrəsi qoyulmasına baxmayaraq, iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır? Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm. O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu.

- Hal-hazırda teatrda müqavilə ilə çalışırsınız. Sizcə, teatrda işləyən aktyora yaş həddi qoymaq doğrudur?

- Mən o teatra illərimi qoymuşam, gəncliyimi həsr etmişəm. İndi öz doğma teatrıma tamaşa olandan-olana gedirəm. İki ilə yaxın bir müddətdir ki, pandemiyaya görə sənət ocaqları işləmir, teatrlar fəaliyyətsiz qalıb. Əlbəttə ki, sənətkarın yaşı olmur. Teatra yaşlı aktyor da, cavan da lazımdır. Yaş həddi ilə bağlı mən hal-hazırda müqavilə ilə çalışıram. Teatrdan məni müqaviləyə keçirəndə insult keçirdim. Zorla, mənə güc gəldilər ki, ərizəni mütləq yazmalısan! Həkim deyir ki, özünü 3-cü insultdan qoru!

- Sənətə görə sağlamlığınızdan belə keçdiniz. Buna dəyərdi?

- Bəli, vallah dəyər! Bilirsiniz niyə?! Çünki bu mənim sevdiyim sənətdir! Sevdiyin sənətlə yaşayırsan, sevdiyin sənətlə məşğul olursan! Yenidən doğulsaydım, yenə də aktrisa olardım, o çətinliklərdən keçərdim. Çətinlikləri keçmək, onlara sinə gərmək özü bir qəhrəmanlıqdır. Onsuz da həyat hamar, asfalt yol deyil ki... Biz yaşamışıq, yollarımız daşlı-kəsəkli olub. Gəlib çıxmışıq bu günə, indi asfalt görürük.

- Məsumə xanım, siz həm də Azərbaycanda maşın sürən 3 məşhur qadından birisiniz. İstərdim bu haqda da danışaq.

- Bəli, o vaxt Flora Kərimova, Əminə Yusifqızı və mən maşın sürürdüm. Maşın sürməyi özüm öyrənmişdim, həyat yoldaşım da mənə dəstək idi. Maşın əlimdən çox tuturdu, uşaqları dərsə aparıb-gətirirdim, daha sonra teatra gedirdim. Təbii ki, o vaxt yollarda qadın sürücülərə rast gəlmək mümkün deyildi. Məni görəndə təəccüblənirdilər, hətta yarışanlar da olurdu. Polislər bir-birlərinə xəbər edirdilər ki, xanım sürücü gəlir. Bir də görürdüm ki, polis saxlayır məni. Məqsədləri də məni daha yaxından tanımaq idi. Çünki onlara da qəribə gəlirdi ki, xanım necə maşın sürə bilər? 45 il sükan arxasında olmuşam, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram.

- Həyatda başınıza çox hadisələr, faciələr gəlib. Həyatınızı yazmaq sizin əlinizdə olsaydı...

- Fələyin yazdığını mən poza bilsəydim həmən, onu arzumla, muradımla yazardım təzədən. Yazardım! Amma çətin ki, Allaha qarşı çıxmaq olmur. Hər kəsin bir alın yazısı var. Bu yolu hər bir kəs keçməlidir. Ömür insana nə üçün verilib? Həyatda xoşbəxt anlar, dəqiqələr var. Tamamilə xoşbəxt olmamışam. Yaşadıqlarımı, başıma gələn hadisələri heç kimə arzulamıram. Heç nə yaddan çıxmır, sadəcə yaşayıram da. Bəzən oturub həyatda başıma gələnləri fikirləşirəm, yaram yenidən qanayır.

- Ən böyük arzunuz, istəyiniz nədir?

- O vaxt böyük arzularım var idi, amma zamanında heç biri həyata keçmədi. İndi isə heç nə arzulamıram. Çünki bu gündən sabaha ümid yoxdur. Ən böyük arzum yalnız ailəmlə - tək qızım, nəvəm və qızımın ailəsi ilə bağlıdır. Evin içində çətinliklə gəzirəm, çəkilişlərə də gedə bilmirəm. Özümə can sağlığı arzulayıram ki, nəvəmin xoş günlərini görə bilim.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru