"Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm"
Tarix: 27-09-2021, 08:41 | Çap et
 “Hər bir Azərbaycan vətəndaşı kimi, 30 il doğma torpağı, evi işğal altında qalan, əzizlərini Şuşa həsrəti ilə itirən bir insan kimi mən də ötən il 27 sentyabrdan qələbə gününə qədər bütün dualarımı əsgərlərimizdən, dövlətimizdən əsirgəmədim. İstər sosial şəbəkələrdə paylaşımlarımla, istərsə də sənətimlə daim müzəffər və şanlı ordumuzun, qəhrəman döyüşçülərimizin yanında olmağa çalışdım. Hamı kimi əlimdən nə gəlirdisə etdim. Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm, buna Allah şahiddir” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. Sənətkar daha sonra əlavə edib.
“Artıq şanlı qələbəmizdən, müharibənin başladığı gündən 1 il ötür. Mən Şuşaya, Cıdır düzünə ayaq basanda əyilib torpağı öpdüm. Çünki orada qazilərimizin, şəhidlərimizin, döyüşçülərimizin ayaq izləri var idi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Allah Ali Baş Komandanımızı, müzəffər ordumuzu qorusun! Onlar bizə böyük sevinc yaşatdılar. O şanlı tarixi biz canlı yaşadıq. Heç vaxt ağlıma gəlməzdi ki, Şuşa işğaldan azad olunacaq, ümidimi üzmüşdüm. Düşmənin Cıdır düzündəki rəqsini gördüyüm gün yaram yenidən qanadı, Şuşa həsrətini, yanğısını bir daha yaşadım. Bu görüntülər mənə o qədər pis təsir etmişdi ki. İndi fikirləşirəm ki, bu sadə bir vətəndaş kimi mənə təsir edibsə, gör prezidentimizə necə təsir bağışlayıb? Şükür bu günümüzə! Şəhid ailələrinin-anaların, ataların, bacıların, qardaşların, övladların, həyat yoldaşlarının qarşısında baş əyirəm. Hər şeyimizi biz onlara borcluyuq! Şəhidlik hər insana, şəhid valideyni olmaq hər ana-ataya nəsib olmur. Bu böyük bir zirvədir” deyə xalq artisti bildirib. Sevilən sənətkar teatrların açılması xəbərini böyük sevinclə qarşıladığını bildirib.
“Teatrların açılacağı xəbəri bütün həmkarlarım kimi məni də çox sevindirdi. Çünki iki ilə yaxındır ki, biz teatra-ikinci evimizə həsrət qalmışıq. Yəqin ki, məsafə qorunmaqla teatrda fəaliyyətimizə başlayacağıq. Bizdən nə tələb etsələr ona riayyət edəcəyik. 30 ilə yaxındır ki, biz mövsümü “Qarabağnamə” tamaşası ilə açıb, bu tamaşa ilə bağlayırıq. Mən də həyəcanla gözləyirəm teatrın açılacağı günü. Həmişə bu tamaşanı başqa bir ab-havada oynamışam. Təkcə aprel döyüşləri günü balamın ölən yerində o tamaşanı elə oynadım ki, hamı dedi ki, bu nə idi, sən heç vaxt belə etməmişdin?! Dedim ki, bilmirəm, içimdən gəldi. Bu hissi mən səhnədə yaşadım. İndi bilmirəm necə olacaq. Yəqin ki, bundan 2 qat artıq güclə oynayacağam həmin tamaşanı. Allah vətənimizi, əmin-amanlığımızı, sərhəd bütövlüyümüzü qorusun” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03 |
|
|
|
|