Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Türkiyə seriallarının Azərbaycan dilində dublyajına nə ehtiyac var? - ÇAĞIRIŞ
Tarix: 28-10-2021, 08:13 | Çap et
Türkiyə seriallarının Azərbaycan dilində dublyajına nə ehtiyac var?
Artıq bir müddətdir ki, bir neçə məşhur Türkiyə serialı Azərbaycan televiziyalarında dublyaj edilmiş şəkildə verilir. Məsələn, AzTV bir müddətdir ki, “Diriliş Ərtoğrul” serialının ardınca “Quruluş Osman” serialını dublyajla tamaşaçılara təqdim edir.

Xatırladaq ki, serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı Birinci Osmanın (Osman Qazi) həyatını əks etdirir. Bir seriya 120 dəqiqədir.

Əlbəttə ki, Türkiyə seriallarının Azərbaycan televiziyalarında da yayımlanması çox təqdirəlayiqdir. Lakin serialların dublyaj edilərək təqdim edilməsi cəmiyyətdə narazılıqla qarşılanır. Xüsusən də son vaxtlarda Azərbaycanla Türkiyə arasında münasibətlərin bir millət-bir dövlət səviyyəsində olduğu bir zamanda türk serialların yenə də dublyajla verilməsi sərt tənqid olunur. Bildirilir ki, Türkiyə türkcəsinin ölkəmizdə dublyajına ehtiyac yoxdur. Ən əsası isə bu cür seriallar dublyajla təqdim olunduqda onun orijinal intonasiyası, effekti aşağı düşür.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan telekanallarında əcnəbi serialların yayınına qadağa qoyulmuşdu. Bu qadağa yalnız ötən il sentyabrın 1-dən ləğv edilib. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunmuşdu. Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna bilər.

Bəs eyni dildə olan Türkiyə seriallarının Azərbaycan dilinə dublyaj olunmasına ehtiyac varmı?

Mövzu ilə bağlı teletənqiçdi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Bu məsələ dəfələrlə gündəmə çıxıb, mətbuatda müzakirələr olunub, müxtəlif yanaşmalar var. Lap əvvəldən mənim bu məsələyə yanaşmam belə olub ki, Türkiyə seriallarının dublyaj olunmasının heç bir mənası yoxdur. Təkcə mənası deyil, eləcə də effekti yoxdur.

Başqa dillərdən fərqli olaraq biz Türkiyə türkcəsini yaxşı duyuruq, onun intonasiyasını doğma intonasiyamız kimi qəbul edir, sözlərin əksəriyyətini başa düşürük, həmçinin aktyorları tanıyırıq, sənət adamları ilə təmaslarımız var və sairə. Ona görə də Türkiyə serialı, türk dili mahiyyət etibarı ilə eyni kökdən olduğumuza görə Azərbaycan dilinə, Azərbaycan tamaşaçısına çox yaxındır. Ona görə də türk serialını dublyaj etmək özünü doğrultmur.

Xatırlayırsınızsa, vaxtilə Xəzər TV-də belə bir eksperiment aparıldı - Kamal Sunalın oynadığı filmlərdə bütün obrazlar dublyaj olunurdu, bir tək Şaban obrazı orijinalda qalırdı və bunun da özü tamamilə fərqli bir atmosfer yaradırdı.

Əlbəttə ki, dil haqqında qanun da var. Ona görə də düşünürəm ki, indiki situasiyada Türkiyə serialında səsləri olduğu kimi saxlayıb, türk dilinin incəliyini tam başa düşməyən tamaşaçılar üçün subtitrlə dublyajı vermək olar. Bununla da biz ümumi türk dilinin atmosferini verə bilirik, ikincisi, “Dil haqqında” Qanuna əməl etmiş oluruq, üçüncüsü isə tamaşaçıya və türk dilinə lazım olduğu dəyəri veririk. Ona görə də televiziyalar bu barədə ciddi düşünməlidir".

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə qeyd etdi ki, Türkiyə seriallarının dublyajla verilməsi yolverilməzdir:

“Neçə illərdir ki, bu haqda deyirik. Bundan böyük ayıb olmaz. Türkiyə türkcəsini Azərbaycanda bilməyən yoxdur. Axı bu bizim dildir, biz bir millət, bir dövlətik. Bizim türkcələrimiz Özbəkistanın, Qırğızıstanın türkcəsinə bənzəməz, eynidir.

Bu baxımdan Türkiyə seriallarının dublyajına baxanda çox xəcalət çəkirəm. Vəzifədə olan bəzi türk düşmənləri var idi, hansı ki, türkün dilinə nifrət edirdilər, məhz onlar belə bir qayda-qanun yaratdılar ki, türk dilində olan seriallar da dublyaj edilsin. Artıq bu məsələni yığışdırmaq lazımdır. Bu gün Qarabağda çox böyük tarixi hadisə yaşandı. Türkiyə mətbuatı bütün günü ancaq Azərbaycan, Qarabağ, Füzuli hava limanı haqda informasiyalar verdi. İki ölkə rəhbəri birlikdə yürüyüb, birlikdə möhtəşəm bəyanatlar verdilər. İllərlə xəyal etdiyimiz bu günləri gördüyümüzə görə çox xoşbəxtik. Çox şükür ki, övladlarımız Qarabağın işğaldan azad olunmasını bizimlə yaşadılar, gördülər və həmin Qarabağda indi Türkiyə-Azərbaycan çiyin-çiyinə o torpaqları abadlaşdırır, cənnətə çevirmək üçün böyük layihələrə imza atılır. Onda belə çıxır ki, Rəcəb Tayyib Ərdoğan danışanda yanında tərcüməçi olmalıdır ki, dediklərini Azərbaycan dilinə çevirsin? Belə bir anormal bir şeyi təsəvvür etmək olarmı? Eynilə Türkiyə serialları da bu cürdür.

Beləliklə, televiziyalardan dərhal həmin dublyajları yığışdırmaq lazımdır. Ayıbdır. Buna başqa ad verə bilmirəm".

Rejissor-prodüser Fehruz Şamıyev isə bildirdi ki, Türkiyə seriallarının Azərbaycan dilində səsləndirilməsinə səbəb Teleradio Şurasının vaxtilə verilmiş qərarı ilə bağlıdır:

“Hazırda ölkəmizdə Türkiyə istehsalı olan film və serialların hamısı Azərbaycan dilində nümayiş olunur. Düşünürəm ki, bu məsələ müəyyən qədər mübahisəlidir, çünki hələlik ortaq türk dili məsələsi də həll olunmayıb. Bu baxımdan da müstəqil Azərbaycan Respublikasında nümayiş olunan məhsulların hər biri Azərbaycan türkcəsində nümayiş olunmalıdır”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru