Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Biz ər-arvad obrazlarını oynayırdıq"
Tarix: 30-10-2021, 09:57 | Çap et
"Biz ər-arvad obrazlarını oynayırdıq"
Dünən xalq artisti, sevilən sənətkar Ağaxan Salmanlının 80 yaşı tamam oldu. Ötən il itirdiyimiz aktyora çox təəssüf ki, yubileyini qeyd etmək nəsib olmadı. Sənətkarın sənət dostları, Gənc Tamaşaçılar Teatrının aktrisaları Zemfira Əbdülsəmədova və Simuzər Ağakişiyeva doğum günündə aktyoru xatırlayıblar.

Aktrisa Zemfira Əbdülsəmədova Moderator.az-a açıqlamasında Ağaxan Salmanlının əvəzsiz tərəf müqabili olduğunu deyir.

“Ağaxan müəllim teatr üçün yanan bir sənətkar idi, teatrı çox sevirdi, onunla nəfəs alırdı. Teatr haqda kimsə ona mənfi bir söz söyləsəydi acığı gələrdi, o dərəcədə teatrı qoruyurdu. Rejissor kimi bir əsər götürdü işləməyə və orada da mənə əsas rollardan birini verdi. Biz ər-arvad obrazlarını oynayırdıq. Digər rollarda da rəhmətlik Almaz Mustafayeva, xalq artisti Yasin Qarayev və Elnur Hüseynov oynayırdı. Biz bu tamaşanı hazırlayıb, bir neçə dəfə oynadıq. Mənə deyirdi ki, sənin potensialın var, tamaşalarda oyna. Dedim ki, sizinlə səhnəyə çıxmaq, eyni səhnəni bölüşmək mənə şərəfdir. Mən çox xoşbəxtəm ki, elə bir insanla, sənətkarla işləmişəm, tərəf müqabili olmuşam. O qədər saf, təmiz, təmənnasız insan idi ki. Adam onunla danışanda çox yaxşı olurdu, gözəl bir aurası var idi, onun yanından getmək istəmirdik, istəyirdik elə söhbət edək, danışaq. Çünki təmiz ruhlu adam idi. Bir az da əsəbi idi, bəlkə də çox tez getməyinə səbəb elə əsəbiliyi oldu. Tez əsəbləşib, özündən çıxırdı, haqsızlığı götürmürdü. Onun ölümünə çox heyfslənirəm, tək mən yox, elə hamı” deyə aktrisa Zemfira Əbdülsəmədova deyib.

Aktrisa sənətkarla sonuncu görüşünü belə xatırlayır.

“Ölümündən bir gün əvvəl nəvəsinin toyunda iştirak etdik, özü də çox şık geyinmişdi. Gözəl, yaraşıqlı görünürdü, heç o yaşı vermək olmazdı ona. Şux gəzirdi, toyda bolluca rəqs də etdi. Səhər o acı xəbəri eşidəndə dəli olduq, dedik ki, bu nə müsibət, dəhşətdir?! Heyf! Sadəcə heyf Ağaxan müəllimdən. Yaşının çox olmasına baxmayaraq enerjisi, sənətə, teatra olan sevgisi, münasibəti tükənməz idi. Bizə elə gəlirdi ki, o heç vaxt yorulmaz, heç vaxt ölməz. Ruhun şad olsun sənətkar” deyə aktrisa bildirib.

Aktrisa Simuzər Ağakişiyeva isə yaş fərqlərinin olmasına baxmayaraq aktyorla yaxın dostluq əlaqələrinin olduğunu bildirib.

“Ağaxan müəllim mənim ən yaxşı dostlarımdan biri, bəlkə də birincisi idi. Onun sənəti haqqında mən danışa bilmərəm, çünki buna ixtiyarım yoxdur. Mən onun insanlığı, dostluğu haqda danışmaq istəyirəm. Aramızda yaş fərqi çox olsa da biz dostluq edirdik. İnsan onunla danışanda, dərdini bölüşəndə o qədər yüngülləşirdi ki. Adama o qədər dəyər verirdi ki. Onun yanında günahkar idim deyim ki, problemim var. O dəqiqə gedib həmin problemi həll edərdi. Çox xoşlayırdı ki, gənclərə yol açsın, onlara imkan-şərait yaratsın. Hamıya görə ağız açırdı ki, filankəs, buna filan köməklik edək. O belə şəxsiyyətlərdən idi. Bir tikə yeməyi olardı, deyərdi ki, gəl mənimlə çörəl kəs. Yumor hissi də güclü idi. Bir dəfə birlikdə böyük bir tədbirə getmişdik, maşınla aparıb onu evə düşürtdüm. Dedi ki, mütləq mənimlə evə gəlib, çay içib, sonra gedəcəksən. Dedim ki, ay Ağaxan müəllim, bütün günü birlikdə olmuşuq. Nəysə, çox israr edəndən sonra evə gəldik. Çay istəyəndə həyat yoldaşı dedi ki, qaz kartında məbləğ yoxdur. Ona görə də qaz yoxdur. Ağaxan müəllim yenə də zarafatı ilə vəziyyətdən çıxdı. O dəqiqə dedi ki, Sima, hə, çayını içdin? Dur çıx get (gülür). İndiyə qədər onun bu sözünü deyib-gülürük. Onun itkisi məni o qədər yandırdı ki. Düzdü, gənc deyildi, amma mənə elə gəlir ki, onu daha tez itirdik” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, sənətkar avtobusda dünyasını dəyişib.

“Nəvəsi Ləmanı xüsusi çox istəyirdi, bizi də onun toyuna yığdı. Qürurlu, həyəcanlı, bir o qədər də narahat idi. Çox gözəl, möhtəşəm toy keçdi. Cani-könüldən biz də toyda iştirak etdik. Toydan gəldik, gecə saat 3-ə kimi onunla danışdım. Amma səhəri elə pis bir xəbərlə açdıq ki (ağlayır). Sən demə, səhəri gün nəvəsigilə gedəndə avtobusda ürəyi tutub, elə orada da qalıb. Ağaxan müəllimin adı gələndə mən elə pis oluram ki, haldan-hala düşürəm, gözümün yaşını saxlaya bilmirəm. Dost itirmək o qədər ağırdır ki! Mən bir müddət özümə gələ bilmədim. Nə vaxt görürdüm onu, deyirdim ki, Ağaxan müəllim, gəlin bir şəkil çəkdirək (gülür). O da uğunub gedirdi. Komik olduğu qədər də ciddi insan idi. Rejissor kimi tamaşa hazırlayanda ixtiyarım yox idi ki, 2 dəqiqə məşqə gecikim. 2 dəqiqə geciksəydim mənim canımı alardı. Camaatın içində bilirsiniz mənə nələr deyərdi? Deyirdi ki, dostluğumuz öz yerində, amma məşqə gecikmə. Elə sənətkar var ki, onun haqda 2 kəlməni güc-bəla ilə tapıb, deyirsən, amma Ağaxan müəllim haqda saatlarla danışmaq olar” deyə aktrisa bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru