Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Bu sözümə görə mənə deyirdilər ki, bəxtəvər, ərin səni boşamır, ona görə belə danışırsan..?”
Tarix: 25-11-2021, 09:54 | Çap et
“Bu sözümə görə mənə deyirdilər ki, bəxtəvər, ərin səni boşamır, ona görə belə danışırsan..?”
“Şükür Allaha, bir az həvəsləndim və gedib 3 musiqi yazdırdım. Musiqi yazdırmaq asan iş deyil, səhərdən axşama qədər məşq edirsən, sonra zapis etdirirsən. İstəmədim ki, efirə köhnə ifalarla çıxım. Qoy tamaşaçılarım yeni musiqilərimi eşitsinlər. Mən bəstəkardan yeni mahnı almıram, eşitdiyimiz məşhur musiqiləri öz qarmonumda ifa edirəm. Ona görə də müğənnilərdən fərqli olaraq bu mənə elə də baha başa gəlmir. 3 musiqi də oranjemandadır, onları da yazdıracağam. İstəyirəm ki, pandemiya bir az yadımdan çıxsın, amma belə görürəm ki, xəstəlik sayı artır, yenə də yadımızdan çıxmır. Bu sənətdə gərək yatmayasan, yatdın batdın. İşləməyəndə həvəsdən düşürsən, sonra da həvəslənmək çətin olur. Həyat yoldaşım Zahidin ölümündən sonra musiqi zapis etdirmirdim. Allaha yalvarırdım ki, mənə güc ver, ayağa qalxım, sənətimlə məşğul ola bilim. Zahid həmişə mənə deyirdi ki, yeni mahnı yazdırmısansa dur get çəkilişlərə. Köhnə mahnılarla nə var dəqiqədə bir efirə çıxırsan?”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü bildirib. O daha sonra əlavə edib.

“Dünən bir verilişdə çıxış etdim, yeni musiqilərimi səsləndirdim. Elə bilirəm ki, Zahidin ruhu şaddır. Məni əvvəllər verilişlərə çağıranda həvəssiz olurdum, Zahid deyirdi ki, Gülü, bu sənin işindir. Niyə getmirsən?! O məni həvəsləndirirdi ki, mütləq getməlisən! Mənim uğurlarıma məndən çox sevinirdi. Ona görə də elə bilirəm ki, çəkilişlərə getsəm onun ruhu şad olar. Sənət dostlarım mənə deyir ki, Gülbahar xanım, biz elə bilirdik ki, Zahid səni çox istəyir. Biz bilmirdik ki, sən onu onun səni çox istəməyindən də çox istəyirsən! Mən gedib gərək onu tumarlayardım ki, Zahid, ölürəm səndən ötrü?! Yoxsa efirdə, camaatın qarşısında sevgimi ona etiraf etməli idim?! Belə etmək olmur axı! O hər zaman mənə qulluq edib, bir-birimizin qədrini bilmişik” deyə Gülbahar Şükürlü bildirib.

O, daha sonra “Bilsəydim Zahiddən boşanardım” fikrinə də münasibət bildirib.

“Bu sözü, düzgün həzm edən insanlar düzgün başa düşür. Düşüncəsiz insanlar əlbəttə ki, düzgün başa düşməyəcəklər. Bizi ancaq ölüm ayıra bilərdi, ölüm də ayırdı. Biz məktəb vaxtımızdan bir-birimizi sevmişik, elçiliklə, toyla, ədəb-ərkanla ailə həyatı qurmuşuq. Onun ölümü mənə o qədər pis təsir etdi ki. Evdə uşaqlara deyirəm ki, axı o arada məni hirsləndirirdi. Neynirdi mən hirslənirdim? Elə sözlər deyirlər ki. O mənada dedim ki, kaş boşanardım ondan, indi mənə belə təsir etməzdi, yandırıb yaxmazdı. Düşüncəsiz insanlar mənim bu sözümü min yerə yozurlar. Yaxşı, mən onlara nə cavab verim?!” deyə sənətçi bildirib.

“Tanınmış sənətçilər sizcə ailə həyatları ilə insanlara örnək olmağı bacarırlar?” sualına isə Gülbahar xanım belə cavab verib.

“İndiyə qədər hansı sənət adamı yeni doğulan övladını küçəyə atıb qaçıb? Var belə biri? Yoxdur! Bayaq instaqramda oxuyuram ki, bir ana 3 övladını ataraq, qonşunun kişisi ilə qaçıb. Elə şey olar?! Qoy desinlər də filan xalq yaxud əməkdar artist bunu edib! Ömründə belə ola bilməz! Həyatda ən pis insan övladını atan anadır. Musiqiçilər, şou-biznes adamları ən yaxşı insanlardır. Toy istəyən adamlar pis ola bilməzlər. Bunu birdəfəlik qulaqlarında sırğa etsinlər. Biri ərinin atası ilə qaçır, biri arvadının rəfiqəsinə qoşulub gedir. Qulağımız daha nələr eşitmir ki?! Müğənni Ayan Babakişiyevanın bu mövzularda söhbətlərinə çox qulaq asıram. Elə düzgün, ağıllı danışır ki! Bu günlərdə danışırdı ki, bizi tanımaq elə də çətin deyil, bütün tanınmışların xasiyyəti, xüsusiyyəti göz qabağındadır. Hamısını tamaşaçı tanıyır! Amma evli sadə insanlar var ki, adam onları tanımır. O gün Elgizin verilişinə bir qadın gəlib ki, uşağıma baxa bilmədiyim üçün ondan imtina edirəm. Sonda Elgiz dedi ki, ver mən baxım! Bəs onda qazilərin yerinə olsaydınız neylərdiniz?! Hərdən dişim ağrıyır, sonra öz-özümə fikirləşirəm ki, qazilərdən artığam?! Biz az təsəlli tapıb, onlardan nümunə götürsünlər də. O gün də verilişinə bir cütlük gəlib. Soruşur ki, niyə ayrıldınız?! Deyirlər ki, danışığımız tutmadı. Elə bil ki, bunlar biznesmendirlər, iş qururular, amma danışıqları alınmayıb. Bir dəfə verilişdə dedim ki, əvvəl bizi ər evinə göndərəndə deyirdilər ki, ordan ancaq oradan meytin çıxar. Yəni ki, o evdə qocalıb, qarı ol! Mən də dedim ki, gənclər ayrılmasın, uşaqlar travma almasın. Məni top-tüfəng atəşində tutub dedilər ki, bəxtəvər səni ərin boşamır, ona görə belə deyirsən! Deyirlər ki, balaların var! Siz mənim balalarımın boşanmağını istəyirsiniz?! Mənim övladlarım toylarına bir jurnalist çağırmağımı qoymadılar. Onlar bu aləmdən tamamilə uzaqdırlar” deyə sənətçi bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru