Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar" - BƏS NƏ EDƏK?
Tarix: 8-12-2021, 10:01 | Çap et
"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar"
Azərbaycandan da Oskar mükafatına film təqdim olunub. Belə ki, gənc rejissor, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib. Beləliklə, ”Daxildəki ada" “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, film Azərbaycanın beynəlxalq dərəcəli şahmat ustası Seymur Tahirbəyovun, dünya çempionatı finalı öncəsi özünü ailə-məişət problemləri labirintində necə itirməsindən, sonra isə başını götürüb bir nəfər sakini olan adaya qaçmasından bəhs edir. Filmdə əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Xatırladaq ki, “Daxildəki ada” Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Bəs adıçəkilən film Oskar mükafatında nə qədər uğur qazana bilər?

Əlbəttə ki, A kateqoriyalı film festivalında Azərbaycanın da təmsil olunması böyük uğurdur. Lakin gözlənilən idi ki, bu cür film festivalında Azərbaycan həqiqətləri, Qarabağ savaşından bəhs olunacaq, dünyanın diqqətini cəlb edəcək film təqdim olunsun. Məlum olduğu kimi, ermənilərin bununla bağlı uydurma təbliğat maşını daim fəaliyyətdədir. Yenə də Qarabağ haqqında yalanlar üzərində çəkilmiş “45 gün: Millət uğrunda mübarizə” sənədli filmini Oskara namizəd veriblər. Qeyd edək ki, filmin rejissoru britaniyalı Emil Hessen Kaliforniyada yaşayan erməni iş adamı Asko Akopyanın maddi dəstəyi ilə bu filmi çəkib. Filmdə Qarabağ müharibəsi haqqında uydurma məlumatlar əks olunub, ermənilər hücuma məruz qalmış “məzlum” xalq kimi təqdim olunub. Qeyd edək ki, film bu günə qədər Kaliforniyada, Çində nümayiş etdirilib. Kaliforniyanın mərkəzi küçələrində böyük reklam banerlərində filmin reklamı yerləşdirilib. Emil Hessen filmin gələcək uğurları üçün erməniləri ianə verməyə çağırıb və ianə toplandığı haqda öz “İnstagram” profilində vaxtaşırı məlumatlar paylaşır.

Bəs niyə Azərbaycan hələ də öz həqiqətləri haqda A kateqoriyalı film festivalına çıxacaq filmlər çəkməyə tələsmir?

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun mövqeyini öyrənməyə çalışsaq da, sualımıza cavab ala bilmədik.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mövzuya bu cür rəy bildirdi: “Əlbəttə ki, Rüfət Həsənov və digərləri bu cür beynəlxalq film festivallarına film göndərirsə, bu, çox böyük uğurdur. Ölkələr filmləri təqdim edir, filmlər böyük siyahıya düşür. Bu hələ heç nə demək deyil. Daha sonra həmin böyük siyahıdan 20 film seçilir. Bu da hələ heç nə demək deyil. Nəhayət, 20 filmdən 5 film seçilir. Film həmin beşliyə düşəndə yalnız bu zaman deyilir ki, film Oskara namizəddir.

Beləliklə, hər il olmasa da, 2-3 ildən bir bizdən də filmlər göndərilir. Nə olsun? Elə siyahıdaca qalır və yaddan çıxır.

O ki qaldı ermənilərin yenə də Qarabağ haqqında uydurma filmlər çəkib təqdim etməsinə, onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar. Doğrudur, bu barədə son vaxtları çıxmaq olar. Amma gördüyünüz kimi, yenə də onlar öz yalan təbliğatlarını aparırlar və belə də davam edəcək.

Mənə elə gəlir ki, indi ermənilər istəyirlər ki, bütün vasitələrlə, o cümlədən kino vasitəsilə sübut etsinlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz. Və bununla da çalışırlar ki, Qarabağda yaşayan ermənilərə hər hansı bir yolla status verilsin. Bu isə Azərbaycan üçün çox ciddi bir mövzudur.

Deyə bilərəm ki, azərbaycanlı kino adamlarında təfəkkür çox zaman kənardan formalaşdırılır, əgər həqiqəti bilmək istəyirsinizsə. Yəni vəziyyət birmənalı deyil.

Kinonun inkişafı üçün maddi vəsaitlə bərabər, cəmiyyətin kinoya verdiyi əhəmiyyət də önəm daşıyır.

Daha bir məsələ, qeyd edirsiniz ki, bizdə gözəl sənətkarlar çoxdur. Bu da mübahisəli məsələdir ki, bizdə gözəl, peşəkar sənətkarlar çoxdurmu? Mən şəxsən belə düşünmürəm.

Nə deyə bilərəm? Sizinlə tamamilə razıyam. Kinoçular bir yerə yığışıb, müzakirələr etmirlər, fikir fərqliliyi var. Yəni toxunduğunuz məsələ çox önəmlidir, həqiqətdir. Yaxın vaxtlarda bu haqda geniş məqalə dərc etməyi düşünürəm".

Rejissor, kinoprodüser Fehruz Şamıyev isə bunları dedi:

““Daxildəki ada” filmini izləmişəm. Xatırladım ki, film ötən il Avropanın aparıcı film festivallarından olan Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Doğrudur, film müharibə mövzusunda deyil, lakin Azərbaycandan da Oskar arenasına çıxacaq bir film istehsal olunmayıb. Bunun üçün yaxşı diaspora lazımdır, həm də kinematoqrafik bədii həll olunan film istehsal olunmalıdır. Doğrudur, eşidirik ki, bu mövzuda filmlərin çəkiləcəyi planlaşdırılır. Lakin bu haqda dəqiq məlumatı Azərbaycan Film Studiyası verə bilər".

Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.

"Yeni Müsavat"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru