Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Sənət dostlarım Prezidentə müraciət edib - Murad Rzayev
Tarix: 10-12-2021, 09:08 | Çap et
Sənət dostlarım Prezidentə müraciət edib
Əfsanəvi В«Qarabağ bülbülləriВ» kollektivinin yaradıcısı və bədii rəhbəri Murad Rzayevin 75 yaşı tamam oldu. Ömrünün 50 ildən çoxunu mədəniyyətimizin, milli musiqimizin, muğamımızın inkişafına həsr edən sənətkar bu günə qədər fəxri ad almayıb. Onun bəstələdiyi “Bayatı-Şiraz” improvizasiyası Azərbaycan musiqisinin himni adlandırılır. Bu il, həm də В«Qarabağ bülbülləriВ» kollektivinin yaranmasının 50 ili tamam olur. Hər iki yubileylə bağlı Murad Rzayevlə söhbətləşdik:

– Murad müəllim, özünüzü oxucularımıza necə təqdim edərdiniz...

– Mən – Murad Yunis oğlu Rzayev 1947-ci il dekabrın 7-də Ağdam rayonunda anadan olmuşam. Orta təhsilimi Ağdam şəhər 3 saylı məktəbdə almışam. Ağdam teatrında fəal iştirak etmişəm. Daha sonra Musiqi Texnikumuna sənədlərimi verdim və qəbul olundum. Musiqi Texnikumunda təhsilimi başa vurduqdan sonra, Cənubi Qafqaz komsomol məktəbinə daxil oldum. Ali təhsilimi isə Üzeyir Hacıbəyov adına İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində davam etdirdim. İlk əmək fəaliyyətimə Güllücə kəndində fəhlə kimi başlamışam. Sonralar Mədəniyyət evində bədii rəhbər olmuşam. 1970-ci illərdən başlayaraq, 50 ilə yaxın dövrdə Ağdam Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləmişəm.

İlk yaradıcılıq gecəm Ağdam Mədəniyyət evində keçirilib. Bu tədbirlər 2007 və 2012-ci illərdə Mahnı Teatrında təşkil edilib, telekanallar vasitəsilə nümayiş olunub. Orada tanınmış insanlar, sənət adamları, millət vəkilləri iştirak edirdilər. “SSRİ Maarif xadimi”, “Respublikanın maarif xadimi”, “İlin müəllimi”, “Ustad sənətkar”, “Əmək veteranı”və s. adlara layiq görülmüşəm. Neçə-neçə beynəlxalq festivalın laureatı adını qazanmışam. Bu il mənim 75, В«Qarabağ bülbülləriВ» ansamblının isə 50 yaşı tamam olur.

– В«Qarabağ bülbülləriВ» ansamblı necə yarandı?

- Uşaq Yaradıcılıq Mərkəzində işlədiyim dövrdən həmişə bir kollektiv yaratmağı arzulayırdım. 1971-ci ildə, nəhayət, "Qarabağ bülbülləri" adlı kollektivi yaratmağa nail oldum. Bu kollektiv qısa zamanda böyük şöhrət qazandı. Onun haqqında çoxlu kitab yazılıb, filmlər çəkilib. "Qarabağ bülbülləri", "Əks-səda", "Uzun ömrün akkordları", "Qaçaq Nəbi", "Azərbaycan - 60", "Mən mahnı qoşuram", "Qalib səs", "Nəğməkar torpaq" və s. bədii və sənədli filmləri qeyd edə bilərəm. Anarın, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Surxay Əlibəylinin, Məleykə Göyçəlinin, Elnur Baxışın, Ramiz Heydərin, Germanın kitablarında bizim haqqımızda yazılıb.

- В«Qarabağ bülbülləriВ» ansamblının yetirmələrindən kimlərin adlarını qeyd edə bilərsiniz?

- "Qarabağ bülbülləri"nin üzvləri olan çoxsaylı məşhur xanəndə və müğənnilərimiz var. Onların sırasında Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Cabir Abdullayev, Feyruz Səxavət; Əməkdar artistlərdən Teymur Əmrah, Sevinc Sarıyeva, Ramiz Paşayevin adlarını çəkə bilərəm. Həmçinin muğam müsabiqəsinin laureatlarından Murad Laçınlı, Səma Sultan, Zülfiyyə Cəbrayılzadə, Dürdanə Keytiyeva, Ülkər Orucova da "Qarabağ bülbülləri"nin yetirmələridir. Tanınmış müğənnilərdən Xatun, Tacir Şahmalıoğlu, Nihat Məlikli kimi adları da qeyd edə bilərəm.

- Ansamblın uğurları haqqında danışardınız...

- “Qarabağ bülbülləri” ansamblı yarandığı dövrdən bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-yə daxil olan 15 respublikanın hər birində konsert proqramları ilə çıxış edib. Həmçinin Almaniya, Bolqarıstan, İranda da konsertlərimiz olub. Moskvanın məşhur Qurultaylar sarayında da dəfələrlə çıxış etmişik. Bu çıxışlar gurultulu alqışlarla qarşılanırdı. Həmin zalda Sov.İKP MK-nın Baş katibi L.İ. Brejnev qarşısındakı çıxışımız yaddaqalan idi. Konsert proqramlarının ən yaxşı hissəsinə çıxışlarımızı salırdılar.

- Bu gün Azərbaycan muğamına göstərilən diqqətdən razısınızmı?

- Sovetlər dönəmində muğamımızı təbliğ etmək çox çətin idi. Konsertlərə gedəndə həmişə bizə deyirdilər, ancaq mahnı oxuyun, muğam ifa etməyin. Məşqlərdə onların dediyi kimi, çıxışları hazırlasam da, səhnəyə çıxanda arada muğam ifasına yer verirdim. Bu hərəkətimə görə danlansam da, muğamımızın təbliği üçün bacardığım qədər səy göstərirdim. Kremldə Azərbaycandan ən çox çıxış edən В«Qarabağ bülbülləriВ» olub. SSRİ-nin Böyük Teatrında, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova ilə birlikdə çıxış etmişik. Bəzən elə olurdu ki, onlar dəvət olunmurdu, ancaq biz çıxış edirdik. Orada olarkən Azərbaycan haqqında soruşduqda bir çoxu ölkəmizi tanımırdı. Ağdam, В«Qarabağ bülbülləriВ» deyəndə hamı bizi və ölkəmizi tanıyırdı. Müstəqillik qazandıqdan sonra isə muğamın yenidən dirçəlməsi, onun yaşadılması və tanıdılması, təbliği Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun muğam sənətinin inkişafı ilə bağlı müstəsna xidmətləri nəticəsində gənc nəslin unudulmaqda olan muğam sənətimizə sevgisi daha da artdı. Neçə illərdir, güclü səslərə malik muğam ifaçılarının müsabiqəsi təşkil olunur. Bu müsabiqələrdə qeyd etdiyim kimi, bizim də yetirmələrimiz iştirak edir.

- Ağdama, Şuşaya səfər etməyi planlaşdırırsınız?

- Bu illər ərzində həmişə doğma Ağdamımızda, Şuşada konsert proqramları ilə çıxış etməyi arzulamışıq. İndi bu arzumuz artıq reallaşır. Ağdama da, Şuşaya da sərbəst səfər etmək imkanlarımız var. Allah cənab Prezident İlham Əliyevə uzun ömür, cansağlığı versin. Ümummilli lider Heydər Əliyev hər zaman mənə böyük diqqət və qayğı göstərib. Heydər Əliyev ovaxtkı Lenin adına sarayda hər konsertdən sonra mədəniyyət xadimləri ilə görüşündə bir masa arxasında oturanda məni hər zaman öz yanında əyləşdirirdi. Deyirdi ki, В«Qarabağlı, gəl mənim yanımda əyləşВ». Ulu Öndər В«Qarabağ bülbülləriВ»ni həddən artıq çox istəyirdi.

- Nə üçün fəxri ad ala bilmirsiniz...

- Əgər Ümummilli Lider sağ olsaydı, çoxdan fəxri ada layiq görülmüşdüm. İndi bu məsələdə mənə bir az ögey münasibət göstərilir. Mədəniyyət Nazirliyinə ünvanladığım müraciətlərə 15-ə qədər cavab gəlib. Hamısında da gələn dəfə fəxri adlar veriləndə nəzərə alınacağı qeyd olunur. Neçə illərdir ki, fəxri adlar veriləndə nədənsə diqqətdən kənarda qalıram. SSRİ dövründə müxtəlif adlara layiq görülsəm də, müstəqillik illərində mədəniyyətimizin inkişafındakı xidmətlərim nəzərə alınmayıb.

İyirmi günə yaxındır, bir çox mədəniyyət xadimi, deputatlar 75 illik yubileyimlə bağlı fəxri ad verilməsi üçün Prezidentə müraciət ediblər. Bu müraciətin cavabını gözləyirik.

Həmişə deyirdim ki, Şuşa qayıtsın, orada konsert verək. Səhhətimlə bağlı Şuşaya gedə bilmədim. Bununla belə, Şuşadakı festivalda ilk olaraq mənim bəstələdiyim “Bayatı-Şiraz” improvizasiyası səsləndi. Daha sonra Prezident çıxış etdi. Özüm gedə bilməsəm də, Şuşaya sənətim gedib.

Azərbaycan muğam tarixində ilk improvizasiyanı mən etmişəm. Aqil Abbas deyirdi ki, “Bayatı-Şiraz” improvizasiyası Azərbaycanın misiqi himninə çevrilib. Bir çox bəstələrimi İlhamə Quliyeva, Flora Kərimova, Mirzə Babayev, Zöhrə Abdullayeva, Oqtay Ağayev kimi Xalq artistləri ifa ediblər. Mənim ən uğurlu işim “Bayatı-Şiraz” improvizasiyasıdır. Azərbaycanın bütün tədbirlərində bu parça səsləndirilsə də, çoxu onun mənim əsərim olduğunu bilmir. Hazırda tələbələrim incəsənət mərkəzlərində ustad, müəllim kimi fəaliyyət göstərirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru