“Evə yalnız yatmağa gedirəm”
Tarix: 30-12-2021, 08:34 | Çap et
 Yeni ili qarşılamağımıza artıq bir gün qalıb. Adətən bayram günlərində sənət adamları daha çox iş başında, tədbir və məclislərdə olur. Çox az sayda sənətçi bayram günlərini öz ailəsi ilə birgə keçirməyə çalışır. Aydın məsələdir ki, sənət adamlarına daha çox bu günlərdə ehtiyac duyulur.
Bəs bu il dekabrın 31-də müğənnilərimiz harada olacaq? Kimlər hara dəvət alıb? Tətili özünə, ailəsinə həsr edənlər olacaqmı?
Mövzu ilə bağlı bir neçə tanınmış müğənni arasında sorğu keçirdik. DİA.AZ-ın məlumatına görə, əməkdar artist Mətanət İskəndərli “Yeni Müsavat”a açıqlamasında 31 dekabrı tədbirlərdə keçirəcəyini qeyd etdi:
“Həmişəki kimi bayramda tədbirlərdə olacam. Tətil günləri ilə bağlı hələlik planım yoxdur”.
Əməkdar artist Elza Seyidcahan isə hər zamankı kimi bayramı tədbirlərdə qeyd edəcəyini bildirdi:
“Həmişə olduğu kimi, yenə də daim iş başında, gərgin iş rejimində oluram. Evə yalnız yatmağa gedirəm. Bildiyiniz kimi, son vaxtlar daha çox qazi, şəhid ailələri ilə bağlı tədbirlərdə təmənnasız olaraq iştirak edirik. Ümumiyyətlə isə bu bizim borcumuzdur. Yəni tədbirlər həddindən artıq çoxdur.
Bayram günü də canlı yayımlarda, tədbirlərdə iştirak edəcəm. Eləcə də tətil günlərində də digər işlərimlə məşğul olacam. Fürsətdən istifadə edib, qarşıdan gələn Pələng ilində hər kəsə uğurlar diləyirəm. Qoy bu il də Azərbaycan dövləti, milləti üçün uğurlu olsun".
Müğənni Afət Fərmanqızı isə həm sənəti, həm də şəxsi həyatı ilə bağlı işləri həyata keçirəcəyini dedi:
“Yenə də bayram günü şənliklərdə olacam. Şəhərin dörd məkanında fərqli vaxtlarda şənliklərdə, ailəvi şou məkanlarda iştirak edəcəm. Bayramın sabahı günü də Rusiyaya uçacam. Bildiyiniz kimi, nikahımı Bakıda qeyd etmək istəyirdim. Lakin müəyyən səbəblər oldu, bu baxımdan proses bir qədər ləngidi. Çalışacam ki, yanvarın 11-də orada sənədlərimi təqdim edim. Daha sonra isə yenidən Vətənə qayıdacam”.
Tamada Nazilə Səfərli isə bayramı qazi və şəhid ailələri ilə birgə keçirəcəyini bildirdi:
“Bayram günü yüz şəhid ailəsinin uşaqları üçün təşkil olunmuş bayram şənliyində olacam. Yüz şəhidin balası və həyat yoldaşları restoranın ayrı-ayrı salonlarında olacaq. Müğənnilərdən Elton və digərləri də iştirak edəcək.
Qeyd edim ki, dəvət olunan şəhid ailələri Bakıdan deyil, ən ucqar rayonlardan olanlardır. Onlar avtobuslarla Bakıya gətiriləcək. İşin təşəbbüskarı isə Rahilə xanımdır. Rahilə xanım kənardan əsla heç kimin dəstəyini qəbul etmədi. Yol xərcindən tutmuş, yeməyə, hədiyyələrə qədər hər şeyi öz boynuna götürüb. Hətta icra hakimiyyəti də “biz də qoşulaq” deyə təklif etsə də, razılaşmadı.
Bayram gecəsini də həmin şənlikdə keçirəcəm. Yəni evdə həyat yoldaşıma, uşaqlarıma da bildirmişəm ki, bayram gecəsi həmin şənlikdə ayrıca bir masa ayırıb, orada qeyd edəcəm.
Ötən il də bayramı qeyd etməmişdim, evdə süfrə açmamışdım. Yalnız bayramın səhəri günü, yəni yanvarın 1-də hədiyyəmi götürüb nişanlı oğlumun nişanlısının evinə gedib, gəlinimi təbrik edəcəm".
Müğənni Manaf Ağayev isə digər həmkarlarından fərqli olaraq bayramı öz evində ailəsi ilə birgə keçirəcəyini dedi:
“Əlbəttə ki, bayram günü yalnız öz ailəmlə birgə olacam. Tətil günlərində isə ailəmlə birgə rayonların birinə istirahətə getməyi düşünürəm”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|