Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Allah pensiya ilə yaşayan insanlara kömək olsun" - Nura Suri
Tarix: 13-01-2022, 08:46 | Çap et
"Allah pensiya ilə yaşayan insanlara kömək olsun"
Müğənni Nura Suri Meydan TV-yə müsahibə verib. O, ölkədə və dünyada baş verən bir sıra ictimai hadisələrə, bahalaşma və digər mövzulara toxunub. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nura xanım, pandemiya yaradıcılığınıza hansı formada təsir etdi? Məsələn, toyların dayandırılması və ya konsertlərin keçirilməməsi baxımından?..

- Əvvəllər bütün gün efirlərdə, yaxud konsertlərdə - dövlət tədbirlərində olurdum. Üstəlik, ad günləri, toylar da vardı. Pandemiya vaxtı bunların heç biri olmadı. Sonra da yavaş-yavaş sayı azaldı. Bu da əlbəttə ki, həm maddi, həm də mənəvi olaraq pis təsir edir. Hazırda dünya iqtisadiyyatı bərbad vəziyyətdədir. Oğlum Los-Ancelesdə yaşayır. Deyir ki, Amerikada benzinin litri altı dollardır. Bu, anormal bir qiymətdir. Görürsünüz, Türkiyədə vəziyyət necədir? Lirə gündən-günə "ölür”, dollar qalxır. Düşünürəm ki, son iki il bütün insanlara, ümumiyyətlə, dünya iqtisadiyyatına ağır təsir göstərdi. Pandemiya bir çox sahələrə ciddi zərbə vurdu. Bu proses güman ki, xeyli müddət davam edəcək. Əvvəlki həyatımıza, öyrəşdiyimiz komforta - rahatlıqla bir ölkədən digərinə gedib-gəlməyimizə, güman ki, bu tezlikdə qovuşmayacağıq.

- Azərbaycandakı bahalaşma gündəlik həyatınıza təsir edib?

- Azərbaycanda ciddi bahalaşma var. Hər dəfə getdiyim marketdən eyni məhsulları alıram. Oğlumun yediyi bir məhsul var, qiyməti 24-26 manat arasında idi. Hazırda həmin məhsulun qiyməti 31 manatı keçib. Bilmirəm, bəlkə də, həmin marketə məhsulları daha çox xaricdən gətirirlər, gömrüyə görə qiymət fərqi çoxdur. Evdə kiçik oğlumla mənəm. Heyvanları sevirəm deyə ət, toyuq da yemirəm. Böyük külfəti olan ailələr necə etsin, necə dolansın? Hər məhsulun qiyməti 50 qəpik, 1 manat qalxanda, çox böyük fərq edir. Bunun yuyucu tozu, içməli suyu var. O var, bu var. Hamısı bir-birinin üstünə gələndə ciddi qiymət fərqi yaranır. Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür. Zaman keçdikcə, imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Allah pensiya ilə yaşayan insanlara kömək olsun.

- Əksər dövlətlərdə, məsələn, Avropada, eləcə də Türkiyədə sənət adamlarına qayğı total şəkildə sezilmir. Yəni onlar sponsor vasitəsilə dəstək alırlar. Azərbaycanda bu qaydanın oturuşmamasından narahat deyilsiniz?

- Biz müharibədən çıxmış ölkəyik. Hazırda da Qarabağın bərpası istiqamətində işlər davam edir və bu proses uzun müddət gedəcək. Minalar basdırılmış ərazilərin araşdırılması, o-bu, yəni böyük işlər görülür. Hazırda hansısa şirkətin müğənnilərə sponsorluq etməyini düşünmək doğru olmazdı. Məncə, onlar sənət adamlarına yox, qazilərə, dövlətə lazım olan daha vacib məsələlərə sponsorluq etməlidirlər. Düşünürəm ki, bu məsələlər hələ bir neçə il gözləməli olacaq.

- Nura xanım, siz kifayət qədər vətəndaş mövqeyi olan sənətçisiniz. Maraqlıdır, niyə çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz əlaməti olan proseslərdə iştirak etmirsiniz?

- Sadaladığınız problemlər bütün dünyada var. "Цветок пустыни” ("Desert Flower”), "Сожжённая заживо” ("Burned Alive: a Victim of the Law of Men”) avtobioqrafik romanları buna nümunədir. Qadına qarşı zorakılıq din, dillə bağlı bir məsələ deyil. Avropa ölkələrində də qadınlara qarşı zorakılıq halları çoxdur. "Netflix”də real hadisələrə əsaslanan silsilə qətlləri əks etdirən, qatillər haqqında filmlərə baxanda, məəttəl qalırsan. Xaricdə, dünyada elə hallar baş verir, düşünürsən ki, bizə çox şükür. Biz balaca ölkəyik, üstəlik də, o nə deyər, bu nə deyər söhbəti, mentalitet də var. Ümumiyyətlə, meqapolisdən, böyük ölkələrdən bir az sıxılan adamam. Amerikada özümü narahat hiss edirəm. Ölkə böyükdür, insanlar sıxdır. Amerikada silahı çıxarıb kimisə güllələyib getmək, az qalsın, adi haldır. Get, sonra qatili axtar, görüm necə tapırsan. Azərbaycanda hər yer kameradır. Bizdə elə böyük cinayətlər olmur. Olanda da üstü açılır.

- Azərbaycan feminist hərəkatı hər il 8 martda "8 Marş” yürüşü keçirir.

- Yürüş keçirməyin, yaxud da bu haqda danışmağın köməyi olmayacaq. Bütün problemlər uşaqlıqdan yaranır. Fikir verin, xaricdə problemli ailələrdən uşağı alıb, övladlığa uşaq götürmək istəyən daha uğurlu ailəyə verirlər. Bizdə bilmirəm belə bir qayda-qanun varmı? Problemli ailələrdə böyüyən uşaqlarda psixoloji travmalar şüuraltında qalır. Böyüyəndə daha ciddi problemlərə, qaressiyaya düzgün münasibət qura bilməməyə səbəb olur. Hər şey ailədən, daha sonra da məktəbdə təshildən başlayır. Təhsilə çox böyük önəm verdiyim üçün həyat yoldaşımdan qalan evlərimi satıb, uşaqlarımın təhsilinə yatırım etmişəm. Kiçik oğlum, özəl məktəbdə oxyur, sinif rəhbəri psixoloqdur. Əslində, belə olmalıdır. Oğlum ailədə hansısa bir psixoloji travma alsa, məktəbdə aqressiya göstərəcək. Ya da sabah həyat yoldaşına qarşı aqressiv olacaq. Zorakılıq, aqressiya tək qadınlara qarşı olmur. Oğlan uşaqlarına da qarşı olur. Xalid Hüseyni kitabını oxumusunuzsa, bilirsiniz.

- "Çərpələng uçuran”.

- Bəli, kitabı oxuyandan sonra uşağımı bir ay evdən həyətə buraxmağa qorxurdum ki, birdən nəsə olar. Əməlli-başlı stress, narahatlıq yaşamışam. Deməyim odur ki, problemin kökündən həll olunması üçün başqa işlər görülməlidir. Oğlum özəl məktəbdə təhsil alır. Özəl məktəblərin üstünlüyü, təkcə təhsil sistemində deyil. Adi kənd məktəbini oxuyub, yüksək balla universitetə daxil olanlar var. Yaxud da xaricdə magistr oxuyub, gəlib, haradasa böyük vəzifədə çalışan insanlar var. Heydər Əliyev kimi dahi bir insanı götürək. Məgər o, özəl məktəbdə təhsil alıb Heydər Əliyev olmuşdu? Sadəcə, bəzi nüanslara görə fikirləşmişəm ki, konsert verməyim, əynimə bahalı paltar almayım. Amma uşağıma elə təhsil verim ki, orada psixoloji təzyiqlə üzləşməsin. Təhsildən daha çox bu məqamlara önəm vermişəm. Uşaq psixoloji travma almasın, "bulling”lə üzləşməsin. Özəl məktəblərdə də buna ciddi diqqət edilir. Oğlumun təhsil aldığı sinifdə səkkiz uşaq var. Belə olanda da hər hansı bir problem varsa, məktəb anında maraqlanır, vaxt ayıra bilir. Yadımdadır, bizim vaxtımızda dövlət məktəblərində bir sinifdə 30-40 uşaq oxuyurdu. Mən demirəm ki, orada adi məktəbdən daha üstün təhsil verirlər. Çünki adi məktəblərdən də çox oxumuş uşaqlar çıxır. Özəl məktəblərdən də heç bir universitetə daxil ola bilməyən uşaqlar var. Sinifdə uşaqların çox olması müəllimi yorur. Fikirləşin ki, müəllimlər bu qədər uşaqla ünsiyyətdə olur. Biz valideynlər evdə bir-iki uşağa tərbiyə verənə kimi nələr çəkirik. Çox vaxt müəllimlərdə də günah görmürəm. İndiki dövr bir az başqadır. Bizim dövrümüzdə müəllimə Allahdan sonra müqəddəs varlıq kimi baxırdıq. Axşam saat "РЎРїРѕРєРѕР№РЅРѕР№ ночи, малыши” uşaq verilişinə baxıb yatırdıq. Bir də "Приключения Электроника” filminə baxırdıq. Bunlar isə lazım olan və olmayan məlumatı çox asanlıqla əldə edə bilirlər. Beyinə çoxlu informasiya daxil olur. Bu da uşaqlarda aqressiya yaradır.

- İnternet, informasiya çoxluğundan söz düşmüşkən, dünyada keyfiyyətsiz mahnılar və ifaçılar daha çox dinlənilir. "YouTube” trendlərində əksər hallarda keyfiyyətsiz, bayağı videolar olur. Hətta bizim absurd hesab etdiyimiz kitablar bestsellerə çevrilir. Necə düşünürsünüz, zövqsüzlük dünyada trenddir?

- Dünyanın qaydaları ara-sıra belə dəyişir. Vaxt vardı, ağıllı qadınları cadugər adıyla yandırırdılar. Bir ara eyni dövrdə yaşayan rəssamlar vardı, sonra da yazıçılar. İndi də giclik dəbdədir. Dünyanı anlamağa çalışanlara Yuval Noah Hararinin "Sapiens” və "Homo Deus” kitablarını, Corc Oruelin "1984”, bir də Oldos Hakslinin "Рћ дивный новый РјРёСЂ” ("Brave New World”) antiutopik romanlarını oxumağı tövsiyə edirəm. Bu yazıçılara müraciətdən sonra dünya anlayışınız dəyişəcək. Nə baş verdiyini başa düşəcəksiniz.

- Freddi Merkyuri müsahibələrindən birində demişdi ki, kitab oxumuram, bu, mənə vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər. Necə düşünürsünüz, müğənni kitab oxumalıdırmı? Yaxud kitab oxumayan müğənniləri buna görə qınamaq doğrudurmu?

- Düz deyib, o, sənətlə məşğul olub. Arada mənim üçün deyirlər ki, oxuyub, savadlıdır, onunla hər mövzuda danışmaq maraqlıdır. Bu, mənim özümün əldə etdiyim uğur deyil. Elə ailədə doğulub, böyümüşəm ki, evimzidə ən böyük otaq kitabxana olub. Dayım Rasim Mirzəyev dilçi-alimdir. Babam ədəbiyyatşünas idi. Ailədə hərbçilər, müəllimlər, hamı oxumuş olub. Belə bir mühitdə doğulub, böyümüşəmsə, kitab oxumağım nailiyyət sayılmır. Ailəmdə nə görmüşəm, onu götürmüşəm. Elə ailərlər var ki, oxumayıblar. Bəlkə də, məktəbə getməyə imkanları olmayıb. Allah gözəl səs, sənət verib, bu adam oxuyur. Elə kasıb ailə də olub ki, bəlkə də, kitab almağa imkanları olmayıb. Axı bu onun günahı deyil. Söhbət müəllim, yaxud həkimdən getsəydi, əlbəttə ki, kitab oxumağın vacibliyindən danışa bilərdik. Müəllim uşağıma dərs keçir, onun həyatında rolu var. Həkim də sağlamlığımı, həyatımı qoruyur. Onun savadsız olması kiminsə həyatına xələl gətirə bilər. Müğənni kitab oxudu-oxumadı, Allah ona istedad verib, bundan istifadə edib. Heç kimə də ziyan gətirmir. İstəyirsən qulaq as, istəyirsən, qulaq asma. Düşünürəm ki, bu məsələdə müğənnilərin üzərinə getmək düzgün deyil. Bizdə bir çoban oğlan vardı. Acun onu Türkiyəyə, "O ses Türkiyə” verilişinə dəvət etdi. Adam çobandır, gül kimi səsi var, əla da oxuyur. Bunda ayıb nə var?!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru