Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                 

"Nəzərə alın ki, boynumda çox ciddi işlər var"
Tarix: 9-02-2024, 09:41 | Çap et
"Nəzərə alın ki, boynumda çox ciddi işlər var"
Tanınmış yazıçı-publisist Həmid Herisçi Teleqraf.com-un saullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Həmid müəllim, yaxın günlərdə xəstəxanadan evə buraxıldınız. Ötən gün keçirilən növbədənkənar prezident seçkilərində də iştirak etdiniz. Hazırda səhhətiniz necədir?

- Prezident seçkilərində mütləq iştirak etməli və səs verməli idik. Xəstəliyin çətin dövrünü geridə qoysaq da, yenə də yataqdayam. Amma seçki sözü gələndə sandıq başına getdim. Sözsüz ki, öz səsvermə hüququmdan istifadə etdim. Həmişə seçimimi bir nəfər üçün etmişəm, heç vaxt da bunu ağartmamışam. Amma bu dəfə deyəsən deyəcəm. Çünki sözdə prezidentin portretini çəkən insanam. Bir var, səsvermə ilə seçəsən, bir də var ki, sözünlə, mövzunla onu seçəsən, portretini yaradasan. Çox sevinirəm ki, seçki günlərində nəinki prezidentin portretini çəkə bildim, seçki məntəqəsinə getdim, öz səsimi verdim.

- Qızılca xəstəliyini ağır formada keçirdiniz, hazırda bərpa prosesi necə gedir?

- Əlbəttə ki, insan dirçəlmək istəyir. Nəzərə alın ki, boynumda çox ciddi işlər var. Bunlardan biri Azərbaycan-İran, yaxud da Təbriz-Bakı ədəbi saytımı yaratmaqdır. Bəlkə də Allah ona görə məni ölməyə qoymadı. Görünür, məndən başqa o saytı heç kimə həvalə etmək istəmir. Bilirsiniz ki, o tayla bu tay arasında əlaqə yenidən kəsilib, Şah dövründəki kimi...Araz yenə də həsrət çayına çevrilib. Şuşanın qapısını açdıq, ancaq Təbrizin qapısını qara külək çırparaq bağladı. Gərək bu qapıları da özüm açım.

- Ev şəraitində müalicəniz davam edirmi?

- Bəli, ev şəraitində müalicəm davam edir. Həyat yoldaşım İlhamiyyə xanımın anası da xəstələnib. Xüsusən İlhamiyyə xanıma ürəyim yanır ki, anasına da, babasına da, mənə də qulluq edir.

- Bu müddət ərzində özünüzü necə qoruyursunuz?

- Uzanmaq, yataq xəstəsinə çevrilmək yox, fəal olmaq lazımdır. Əksinə, səhər yuxudan oyanıb, çölə çıxdım, gəzdim. Çox tez zəifləyirəm, halsızam. İndi ümidimi xəngələ bağlamışam (gülür). Çox maraqlıdır ki, bir xəngəlxana var, oraya getdim və xəngəl bişirən qadın dedi, mən o qədər dua etdim ki, siz sağ qalasınız. Dedim, gərək xəngəl bişirəsən ki, sağ qalım. Təsəvvür edin ki, məni tanımayan adam, restoranda yemək bişirən qadın məni görüb sevindi, əvvəl dua edirmiş, indi xəngəl bişirir. Bu gün xəngəli aldım, evə gətirdim.

Ətraflı
- Mütaliə edə bilirsinizmi? Deyəsən, xəstəlikdən sonra gözünüzdə problem yaranıb.

- Bəli, xəstəliklə əlaqədar görmə qabiliyyətim zəifləyib. İnşallah düzələr. Həkimlər bildirdilər ki, gözlərimdə yaranan problem aradan qalxacaq. Hazırda o qədər də çox mütaliə edə bilmirəm.

- Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiniz, toparlananda hansı hissləri keçirdiniz, nələrə ümid etdiniz?..

- Tək mən deyil, bu xəstəliyə yoluxanların çoxu mənim vəziyyətimə düşür. Payız fəslində “yaprak tökümü” deyirlər...2024-cü il çoxlarını alıb apardı. Bu xəstəlik çox ağır formada keçir. Mən Məhəmmədi modul tipli xəstəxanasına yerləşdirilmişdim. Hərbi hospitalı xatırladırdı, sanki müharibədə yaralanandan sonra gətirilmisən. Bir an özümü halsız halımda Qarabağ qaziləri ilə müqayisə elədim. Yenə də düşünürdüm ki, onların yaraları, ağrıları məndən dəfələrlə ağır olub. Səməd Vurğunun müharibə dövründə yazdığı bir şeir tez-tez yadıma düşürdü. O şeiri özümə aid etdim və çalışardım ki, o şeirin davamını özüm yazım. Eyni zamanda bir çox hekayələri beynimdən keçirdim. Təbrizə qayıtdım, Təbrizə səyahət etdim. Sağalan kimi Təbrizə getməyi düşünürəm. Bir az özümü toparlayan kimi gedəcəm. Çünki bu, mənim üçün vacibdir. Bir ara qorxdum ki, nələrsə yarımçıq qala bilər. Mənim ev məsələm var, vərəsəyəm. Yəni ki, mülklə əlaqədar məhkəmə işlərim var. Bunun üçün mənə elə gəlir ki, düzələn kimi Təbrizə gedim və orada bir az Təbrizin havası alım. Düzdür, ölümdən qayıtmışam, amma bir o qədər də sağlam deyiləm. Özümü bir az güclü hiss etsəm, Təbrizə gedəcəm. Mənim məqsədim yalnız şəxsi məsələlər deyil. Ədəbi saytı yaratmaq istəyirəm.

- Necə bir sayt?

- Mənə elə gəlir ki, həm Azərbaycanın, həm də İranın rəsmi qurumları ilə danışacam. Ölkələrimiz arasında ədəbi əlaqələr olmalıdır. Yəni siyasi əlaqələr olmaya, xalqlar arasında diplomatik münasibətlər aşağı da düşə, səfirliklər bağlana da bilər. Ürəklər bağlanmamalıdır, ədəbi sayt işləməlidir. Fikrim var ki, istər Azərbaycanda, istər də İranda rəsmi qurumlarla danışıqlar aparım, ədəbi həyatın nəbzi vursun, ölməsin. Biz ölə bilərik. Azərbaycanda fəaliyyət göstərən o yazıçıda ki, Güney mövzusu yoxdur, o çox natamamdır. Düşünürəm ki, Təbriz mövzusu olmayan yazıçı zəifdir. Bəlkə də Azərbaycanda Təbrizlə Bakını bağlayan yeganə insanam. Vaxt var idi ki, belə adamlar çox idi. İndi yalnız Həmid Herisçidir. Güney Azərbaycanın mədəni-siyasi elitası düşünməlidir ki, Həmid Herisçi kimi seçkin adamlar var. Və onların boynuna çox böyük vəzifə qoyulub ki, ölkələrarası münasibətləri səhmana salınmasına dəstək olsunlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru